• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rəsmi Bakı erməniləri niyə təhvil verdi?

Xəbərlər

14-01-2026, 19:02

Rəsmi Bakı erməniləri niyə təhvil verdi?


Azərbaycan ölkəmizdə cəza çəkən dörd erməniəsilli şəxsi - Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyanı Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verib.

Ailehekimiklinikasi.az teleqraf-a istinadən xəbər verir ki, Rəsmi Bakı bu addımı Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa, humanizm prinsiplərinə uyğun olaraq atsa da, sosial şəbəkələrdə mənəvi tərəfdən müzakirələrə səbəb olub.

Aydın məsələdir ki, Azərbaycan uzun illər erməni təcüvüzündən əziyyət çəkib, 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altında olub və bunun nəticəsində bir milyon soydaşımız məcburi köçkün həyatı yaşayıb.

2020-ci ildə isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğala son qoyub və 44 gün ərzində dədə-baba torpaqlarını erməni tapdağından azad edib.

Bunun davamında isə başımıza gətirilən bu müsibətlərdə iştirak edənlərin məsuliyyətə cəlb olunmasına başlanılıb. Çoxları inanmasa da, Azərbaycan hüquq-mühafizə orqanları bu prosesdə çox titiz işləyərək, həmin şəxslərin tutulub Bakıya gətirilməsinə, davamında isə Azərbaycan məhkəmələrində hakim qarşısına çıxarılmasına nail olub.

İndiki məqamda sual yaranır: Rəsmi Bakı yuxarıda adları çəkilən 4 nəfəri niyə təhvil verdi?

Ən müzakirə olunan ad təbii ki, Meşəli hadisələrində iştirakı bilinən və 15 il müddətinə azadlıqdan məhrum edilən Vaqif Xaçaturyandır.

Bu o Xaçaturyan idi ki, 2023-cü ilin oktyabarıda Bakıda keçirilən məhkəmələrdə ağlamış, Azərbaycan xalqından üzr istəmişdi. Və o, ümumiyyətlə, 30 il sonra törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunacağını ağlının ucundan belə keçirmirdi. Amma Azərbaycan göstərdi ki, bu dövlət ona qarşı yanlış edənləri, onların üzünü, əməllərini heç vaxt unutmur və unutmağa da imkan vermir. Nəticədə keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı. Bakıya gətirildi, istintaqa cəlb olundu, məhkəməyə çıxarıldı və bu xalqdan üzr istədi.

Vaqif Xaçaturyanın bu yaşda ağlaması, üzr istəməsi tarixi ədalətin bərpası idi. İndi isə hazırda 70 yaşı olan Xaçaturyanın ömrünün sonuna bir şey qalmayıb, bəlkə də sayılı günlər...

Belə ki, 2025-ci ilin dekabrında Vaqif Xaçaturyanın səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Nəticədə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Rəsmi diaqnoz isə belədir:

Vaqif Xaçaturyan Yeni Klinikanın Reanimasiya şöbəsinə ciddi dərəcədə ağır aortal stenoz, orta dərəcəli mitral stenoz və xroniki ürək çatışmazlığının dekompensasiyası fonunda inkişaf etmiş ağciyər ödemi və ağır tənəffüs çatışmazlığı diaqnozu ilə kritik vəziyyətdə qəbul olunub. Kritik həyati təhlükə mərhələsindən çıxsa da, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Göründüyü kimi, Azərbaycan dövləti humanist davranaraq ağır vəziyyətdə olan Xaçaturyanı Ermənistana təhvil verib. Onun burada ölməsi nəyi dəyişdirəcəkdi ki? O zatən Laçında Azərbaycan tərəfindən tutulanda, Bakıya gətiriləndə, məhkəmə qarşısına çıxarılanda, başına müsibətlər gətirdiyi xocalıların qarşısına hönkür-hönkür ağlayıb üzr istəyəndə, zatən ölüb-bitmişdi, hətta yerə girmişdi...

Bəs, onunla yanaşı Ermənistan təhvil verilənlər kimlərdir?

Gevorq Sujyan - Ermənistanda dövlətə bağlı müxtəlif ictimai təşkilatların rəhbəri olmuş bu şəxs Vətən müharibəsi zamanı Kəlbəcərə getmiş və İstisuda dincəlməsi barədə video çəkərək, sosial şəbəkələrdə paylaşmışdı. O, həmin videoda tezliklə Bakıya çatıb, Xəzərdə üzəcəyini bildirmişdi. Ən maraqlısı odur ki, bu hadisədən bir neçə gün sonra Gevorq Sujyan yoxa çıxır, daha sonra isə Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun yerinin müəyyən olunması istiqamətində axtarışlara başlayır.

Sonradan məlum olur ki, Gevorq Sujyan Bakıdadır - "çimir"... Onu Azərbaycanın xüsusi xidmət orqanları Bakıya gətirib. Bu qorxunun özü Sujyana bir ömür bəsdir!

Vigen Eulcekyan - birgə yaşadığı Maral Nacaryan adlı livanlı qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılıb. Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olub və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol veriblər. Saxlanıldan sonra Vigen Eulcekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

Davtyan David isə - Azərbaycana qarşı casusluqda ittiham olunub. Gevorq Sujyanla birlikdə ittiham olunan David məhkəmədə mərhəmət istəyiblər. David məhkəməsində son söz deyən zaman ağlayıb və məhkəməyə bildirib ki, xəstə anasının ona ehtiyacı var. Hökmə əsasən casusluqda ittiham olunan ermənilərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oxunub: 107
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-09-2024, 20:39

İrəvan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya TƏHVİL VERDİ

Xəbərlər

21-06-2024, 15:28

Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi

Xəbərlər

9-09-2022, 12:26

ABŞ buna görə Azərbaycanı ALQIŞLADI

Xəbərlər

29-12-2021, 20:17

Kəlbəcər təxribatı zamanı saxlanılan beş erməni hərbçi Ermənistana təhvil verildi - RƏSMİ

Xəbərlər

10-12-2020, 17:52

Prezidentin Zəngəzur açıqlaması Ermənistanda müzakirələrə SƏBƏB OLDU

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Son xəbərlər
  • Bu gün, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Bu gün, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
  • Bu gün, 11:45
    Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
  • Bu gün, 10:40
    Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
  • Bu gün, 09:07
    Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
  • Dünən, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • Dünən, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • Dünən, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • Dünən, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • Dünən, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • Dünən, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • Dünən, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • Dünən, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • Dünən, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • Dünən, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • Dünən, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • Dünən, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • Dünən, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • 16-06-2026, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • 16-06-2026, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • 16-06-2026, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • 16-06-2026, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • 16-06-2026, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • 16-06-2026, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • 16-06-2026, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • 16-06-2026, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • 16-06-2026, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • 16-06-2026, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • 16-06-2026, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • 16-06-2026, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə