• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

197 il sonra ilk yaşandı – Rusiya və İran Azərbaycanda bunu təkrarladı

Xəbərlər

30-06-2025, 10:43

197 il sonra ilk yaşandı – Rusiya və İran Azərbaycanda bunu təkrarladı



Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı amansız zorakılıqla yanaşı, İran da ölkəmizlə bağlı əsassız ittihamlar səsləndirir. Belə ki, rəsmi Tehrana bağlı media orqanlarında, telekanallarda Azərbaycanın guya İsrailə öz hava məkanından istifadəyə icazə verdiyinə dair absurd iddialar yer alıb. Rusiya və İranın eyni anda Azərbaycana təzyiq etməyə çalışması diqqət çəkir. Demək olar ki, 1828-ci ildən sonra ilk dəfə Azərbaycan eyni anda hər iki ölkənin təzyiq hədəfindədir.

Bu paralel təzyiqlərin bir-biri ilə əlaqəsi varmı? Moskva və Tehran bu siyasətə niyə start verib?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan gücləndikcə ona qarşı təzyiqlərin də artacağı aydın idi:

“Bu təzyiqlərin əsasən yaxın qonşulardan – İran və Rusiyadan gələcəyi gözlənilən idi. Çünki hər iki ölkə uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına dəstək verib. Məhz Rusiyanın hərbi yardımı və silahları sayəsində Ermənistan torpaqlarımızı işğal edib. İran isə həm siyasi, həm hərbi, həm də iqtisadi dəstək verərək Ermənistanın ayaqda qalmasına kömək edib. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu ölkələrin bölgədə təzyiq siyasətini davam etdirdiyini gördük. Son zamanlarda bu təzyiqlər daha da güclənib. İran 2021-ci ildən etibarən açıq təhdidlərə başlayıb, sərhədlərimizdə hərbi təlimlər keçirib.

Müdafiə sistemi niyə zəifdir?

Gərgin münasibətlər müəyyən qədər sabitləşsə də, İran Prezidenti Məsud Pezeşkianın bu ilin aprelində Bakıya səfəri müəyyən ümidlər yaratmışdı ki, münasibətlər normallaşacaq. Lakin İsrail-İran gərginliyindən sonra rəsmi Tehran yenidən Azərbaycana qarşı təxribatçı ritorikaya qayıtdı. İranın dövlətə bağlı media resurslarında, sosial şəbəkələrdə Azərbaycana qarşı əsassız təbliğat kampaniyası başlandı. Guya İsrail Azərbaycanın hava məkanından istifadə edərək İrana hücum edib. Bu iddialar tamamilə əsassız və iftira xarakterlidir. Əslində, İran cəmiyyətində yaranan suallardan – niyə hava məkanı bağlanmayıb, niyə müdafiə sistemi zəifdir – yayınmaq üçün xarici düşmən obrazı axtarılır və bu məqsədlə hədəf olaraq Azərbaycan seçilir”.

Politoloq əlavə edib ki, son 6 ayda Rusiyanın da Azərbaycana qarşı təzyiq siyasətini gücləndirdiyini görürük:

“Azərbaycan təyyarəsinin vurulmasından sonra Milli Məclisin üzvü Azər Badamovun Rusiyadan deportasiyası, Yekaterinburqda baş verən hadisələr – bütün bunlar Rusiyanın dostluq niyyətində olmadığını göstərir. Rusiya Azərbaycanın müstəqil siyasətinə dözə bilmir və ölkəmizi öz təsir dairəsinə qaytarmaq istəyir. Biz əvvəldən qeyd edirdik ki, Ukrayna müharibəsindən sonra əl-qolu azadlaşan Rusiya ilk növbədə Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkəyə təzyiqləri artıracaq. Azərbaycan isə artıq beynəlxalq standartlara cavab verən orduya və təhlükəsizlik sisteminə malikdir. Ona görə də Rusiya bu müstəqilliyə qarşı qısqanclıqla yanaşır.

Zəngəzur dəhlizi üçün güc tətbiqi…

Bu gün biz həm Rusiya, həm İran tərəfindən paralel təzyiqlərlə üz-üzəyik. Bütün bu təzyiqlərin səbəbi Azərbaycanın Zəngəzur dəhlizi məsələsində güc tətbiq etməməsi, bu mövzunun sülh gündəliyindən kənarda saxlanması, Türkiyə ilə yaxınlaşması və regionda söz sahibi olmasıdır. Bu reallığı Rusiya və İran qəbul edə bilmir. Rusiyada son cinayətlər, islamofob, şovinist və faşist çağırışlarla müşayiət olunan hadisələr də göstərir ki, bu ölkənin dövlət idarəçiliyi belə düşüncə üzərində qurulub. Bütün bu təzyiqlərə baxmayaraq, əminəm ki, Azərbaycan heç vaxt müstəqilliyindən və suverenliyindən güzəştə getməyəcək, kimdən gəlməsindən asılı olmayaraq bu təzyiqlərə layiqli cavab verəcək”.

Oxunub: 148
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-06-2025, 17:46

Bakının İsrailə xəbərdarlığı – 12 günlük müharibədən sonra nələr dəyişdi?

Xəbərlər

6-08-2024, 14:34

İran İsrailə hücum etməzdən əvvəl Rusiyadan nə istəyib? - TƏDARÜK BAŞLADI

Xəbərlər

3-02-2023, 16:41

Novikov: Azərbaycan gücləndikcə, İran qorxur

Xəbərlər

17-10-2022, 13:25

Rusiya görüşöncəsi Bakıya təzyiq edir

Xəbərlər

21-09-2021, 11:27

Pakistan Azərbaycana görə İRANA XƏBƏRDARLIQ EDİB: "Elə etməyin ki, Tehrana qoşun yeridək"

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
Son xəbərlər
  • Dünən, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Dünən, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Dünən, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Dünən, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Dünən, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Dünən, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Dünən, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Dünən, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Dünən, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Dünən, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Dünən, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Dünən, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Dünən, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Dünən, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • 31-07-2026, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • 31-07-2026, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • 31-07-2026, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • 31-07-2026, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • 31-07-2026, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • 31-07-2026, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • 31-07-2026, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • 31-07-2026, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • 31-07-2026, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • 31-07-2026, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə