• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR

Xəbərlər

15-07-2025, 16:10

5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR


Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycanda da ciddi nəticələrə səbəb olub. Məlumata görə, son illərdə dəniz suyunun geri çəkilməsi nəticəsində ölkədə 40 min hektara yaxın yeni torpaq sahəsi üzə çıxıb. Bu ərazilər, əsasən sahilyanı zonalarda formalaşıb və onların gələcək taleyi ilə bağlı müxtəlif müzakirələr aparılır.

Alimlərin və ekoloqların araşdırmalarına görə, bu proses gələcəkdə daha da sürətlənə bilər. Yəni suyun çəkilməsi həm təbiətə, həm də iqtisadi və sosial sahələrə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, ilk növbədə dənizdə və sahil zonalarında yaşayan canlılar üçün təhlükə yaranır. Balıqların və su quşlarının yaşadığı bataqlıq ərazilər quruyur, bu isə onların çoxalmasına və mövcudluğuna mane olur. Xəzər dənizi ətrafında yerləşən qoruqlar və təbiət əraziləri də risk altındadır.

İqtisadi baxımdan ən böyük zərəri balıqçılıq sektoru görür. Suyun çəkilməsi nəticəsində balıq ehtiyatları azalır, balıqçıların gəliri düşür. Bu isə yerli əhalinin dolanışığına təsir edir və bəzi insanlar yaşayış yerini tərk etməyə məcbur qalır.

Bundan başqa, ekspertlərin fikrincə, dəniz səviyyəsinin aşağı düşməsi limanların fəaliyyətinə də çətinlik yaradır. Gəmilərin sahilə yaxınlaşması çətinləşir. Qeyd olunur ki, bu, yük və sərnişin daşımalarında problemlərə səbəb ola bilər. Digər tərəfdən, suyun çəkilməsi ilə torpaq sahələrində duzlaşma prosesinin artdığı bildirilir. Su geri çəkildikcə torpaqda duz qalır və bu, kənd təsərrüfatına ciddi zərər vurur. Eyni zamanda, turizm sektoruna da mənfi təsir dəyir, çünki sahil zonaları cazibəsini itirir.

Alimlər bu vəziyyəti əsasən iqlim dəyişikliyi, yağışların azalması, buxarlanmanın artması və dənizə tökülən çayların suyunun azalması ilə əlaqələndirirlər. Onlar xəbərdarlıq edirlər ki, əgər vaxtında tədbirlər görülməzsə, Xəzər dənizində Aral gölündə olduğu kimi ciddi ekoloji fəlakət baş verə bilər. Hazırda məsələ ilə bağlı Xəzər dənizinə çıxışı olan ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və birgə həll yollarının tapılması zəruri hesab olunur.

Bu torpaq sahələrinin meydana çıxması hansı imkanlar və risklər yaradır? Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi region üçün uzunmüddətli fəsadlara səbəb ola bilərmi?

Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib ki, bəzən Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində əlavə torpaq sahələrinin yarandığı görünür:

“Bu, ilk baxışdan insanlarda müəyyən cəlbedici hisslər yarada bilər və torpaqlardan müxtəlif məqsədlərlə istifadə etmək olar. Xüsusilə biznes tərəfdaşlarımıza demək istəyirəm ki, əvvəllər dənizin altında olmuş ərazilərdə qəti heç bir şey tikməsinlər. Çünki dənizin səviyyəsinin qalxıb-qalxmaması ilə bağlı dəqiq proqnoz yoxdur. Xəzər dənizinin səviyyəsinin dəfələrlə enməsi, və ya əksi tarixən müşahidə olunub. Buna görə də diqqətli olmaq lazımdır”.

Mütəxəssis qeyd edib ki, sahil ərazilər geriyə çəkilir, çoxlu dayazlıqlar yaranır və dərinliyin azaldığı yerlərdə su daha tez qızır:

“Bu isə həll olunmuş oksigenin azalmasına və ekosistemlərə ciddi təsirlər göstərir. Digər tərəfdən, Xəzər sahillərində ərazilərin boşalması gələcəkdə qum fırtınaları və daha tozlu, qumlu hava şəraitinin yaranmasına səbəb ola bilər. Bu, tamamilə real təhlükədir. Gəmiçilik üçün də risklər mövcuddur. Bilirik ki, Xəzərin suyundan bir çox məqsədlərlə istifadə olunur və hazırda Azərbaycanda həmin suyun şirinləşdirilməsi üçün qurğular tikilir. Neft platformalarında da problemin təsirləri hiss olunur. Qayıqların hərəkəti bəzən mümkünsüz olur, bəzən isə neft platformalarına yanaşmaları çətinləşir. Bütün bunlar ciddi problemlərdir və artıq bu məsələlər Milli Adaptasiya Proqramında öz əksini tapıb”.

Ekspert qeyd edib ki, ölkəmiz mövcud problemlərə uyğunlaşmaq üçün sahil idarəçiliyini Milli Adaptasiya Proqramının əsas istiqamətlərindən biri kimi müəyyən edib:

“Artıq ilkin proqram hazırlanıb və hazırda regional adaptasiya proqramları üzərində iş aparılır. Bu da gələcəkdə yerli fəaliyyətlərin uyğunlaşmanı daha effektiv dəstəkləməsinə imkan verəcək”.

Qeyd edək ki, 5 ölkə – Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan Xəzər dənizinin sahil xəttini paylaşır.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: ekologiya və ətraf mühitin mühafizəsi.

Oxunub: 163
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-05-2025, 13:14

Xəzərlə bağlı ilginc “iki dəniz” planı – Sensasion detallar

Xəbərlər

26-02-2024, 18:37

Xəzərin səviyyəsi tarixi minimumuna endi - Hansı təhlükə ilə üz-üzəyik?

Maraqlı

20-11-2023, 13:50

Xəzər çəkilir: Qədim Səbail qalası üzə çıxacaq?

Xəbərlər

1-09-2022, 19:53

Hava isti olsa da, Xəzər dənizinin suyu niyə soyuyur? - AÇIQLAMA

Xəbərlər

26-08-2021, 07:22

Xəzər dənizinin altında nələr var? - Dalğıcdan İNANILMAZ ETİRAF\VİDEO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Son xəbərlər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • 28-07-2026, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • 28-07-2026, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • 28-07-2026, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • 28-07-2026, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • 28-07-2026, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə