• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yolu qana boyayan dəhşətli hadisənin pərdəarxası – 7 nəfəri əslində kim öldürüb?

Xəbərlər

7-08-2025, 13:26

Yolu qana boyayan dəhşətli hadisənin pərdəarxası – 7 nəfəri əslində kim öldürüb?



Şəmkirdə 7 nəfərin həyatına son qoyan dəhşətli yol qəzası bir daha sübut etdi ki, nəqliyyat təhlükəsizliyi yalnız texniki yoxlamalardan ibarət deyil. Belə ki, həmin qəzada hadisəyə səbəb sürücünün ürəktutması olub. Bu fakt peşəkar sürücülərin sağlamlıq vəziyyətinə nəzarətin nə qədər vacib olduğunu və tibbi müayinələrin real tətbiq mexanizmlərinin nə dərəcədə effektiv işlədiyini ciddi sual altına alır.

Sözügedən məsələ necə tənzimlənir – sürücülərin hər il müayinədən keçməsi üçün qayda varmı? Ümumiyyətlə, belə problemlərin yaşanmaması üçün necə bir sistem qurulmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rəsmi açıqlamalara görə, qəzanı törədən sürücü qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Onun sözlərinə görə, problem də məhz buradan başlayır:

“Belə faciələr baş verəndə diqqət yalnız qanunsuz daşımalara yönəlir. Halbuki qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar arasında da qaydaları pozanlar, səhhətində ciddi problemlər olanlar var. Məsələn, gündəlik reysqabağı tibbi müayinələr necə aparılır? Texniki baxış hansı formada, harada və kim tərəfindən həyata keçirilir? Bu məsələlər hələ də tam aydın deyil. Təəssüf ki, belə problemlər yalnız faciələr baş verdikdən sonra yada düşür. Halbuki bu, çoxdan sistemli şəkildə həll olunmalı idi.

Son hadisədə 7 nəfər həyatını itirib. Məlum olur ki, sürücünün ürək çatışmazlığı olub. Avtomobilin nə fərqlənmə nişanı, nə buraxılış vəsiqəsi, nə də buraxılış kartı varmış. İllərdir bu sahədə müzakirələr aparılır, amma nəticə yoxdur. Bir vaxtlar avtovağzaldan kənar fəaliyyət göstərən mikroavtobuslar qanunsuz elan olundu. Sonra isə onlara müəyyən şərtlərlə – fərqlənmə nişanı, buraxılış sənədi və s. ilə fəaliyyət imkanı verildi. Amma bu şərtlərə necə nəzarət olunur? Kim bu nəqliyyat vasitələrini yoxlayır? Faktiki olaraq nəzarət mexanizmi yoxdur”.

Ekspert əlavə edib ki, bir çox suallar açıq qalır və cavab tapmaq asan deyil:

“Qanuna ciddi əməl etmək istəyəndə bəziləri belə deyir: “çörəyimə bais olursan”. Göz yumanda da belə faciələr baş verir. Ortada bir ikililik var: həm qanunsuzluğa şərait yaradanlar, həm də ona maraq göstərənlər. Nəticədə nəqliyyat sistemində xaotik vəziyyət davam edir. Hamı nə etmək lazım olduğunu bilir, amma əməl edən azdır. Kimdən soruşsan, məsuliyyəti başqasının üzərinə atır. Tutaq ki, polis yolda bu sürücünü saxladı, sənədlərini yoxladı və onu xətdən uzaqlaşdırdı. Təsəvvür edin, sərnişinlər polisə irad bildirəcək: “adam normal sürür, sən niyə saxlayırsan və s.”

E.Muradlı vurğulayıb ki, bəzən vətəndaş özü də qayda pozuntusuna göz yumur:

“Dəfələrlə aidiyyəti qurumlar, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) çağırış edib ki, vətəndaşlar belə səfərlər zamanı yalnız etibarlı məntəqələrə və rəsmi daşıyıcılara müraciət etsinlər. Avtovağzaldan bilet alınsın, tanımadıqları şəxslərin nəqliyyat vasitələrindən istifadə olunmasın. Amma əksər hallarda bu çağırışlara əməl edilmir. Çünki məsələyə tanışın tanışı, qohumun sürücüsü prinsipi ilə yanaşılır. Belə yanaşma ilə sərnişindaşıma fəaliyyəti mümkün deyil. İnsanlara düzgün yol göstərirsən, onlar isə tanış və qohumu seçirlər. Son hadisədə 7 nəfər həyatını itirib. Yaralılar və xəsarət alanlar isə ömür boyu bu hadisənin psixoloji təsiri altında qalacaqlar. Bu sonuncu hadisə olacaqmı? Təəssüf ki, yox”.

Ekspert qeyd edib ki, statistikaya baxdıqda ümumi qəza sayında azalma müşahidə olunsa da, bir qəzada ölənlərin sayı artır:

“Bu isə qəzaların ağırlıq dərəcəsinin artdığını göstərir. Məsələn, bir qəzada 7 nəfərin ölümü sıradan göstərici deyil. İsveçrə kimi ölkədə belə bir hadisə baş versəydi, 7-8 nazirlikdən ibarət fövqəladə komissiya yaradılar, genişmiqyaslı araşdırma aparılardı. Bizdə isə sadəcə cinayət işi açılır. Araşdırma rayon polis idarəsində aparılır, nəticədə ya sürücü cəzalandırılır, ya da ölübsə, işə xitam verilir. Amma bu hadisədə məsuliyyət daşıyan başqa şəxslər də var ki, onların heç biri cəzalanmır. Proses də bu qaydada davam edir”.

Oxunub: 234
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-05-2023, 16:30

Yeni quraşdırılan radar bu məsafədən CƏRİMƏLƏYƏCƏK - Sürücülərin DİQQƏTİNƏ

Xəbərlər

20-11-2022, 13:23

Sürücülərin nəzərinə! Qaydalar DƏYİŞİR

Xəbərlər

11-02-2022, 00:28

Sürücülərin NƏZƏRİNƏ: “Plyonka”ları sökməli OLACAQSINIZ

Xəbərlər

11-07-2019, 18:15

Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi

Xəbərlər

5-07-2019, 00:57

Gürcüstana gedən sürücülərin nəzərinə! - Qaydalar DƏYİŞDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Son xəbərlər
  • Dünən, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • Dünən, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • Dünən, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • Dünən, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • Dünən, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • Dünən, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • Dünən, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • Dünən, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Dünən, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • Dünən, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • Dünən, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Dünən, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • Dünən, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Dünən, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • 4-08-2026, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • 4-08-2026, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • 4-08-2026, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • 4-08-2026, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • 4-08-2026, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • 4-08-2026, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • 4-08-2026, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə