Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasının deputatları Türkiyəyə səfər edəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan fərman imzalayıb.
Məlumata görə, deputatlar ATƏT-in Parlament Asambleyasının payız sessiyasında iştirak etmək üçün 16-20 noyabr tarixlərində Türkiyədə olacaqlar.
Fərmana əsasən, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan və digər deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan səfərə qatılacaqlar.