• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
Musiqi dinləməyin 4 faydası
Yuxu keyfiyyətini pozan əsas səhvlər
İran ABŞ və İsraildən təzminat tələb etdi
Ağız qoxusuna görə hansı həkimə getməli?
NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yasamalda dəfn edilmiş 19 yaşlı almanların hekayəsi - ƏSİR MƏZARLIĞINDAN REPORTAJ

Xəbərlər

1-05-2025, 10:03

Yasamalda dəfn edilmiş 19 yaşlı almanların hekayəsi - ƏSİR MƏZARLIĞINDAN REPORTAJ


İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ərəfəsində tarixin qanla yazılan səhifələri yenidən vərəqlənir, bəşərin tarixi faciələri bir daha yada salınır. Müharibənin ən dəhşətli epizodlarından biri də heç şübhəsiz hərbi əsirlərlə bağlıdır.

Sovet ordusu müharibənin ilk illərində ağır məğlubiyyətə uğrayaraq geri çəkilirdi. Buna görə də Qızıl Ordu əhəmiyyətli dərəcədə hərbi əsir götürə bilmir, əksinə xeyli sovet əsgəri nasistlərə əsir düşürdü. Ancaq müharibənin gedişatında kəskin dönüş yaradan Stalinqrad döyüşündə 91 min alman əsgər və zabiti əsir götürüldü. Bu hadisədən sonra əsirlərin sayı artmağa başladı. 1944-cü ilin martından 1945-ci ilin ilk gününə qədər 745 min alman əsir düşdü. Alman ordusunun təslim olmasından sonra keçən 1 həftə ərzində isə 1 milyon 390 min hərbçi Sovet ordusuna təslim oldu.

1944-cü ilin 17 iyulunda Moskvada “Məhv edilmişlər paradı” adı altında Belorusiya cəbhəsində əsir alınmış əsgər və nümayiş etdirildi. 57 min 600 əsirin nümayiş etdirildiyi bu paradın məqsədi Sovet xalqına qələbə ovqatı aşılamaq, onların mənəvi ruhunu ucaltmaq məqsədi daşıyırdı. Paradın ön sıralarında 19 alman general addımlayırdı.

Xalq Daxili İşlər Komissarlığın hərbi əsirlərlə bağlı yaradılan xüsusi bölməsi (QUPVİ) SSRİ-də 2 388 443 alman hərbi əsirinin mövcud olduğunu göstərir. Hərbi əsirlər təkcə almanlarla məhdudlaşmırdı. 156 mindən çox avstriyalı, 70 mindən çox çex və slovak, 23 mindən çox fransız da əsir alınmışdı.

Ancaq bu rəqəmlər mübahisə doğurur. Çünki heç də bütün əsirlər QUPVİ-nin nəzarətində deyildi. Bir də bu rəqəmlər ancaq Alman ordusuna (Vermaxt) aid əsirləri ifadə edirdi. Ordunun digər birləşmələri barədə məlumatlar son dərəcə ziddiyyətlidir.

Alman hərb tarixi Rüdiger Overmans SSRİ-nin təqdim etdiyi rəqəmlərə şübhə ilə yanaşaraq SSRİ-də 3 milyon alman əsirinin olduğunu və bu əsirlərin təqribən 1 milyonunun öldüyünü göstərir. SSRİ isə 356 min əsirin öldüyünü bildirirdi, Overmans itkin düşən 700 min əsiri də Sovet hərbi düşərgələrində öldüyünü ya da öldürüldüyünü düşünür.

1947-ci ildə Moskvada SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirlərinin görüşü zamanı əsirlərin geri qaytarılması qərara alındı, ancaq bu proses gecikdirildi. Son alman əsir 1956-cı ildə Almaniyaya qayıda bildi.

Ümumilikdə isə, 2 milyondan artıq hərbi əsir Almaniyaya təhvil verildi. SSRİ hərbi cinayətlər törətməkdə təqsirləndirdiyi əsirlərə məhkəmə qurub, onları uzunmüddətli həbslə cəzalandırdı. Sayları 14 mindən çox olan bu əsirlər 1955-ci ildə Almaniya kansleri Konrad Adenauerin Moskvaya səfərindən sonra Almaniyaya qayıda bildi.

Əsirlər təhvil verilənə qədər isə SSRİ-nin müxtəlif regionlarında ən müxtəlif sahələrdə fəaliyyətə cəlb olunmuşdu. Onlar fabriklərin, su elektrik stansiyalarının, dəmiryollarının, limanların yenidən qurulmasına, uran, kömür çıxardılmasında istifadə olundular.

Tarixçi Tahir Behbudov təkcə Bakıya 42 min alman əsirinin gətirildiyini qeyd edir. Əsası 1940-cı ildə qoyulan Mingəçevir Su Elektrik Stansiyasının tikintisinə 10 mindən artıq alman hərbi əsiri cəlb edilmişdi. Hökumət Evinin, Dövlət İncəsənət Muzeyinin tikintisində də alman əsirlər tərəfindən aparılmışdı. Saatlı rayonun Cəfərxan kəndində saxlanılan 200-dən artıq alman əsiri məcburi əməyə sövq edilmişdi. Ağır iş şəraitindən, qidasızlıqdan vəfat edən əsirlərə Almaniyaya qayıtmaq nəsib olmayacaqdı.

Azərbaycan kinosunun ən klassik nümunələrindən olan “Şərikli çörək” filmin əvvəlində sovet əsgərlərinin mühafizəsi altında alman hərbi əsirlərinin keçidi göstərilir. Uşaqların almanlara nifrətli baxışları heç şübhəsiz ki, təbii və əsaslıdır, çünki onların ataları müharibədə döyüşür, bəzilərinin atası isə cəbhədə həlak olmuşdur. Ancaq filmdə bu əsirlər mərhəmət doğuran bir formada təqdim edilmişdir, başqa cür desək bu qısa və təsirli səhnə alman əsirlərini müharibənin qurbanları kimi təqdim edir. Kağızdan papaq qoymuş uşaq isə alman əsirlərini “Hayl Hitler” salamı isə salamlamaq istəyir, ancaq başına dəyən qapaz ancaq ilk sözü deməyə imkan verir. Müharibənin son dövrlərindən bəhs edilən film 1969-cu ildə lentə alınsa da müharibə əsirlərinin keçidi bizdə dərin və realist bir təsir oyadır.

Azərbaycanın müxtəlif bölgələrində o cümlədən Mingəçevirdə, Sumqayıtda, Saatlıda əsirlikdə ölən almanların qəbristanlığı mövcuddur. Bu qəbristanlıqların biri də Bakı şəhərinin Yasamal rayonunda yerləşir.

Qəbristanlıqda diqqəti ilk cəlb edən kiçik abidədir. Qara xaçın qarşısında lövhədə alman və azərbaycan dilində yazılar var. Alman dilində olan yazının tərcüməsi belədir:

“Bakıda vəfat etmiş 163 hərbi əsirin xatirəsinə. Onlardan 142-si alman,

13-i macar, 8-i isə avstriyalıdır. Bu qəbiristanlıqda 50 əsir dəfn olunub.

Onları və bütün müharibə qurbanlarını yad edin! 1945 – 1947”.

Almaniya Federativ Respublikasının xarici işlər naziri Klaus Kinkel azərbaycanlı həmkarı Həsən Həsənovla birgə 1995-ci ildə bu qəbristanlığa baş çəkərək əklil qoyub, ölənlərin xatirəsini yad edib.

Bu lövhədə isə bu qəbristanlıqda dəfn edilən hərbi əsirlərin ad, soyadları, anadan olduqları və vəfat etdikləri tarixlər göstərilib. Onların ikisi- Kurt Artur Volter və Podliç Georq Alfons 19 yaşında vəfat edib. Hər ikisi 1927-ci ildə anadan olub. 1945-ci ildə zəfər günündə heç birinin 18 yaşı tamam olmamışdı. Bəlkə də, Podliç və Kurt qələbədən sonra əsir götürülən 1 milyon 390 min hərbçidən biri imiş. Podliç isə 1946-cı ilin 6 iyununda, Kurt iyulun 25-ində vəfat edib.

Ancaq bu qəmli siyahı təkcə gənclər ibarət deyil. Siyahıda iki şəxs 1895-ci ildə anadan olub: Dombrovski Vilhelm Peter və Şentke Bruno Alfred... Dombrovski 1946-cı, Şentke isə ondan bir il sonra-1947-ci ildə vəfat edib.

Siyahının altında isə “Volksbund Deutsche Kriegsgräberfürsorge e.V.” qeydi var. Bu təşkilat 1919-cu ildə qurulub və fəaliyyətinin əsas istiqaməti Almaniya xaricində həlak olmuş alman əsgər qəbristanlıqlarının qorunub-saxlanmasıdır. Yasamaldakı alman qəbristanlığı da Volksbundun mühafizə etdiyi qəbristanlıqlardan biridir. Təşkilat dünyanın 45-dən artıq ölkəsində yerləşən 830 qəbristanlığa qulluq edir.

Yasamalda yerləşən Alman Hərbi Əsirlər Qəbristanlığı bəşər tarixinin ən qanlı müharibəsinin canlı şahidi kimi gözlərimizin qarşısında dayanır. Onlar heç şübhəsiz ki, amansız müharibənin, mərhəmət tanımayan nasizm ideologiyasının və əlbəttə ki, Adolf Hitlerin və heç şübhəsiz ki, zalım fələyin qurbanlarıdır.

19 yaşlı qurbanları-Podliçi və Kurtu Yasamalın Dağlı məhəlləsində torpağa tapşıran tale də çox amansız bir taledir.(teleqraf)

Yasamalda dəfn edilmiş 19 yaşlı almanların hekayəsi - ƏSİR MƏZARLIĞINDAN REPORTAJ
Yasamalda dəfn edilmiş 19 yaşlı almanların hekayəsi - ƏSİR MƏZARLIĞINDAN REPORTAJ

Oxunub: 112
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-08-2024, 11:13

Ukrayna ordusu Rusiyaya girdi: ruslar əsir götürüldü

Xəbərlər

12-06-2023, 18:22

Hücum nəticəsində 41 nəfər uqandalı öldü - Əsir götürülənlər var

Xəbərlər

20-12-2021, 00:37

SON DƏQİQƏ: ŞOK XƏBƏR YAYILDI - Hərbçilərimiz əsir düşdü?/FOTO

Xəbərlər

16-11-2021, 21:55

Ermənistan tərəfi əsir düşmüş hərbçi sayını açıqladı - RƏSMİ

Xəbərlər

29-05-2021, 01:08

"İstəsək 20-50 Azərbaycan əsgərini əsir götürərik” - Erməni general

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
Musiqi dinləməyin 4 faydası
Yuxu keyfiyyətini pozan əsas səhvlər
Son xəbərlər
  • Bu gün, 12:04
    Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
  • Bu gün, 11:08
    Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
  • Bu gün, 10:46
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Bu gün, 09:02
    Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
  • Dünən, 22:45
    Musiqi dinləməyin 4 faydası
  • Dünən, 21:26
    Yuxu keyfiyyətini pozan əsas səhvlər
  • Dünən, 20:11
    İran ABŞ və İsraildən təzminat tələb etdi
  • Dünən, 18:49
    Ağız qoxusuna görə hansı həkimə getməli?
  • Dünən, 17:33
    NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
  • Dünən, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • Dünən, 14:20
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Dünən, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
  • Dünən, 11:32
    ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
  • Dünən, 10:24
    İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
  • Dünən, 09:08
    Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
  • 21-03-2026, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • 21-03-2026, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • 21-03-2026, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • 21-03-2026, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • 21-03-2026, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • 21-03-2026, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • 21-03-2026, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • 21-03-2026, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • 21-03-2026, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • 21-03-2026, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • 21-03-2026, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 21-03-2026, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • 21-03-2026, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • 21-03-2026, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə