• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda referenduma hazırlıq gedir? – İlk anons verildi

Xəbərlər

20-09-2025, 14:55

Azərbaycanda referenduma hazırlıq gedir? – İlk anons verildi



“Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib ki, yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. O bildirib ki, hər bir xalqın müstəqil, suveren dövlət qurmaq arzusu var.

Sitat:

“Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991–1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit olunması idi. İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi. Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir. 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi. Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü bir dəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir”

Ziyafət Əsgərovun konfransda dedikləri diqqət çəkir. Xüsusilə də bir müddətdir ictimaiyyətdə gedən Konstitusiya referendumu mövzusu yenidən aktuallaşır. Məsələ ondadır ki, Azərbaycanın qarşısında duran yeni geosiyasi, hüquqi və təhlükəsizlik çağırışları, xüsusilə də post-münaqişə dövründə formalaşan yeni reallıqlar artıq Konstitusiya səviyyəsində cavablandırılmalıdır. Bu, ilk növbədə ondan xəbər verir ki, dövlətin hüquqi bazasının, xüsusən də Konstitusiyanın hazırkı reallıqlara tam cavab verməsi məsələsi gündəmdədir.

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi təkcə hərbi-siyasi qələbə deyil, həm də hüquqi müstəvidə yeni mərhələnin başlanğıcı oldu. Bu yeni mərhələdə dövlətin idarəetmə sistemi, ərazi idarəçiliyi, insan hüquqları, milli azlıqların statusu və digər məsələlər artıq daha dərindən tənzimlənməlidir. Mövcud Konstitusiya bu məsələlərə toxunsa da, yeni dövrün spesifik xüsusiyyətlərinə tam uyğun deyil. Bu isə Konstitusiya dəyişikliyinin zəruriliyini ortaya qoyur.

Eyni zamanda, Ermənistanla davam edən uğurlu sülh prosesi fonunda müəyyən addımların atılması zərurəti yarana bilər. İstər sərhədlərin tanınması, istər yeni regional əməkdaşlıq mexanizmləri kimi məsələlər hüquqi əsas tələb edir.

Düzdür, Əsgərovun çıxışında referendum birbaşa qeyd olunmasa da, “Konstitusiya səviyyəsində cavab verilməlidir” ifadəsi çox açıq şəkildə hüquqi mexanizmlərin, xüsusilə də dəyişikliklərin gündəmdə olduğunu göstərir.

Azərbaycanda Konstitusiyaya dəyişikliklər yalnız referendum yolu ilə həyata keçirilə bilər. Bu baxımdan, əgər dəyişiklik ehtiyacı siyasi səviyyədə rəsmiləşərsə, referendumun keçirilməsi yüksək ehtimaldır. Bura həm suverenliklə bağlı müddəaların möhkəmləndirilməsi, həm də post-münaqişə dövrünün yeni idarəetmə və hüquqi reallıqları daxil edilə bilər.

Yəni nəticə etibarilə, bu çıxış birbaşa referendumun elan olunması deyil, amma ciddi şəkildə ona hazırlıq siqnalı kimi qəbul oluna bilər.

Oxunub: 141
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-12-2024, 20:36

Bu il Azərbaycanda referendum keçiriləcək? – Sərəncamın pərdəarxası

Xəbərlər

2-03-2024, 09:10

Bakı və Ankaranın tələbi qəbul edildi - Ərazi iddialarından geri çəkilirlər

Xəbərlər

24-01-2024, 14:19

Konstitusiya Qarabağa görə dəyişdirilir? – İrəvandan açıqlama

Manşet / Gündəm / Xəbərlər

12-11-2018, 12:12

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:20

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Son xəbərlər
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • 19-06-2026, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • 19-06-2026, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • 19-06-2026, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • 19-06-2026, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • 19-06-2026, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • 19-06-2026, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • 19-06-2026, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • 19-06-2026, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • 19-06-2026, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə