“Azərbaycanda da, bizdə də əraziləri müəyyən etmək üçün xəritələr var. Kirants-Voskepar (Qazax rayonu ətrafı) hissəsində sərhədin demarkasiya bu xəritələr əsasında aparılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, sonrakı demarkasiya da bu xəritələrdən istifadə olunmaqla həyata keçirilməlidir:
“Hazırda Ermənistanın nəzarətində olan Azərbaycana məxsus ərazilər var. Bunu etiraf etməliyik. Bütün bu məsələlər demarkasiya prosesi çərçivəsində həll edilməlidir. Əgər ərazi mübadiləsi, hətta 1 kv.kilometrin belə dəyişdirilməsi zərurəti yaranarsa, biz xalqa müraciət edəcək və bu cür həll yoluna razılıq verib-verməyəcəyimizi öyrənəcəyik”.