İsrail Müdafiə Qüvvələri Livana hava zərbəsi nəticəsində İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) yüksək rütbəli komandanını məhv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat ordunun mətbuat xidməti tərəfindən “X” sosial şəbəkəsində paylaşılıb.
“Bu gün Livanın Nəbətiyyə bölgəsində İsrail ordusu və ŞABAK (İsrailin daxili təhlükəsizlik xidməti) Huseyn Mahmud Marşad Əl-Cöhərini məhv edib. O, son illərdə Suriya–Livan istiqamətində İsrailə qarşı planların hazırlanmasında fəal iştirak edən SEPAH-ın əsas komandirlərindən biri idi”, – açıqlamada bildirilib.
Məlumata görə, o, SEPAH-ın xarici əməliyyatlara məsul “840-cı Bölməsi”nin tərkibində fəaliyyət göstərib.