• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sülh sazişi mətninin detalları: Bakının qazancları nələrdir?

Xəbərlər

12-08-2025, 17:14

Sülh sazişi mətninin detalları: Bakının qazancları nələrdir?


Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətni yayımlandı. 17 maddədən ibarət mətnin detalları diqqətçəkəndir.

I maddədə qeyd olunur: “Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər”.

Bu, Ermənistanın sərhədlər məsələsində əvvəldən irəli sürdüyü istəyinə uyğun görünür. Lakin Sazişin VI maddəsi dövlət sərhədinin delimitasiyasının aparılmasını şərtləndirir: Azərbaycan və Ermənistan SSRİ sərhədlərinə uyğun ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanısa da, sərhəd xətti delimitasiyası prosesində müəyyənləşəcək; bu, anklavların qaytarılması, eləcə də sərhədboyu istiqamətdə bir sıra ərazilərə nəzarətin bərpa edilməsi imkanı yaradır;

II maddədə tərəflər bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığı təsdiqləyir, həmçinin, bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürür. VIII maddədə də “separatizm və terrorizmə qarşı” mübarizənin aparılması qeyd olunur.

- Bu saziş təkcə Qarabağ iddiasını rəsmən dəfn etmir, həm də erməni revanşistlərin fəaliyyətini qadağan edir: bu o deməkdir ki, Bakı və İrəvan yekun sülh sazişini imzaladıqdan sonra Ermənistan “Qarabağ revanşistləri”nin mövcudluğuna imkan verməməlidir, hətta belə fəaliyyət göstərənlərin Azərbaycana təhvil veriləcəyi də istisna edilməməlidir;

- Ermənistan bu sazişdən Qərbi Azərbaycan məsələsinə qarşı istifadə etməyə çalışacaq, hərçənd, deportasiyaya məruz qalmış azərbaycanlılar beynəlxalq hüquqda qaçqın statusuna malikdir və onların tarixi torpaqlarına qayıdışı ərazi iddiası yox, humanitar problemin həlli kimi nəzərdən keçirilir;

III maddə tərəflərin BMT nizamnaməsinə zidd şəkildə güc tətbiqindən çəkinməsini özündə əks etdirir. IV maddədə isə tərəflərin bir-birinin daxili işlərinə qarışmaması qeyd olunur.

V maddədə Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanmasından sonra diplomatik münasibətlər quracağı vurğulanır: proses proqnozlaşdırılan kimi davam edəcəksə, gələcəkdə Bakıda Ermənistan, İrəvanda Azərbaycan diplomatik missiyası fəaliyyət göstərəcək;

Ən önəmli məqamlardan biri VII maddədə əks olunanlardır. Burada tərəflər iki ölkə sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi öhdəliyini götürür. Bu, Avropa Birliyinin müşahidə missiyasının Azərbaycanla sərhəddən çıxarılmasını şərtləndirir. Rəsmi İrəvan əvvəldən “üçüncü tərəflərə məxsus qüvvələrin” sərhədin delimitasiya olunmuş hissəsindən çıxarılmasını təklif edir, bununla həm AB missiyasını saxlamağı, həm də delimitasiya prosesini öz maraqlarına uyğun sürətləndirməyi istəyirdi. Lakin sazişdə qeyd olunur ki, “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”. Bu o deməkdir ki, İrəvanın istəyi qəbul olunmayıb və üçüncü tərəflərə məxsus qüvvələrin çıxarılması delimitasiya prosesinin başa çatmasından öncə həyata keçirilməlidir.

IX maddədə Birinci Qarabağ müharibəsində itkin və əsir düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi razılaşdırılır. Lakin məsələ bununla yekunlaşmayacaq: bu şəxslərə qarşı törədilən əməllərə görə ədalətin təmin edilməsi üçün zəruri istintaq tədbirləri görüləcək; bu, Ermənistanın işğal müharibəsi zamanı azərbaycanlılara qarşı soyqırımı törətmiş şəxslərin cəzalandırılması perspektivlərini gücləndirir;

X maddədə Azərbaycan və Ermənistan arasında müxtəlif sahələrdə ayrıca razılaşmaların bağlanması, XI maddədə isə bu sazişin tərəflərin üçüncü ölkələrlə münasibətlərinə məhdudiyyət qoymadığı əks olunur.

XII maddə də xüsusilə əhəmiyyətlidir. Burada qeyd olunur ki, “tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər”.

Ermənistanın Azərbaycana münasibətində mövcud konstitusiyası və digər normativ-hüquqi aktları əsas olmayacaq. Lakin rəsmi Bakı üçün sazişin bu maddəsi tam zəmanət deyil: yekun sazişin imzalanması və bölgədə davamlı sülhün əldə edilməsi üçün sonuncu məsələ - Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyası dəyişdirilməlidir.

XIII, XIV, XVI və XVII maddələr sazişin icrası ilə bağlı texniki məsələləri əhatə edir. Önəmli məqam Azərbaycan və Ermənistanın sazişin icrasını ikitərəfli formatda həyata keçirəcəyidir.

XV maddədə isə tərəflərin bir-birinə qarşı məhkəmə iddiaları və şikayətlərinə xitam verməsi qeyd olunur.

Saziş mətninin Azərbaycanın maraqlarına cavab verdiyini deyə bilərik.

Oxunub: 233
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-12-2023, 12:37

Sülh sazişinin detalları yayıldı: Bakı İrəvandan bu əraziləri tələb edir

Xəbərlər

18-04-2023, 13:49

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Xəbərlər

15-09-2022, 00:28

"Azərbaycan bizim respublikanın ərazi bütövlüyünü tanıyarsa..." - Paşinyan

Xəbərlər

12-05-2022, 09:07

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Paşinyan RƏSMƏN ELAN ETDİ\VİDEO

Xəbərlər

25-06-2021, 15:02

SON DƏQİQƏ: Ermənistanın bir hissəsi Azərbaycana VERİLİR – Sazişin DETALLARI AÇIQLANDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Son xəbərlər
  • Bu gün, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Bu gün, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Bu gün, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Bu gün, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Bu gün, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Bu gün, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə