Suriyada vətəndaş müharibəsi və Əsəd rejiminin devrilməsindən sonra bu gün ilk parlament seçkiləri keçirilib.
Globalinfo.az xəbər verir ki, hakimiyyət keçmiş Əsəd tərəfdarlarının seçkilərdə iştirakını, səs verməsini və seçilməsini qadağan edib.
Seçkilərə iyun ayında keçid hökumətinin Xalq Şurasına seçkilər üzrə təyin etdiyi Ali Komitənin 11 üzvü nəzarət edib.
Hazırda səslər hesablanır.