• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
Son zamanların bəlası: patoloji yorğunluq nədir?
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
Axşama doğru ayaqlar şişir və ağırlaşır?
Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“İranın yalnız bir şansı qalır, o da budur” – Tanınmış güneyli hüquq müdafiəçisindən vacib açıqlamalar

Xəbərlər

13-06-2025, 20:10

“İranın yalnız bir şansı qalır, o da budur” – Tanınmış güneyli hüquq müdafiəçisindən vacib açıqlamalar


Bu gün səhər saatlarında İsrail ordusu İranın nüvə zənginləşdirmə fəaliyyətinin əsas hissəsinə zərbə endirib və bununla yanaşı, ölkənin raket proqramını da hədəfə alıb. Hücum nəticəsində İranın bir sıra hərbi rütbəli şəxsi, nüvə alimləri öldürülüb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Əbülfəzl Şəkərçi İsrailə cavab zərbəsi endiriləcəyini bəyan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu hücumun səbəbləri barədə açıqlamasında bildirib ki, İran gizli şəkildə nüvə silahı komponentləri hazırlayırdı və bu şübhələrə görə İrana qarşı hava hücumları başladılıb.
ABŞ prezidenti Donald Tramp İrana hücumdan xəbərdar olduğunu və Tehranın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ-ın özünü, həmçinin İsraili müdafiə edəcəyini açıqlayıb.

Qeyd edək ki, İsrailin İrana hücumunun iki həftə davam etməsinin planlandığı açıqlanıb.

Mövzu ilə bağlı Globalinfo.az güneyli hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamranidən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

– Ötən gün mətbuatda İsrailin İrana hücum edəcəyi barədə məlumat yayılmışdı. İran bu hücuma hazır idimi? Çünki bir neçə yüksək hərbi rütbəli şəxslər və nüvə zənginləşdirilməsi sahəsində çalışan alimlər öldürülüb. Hətta Ali dini lider Xameneinin də hədəf ola biləcəyi deyilir.

– Bildiyiniz kimi, İranla İsrail arasında uzun müddətdir problemlər var. İran və ABŞ arasında davam edən nüvə zənginləşdirilməsinə dair müzakirələr daha kritik nöqtəyə gəlmişdi. İsrail yaxın zamanda İranın nüvə silahına sahib ola biləcəyini iddia edərək bu hücumu varlıq səbəbi və özünü müdafiə tədbiri hesab edir. Nüvə silahı məsələsi ilə bağlı müzakirələrdə təəssüf ki, hər hansı nəticə əldə olunmadı və qərar verildi ki, sabah da müzakirələrin yeni mərhələsi keçirilsin. Məlumata görə, İran bunu hələlik dayandırıb və bu hücumlarla qarşı-qarşıyayıq.

Xəbərlərdə də deyildiyi kimi bu hücumlarda mülki obyektlərə hər hansı bir zərbə endirilməyib və hədəflər tamamilə hərbi qərargahlar və hərbi vəzifəli şəxslərdir. İran rejiminə vurulan zərərlər barədə məlumat tam aydın olmasa da görünən odur ki, böyük zərbə endirilib və yaxın günlərdə bunun hansı həddə olduğunu görəcəyik.

– İran iddia edir ki, İsrailə ABŞ yardım edir. ABŞ İranla danışıqların tərəfdarı olduğunu deyir. Eyni zamanda Tramp İsrailə hücum olarsa ABŞ-ın özünü və İsraili müdafiə edəcəyini açıqlayıb. İsrailin hücumu ümumiyyətlə nəyə hesablanıb? Bu, İranın nüvə zənginləşdirilməsi məsələsində təzyiqdirmi və bu sahədə İran geri addım atacaqmı? Müharibənin eskalasiya və genişlənməsi region üçün necə nəticələnə bilər?

– İranın və ABŞ-ın bu məsələdə istəkləri bir-birindən 180 dərəcə fərqlənir. ABŞ və İsrail İranın nüvə zənginləşdirilməsi fəaliyyətini tamamilə durdurmasını istəyir. İran bu məsələni özü üçün qırmızı xətt kimi müəyyənləşdirib və bunu müzakirə predmeti hesab etmir. Düşünürəm ki, ABŞ İrana təzyiqi artırmaqla, nəhayət, onu bu istəyindən vaz keçməyə razı salmaq istəyir. Hələ ki, ciddi şəkildə genişmiqyaslı müharibə riski var. Əgər bu müzakirələrdə nəticə əldə olunsa, bəlkə bu həmlələr dura bilər. Hərçənd ki, İranın Baş Qərargah rəisi, SEPAH-ın Baş komandanı və digər mühüm şəxslərin öldürülməsi də onu deməyə əsas verir ki, artıq müzakirələr üçün şans və fürsət görünmür. 2023-cü il oktyabrın 7-dən sonrakı hadisələr də onu göstərdi ki, İranın özünümüdafiə baxımdan texnoloji cəhətdən İsrail və onun müttəfiqləri qarşısında elə də gücə malik deyil. Hər bir mərhələdə və münaqişədə İran uduzur və bunu hər kəs görür. Bu ciddi məsələdir və İran üçün çıxış yolu ancaq müzakirələrdə bir nəticə əldə etməklə bu vəziyyətdən çıxa bilər. Əks təqdirdə, bu, həm rejim üçün ciddi nəticələr doğuracaq, həm də bölgədə və xüsusilə İranın özündə böyük bir savaşın başlayacağı ehtimalı yüksəkdir.

– İsrailin hücum etdiyi şəhərlər arasında Təbriz də var. Güney Azərbaycan şəhərləri və soydaşlarımız üçün hansı təhlükə yaranıb?

– Təbrizin vurulmasına gəlincə, xüsusilə bizim türkdilli xəbərlərdə – istər Azərbaycan, istərsə də Türkiyədə olsun – elə bir hiss yaranır ki, sanki yalnız Təbrizi vurublar və orada sivil insanlar ölüb. Belə bir şey yoxdur. İstər Təbriz, istərsə də Tehran və ya başqa şəhərlərdəki hərbi hədəflər və obyektlərə zərbə endirilib və ölənlər də hərbçilərdir.

Baş Qərargah rəisinin azərbaycanlı olması haqda rejimə bağlı sosial şəbəkələr və xəbər agentlikləri məlumat yayırlar. Bununla türklərin rejimi dəstəkləməsinə çalışırlar. Amma bu məsələdə İsrailin xüsusi olaraq türkləri və azərbaycanlıları hədəf aldığını demək olmaz.

– İran cavab zərbəsinə hazırlaşır. Bu zərbə kifayət qədər tutarlı olacaqmı?

– İranın Rusiya ilə strateji anlaşması olduğu deyilirdi, lakin bu hadisələr onu göstərdi ki, İranla Rusiya arasında bu mənada hər hansı strateji əməkdaşlıq yoxdur və İranın əlində lazımi müdafiə sistemləri mövcud deyil. Bu da baş verənlərin səbəblərindən biridir. Ancaq müzakirələrdə razılıq əldə olunmazsa azərbaycanlılar üçün çox ciddi nəticələr doğura bilər. Növbəti hücumlar ola bilər və bu, İranın daxilində Suriyadakı 12-14 il öncəki vəziyyəti yarada bilər. Nəzərə alaq ki, azərbaycanlıların siyasi fəaliyyətləri sivil xarakter daşıyır, əllərində silah yoxdur. Kürd terrorçu qrupları xüsusilə bizim qərbi Azərbaycanda ciddi problemlər yarada bilərlər və oradakı azərbaycanlıların həyatı və mülkiyyəti təhlükə altındadır. İranda Suriyadakı vəziyyətin yaranması həm azərbaycanlılara ciddi problem yarada bilər, həm də Azərbaycan və Türkiyə dövlətlərinə də ciddi mənfi nəticələri ola bilər. Buna hazırlıqlı olmaq lazımdır.

– İsrail hərbi əməliyyatların iki həftə davam edəcəyini deyib. İranı daha hansı təhlükələr gözləyir və hadisələr İran rejimi üçün necə nəticələnə bilər?

– İranın yalnız bir şansı var, o da budur ki, bu qarşıdurmada nüvə silahı əldə edə bilər. Bəzi xəbərlərə görə, İranın nüvə təsisatlarının bir qismi yerin altında 800 metr dərinlikdə yerləşir. İran bu fürsətdən istifadə edib nüvə silahına əl atarsa gedişatın nəticəsinə təsir edə bilər. Amma mən belə bir ehtimalın az olduğunu düşünürəm. Bu məsələ azərbaycanlılar, millətimiz baxımdan kritik və təhlükəli olmasını saxlamaqdadır.

Oxunub: 200
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-06-2025, 20:46

İrana hücuma yol açan iki mühüm hadisə: Əgər zərbə olarsa…

Xəbərlər

12-06-2025, 14:10

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edə bilər – 3 HƏRBİ PLAN

Xəbərlər

19-01-2025, 10:28

İsrail İrana hücum planlayır?

Xəbərlər

13-12-2024, 16:19

Əsəd devrildi, növbə İrana çatdı - Hücumun anonsu verildi

Xəbərlər

2-06-2023, 09:24

Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Son xəbərlər
  • Dünən, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 21:00
    Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
  • Dünən, 20:33
    Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
  • Dünən, 19:11
    Suriya Livana müdaxilə edə bilərmi?
  • Dünən, 18:17
    Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
  • Dünən, 17:50
    Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
  • Dünən, 16:08
    Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
  • Dünən, 15:36
    Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
  • Dünən, 14:25
    Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
  • Dünən, 13:42
    Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
  • Dünən, 12:21
    Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
  • Dünən, 11:17
    Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
  • Dünən, 10:25
    Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
  • Dünən, 09:14
    Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
  • 13-06-2026, 22:51
    Son zamanların bəlası: patoloji yorğunluq nədir?
  • 13-06-2026, 21:24
    Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
  • 13-06-2026, 20:02
    Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
  • 13-06-2026, 19:16
    Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
  • 13-06-2026, 18:14
    Axşama doğru ayaqlar şişir və ağırlaşır?
  • 13-06-2026, 17:33
    Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
  • 13-06-2026, 17:05
    Paşinyanın qatı düşməni də parlamentə girə bilər – Surenyantsdan xəbərdarlıq
  • 13-06-2026, 16:36
    ABŞ İranla sülh sazişi imzalayır - Pakistan XİN TARİX VERDİ
  • 13-06-2026, 15:49
    Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur?
  • 13-06-2026, 14:39
    Şimali Kiprdə tarixi qərar: 63 ildən sonra yenidən açıldı
  • 13-06-2026, 13:19
    Trampdan SÜLH AÇIQLAMASI - “Uyğun vaxtda müsadirə edib məhv edəcəyik”
  • 13-06-2026, 12:02
    Bədəndə duz harada və necə yığılır? - Həqiqətlər və miflər
  • 13-06-2026, 11:57
    Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
  • 13-06-2026, 10:44
    Üç Avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
  • 13-06-2026, 09:08
    Banan qabıqlarına duz səpməyin səbəbi məlum oldu: Faydalıdır
  • 12-06-2026, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə