Beş Qərb ölkəsi – Kanada, Fransa, Almaniya, İtaliya və Birləşmiş Krallıq Yaxın Şərqdə artan gərginlik fonunda birgə bəyanatla çıxış edərək İsraili Livanda quru əməliyyatına başlamamaq üçün çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Birgə açıqlamada qeyd olunub ki, belə bir addım regionda vəziyyəti daha da gərginləşdirə, mülki əhali arasında itkiləri artıra və genişmiqyaslı humanitar böhrana səbəb ola bilər.
Eyni zamanda, bəyanatda Hizbullah təşkilatına da çağırış edilib. Bildirilib ki, təşkilat silahsızlaşmalı, mülki hədəflərə yönəlmiş hücumları dərhal dayandırmalıdır.
Qeyd olunub ki, bölgədə davamlı sabitlik yalnız qarşılıqlı addımlar və beynəlxalq hüquqa riayət olunması ilə mümkün ola bilər.
Bəyanat müəllifləri vurğulayıblar ki, münaqişənin genişlənməsi təkcə Livan və İsrail üçün deyil, bütün region üçün ciddi təhlükələr yaradır.