ABŞ-ın Kolorado ştatında iki yüngül mühərrikli təyyarə havada toqquşub.
Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.
Məlumata görə, insident Fort-Morqan aeroportunda iki təyyarənin eyni vaxtda enməyə cəhd etməsi zamanı baş verib.
Hər təyyarədə iki nəfər olub, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.