Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.
Milli.Az TASS-a istinadən xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı bu barədə fikrini bildirib.
"Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır", - Paşinyan qeyd edib.