• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
7 ölkə İranla savaşa girir? - Ekspert
Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
Yaddaşı gücləndirən meyvələr
İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
"Şimal Axını"nın partladılmasını kimin sifariş etdiyi bəlli oldu
Arıqlamaq istəyənlərə şad xəbər: Bu məhsullar çəki atmağa kömək edir
Lavrov Rubioya Trampla bağlı nə verib?
Gözlənilən qərar verildi – Netanyahu bu tarixdə ABŞ-a gedəcək
Hepatoloq: Hepatit C 3 aya tam müalicə olunur
91 millət vəkili istefa verdi - CHP-də nə baş verir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kleopatranın son sirri: məzarı tapılıb?

Maraqlı

20-09-2025, 22:20

Kleopatranın son sirri: məzarı tapılıb?


Tədqiqatçılar, o cümlədən “Titanik”i tapan məşhur xəzinə axtarıcısı Bob Ballard, Kleopatra və Mark Antoninin dəfn yerinin tapılmasına heç vaxt olmadığı qədər yaxın olduqlarını bildiriblər.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu, Aralıq dənizində, qədim Taposiris-Maqna şəhərinin yaxınlığında, İsgəndəriyyədən 30 mil məsafədə yerləşən su altında qalmış limanın kəşfi sayəsində mümkün olub.

Niyə məhz bu yer?

Arxeoloqlar, Kətlin Martinesin rəhbərliyi ilə, təxminən 12 metr dərinlikdə liman aşkarlayıblar. Bir vaxtlar bu liman ölüm tanrısı Osirisinə həsr olunmuş məbəd ilə bağlı olub. Bu kəşf son dərəcə vacibdir. Çünki hələ 2022-ci ildə Martinesin komandası məbədin xarabalıqları altında 1200 metrlik tunel tapmışdı. Bu tunelin gizli bir şəbəkənin bir hissəsi olduğu və birbaşa yeni tapılmış limana aparıldığı güman edilir.

Martinesin ehtimalına görə, eramızdan əvvəl 30-cu ildə Mark Antoni ilə birlikdə intihar edən Kleopatra dəfnini elə planlaşdırmışdı ki, romalılar onların cəsədini tapa bilməsinlər. Buna görə də o, özünü axirət həyatında təhlükəsiz hiss edəcəyi yeri — Osiris məbədini — seçib.

Qazıntı yerində nə tapılıb?

Su altında qalmış limanda arxeoloqlar sütunlar, cilalanmış daş döşəmədən parçalar və şərab küpləri — amforalar aşkar ediblər. Bu, burada fəal həyatın mövcudluğunu göstərir. Misir Turizm Nazirliyi bunu qədim dəniz fəaliyyətinin sübutu adlandırıb.

Tarixin ən qüdrətli kraliçalarından biri sayılan Kleopatra gözəlliyindən məqsədlərinə çatmaq üçün istifadə etməsi ilə tanınır. O, Roma imperiyasının ən nüfuzlu kişiləri — Yuli Sezar və Mark Antoni ilə məhəbbət münasibətində olub.

Kətlin Martinesin sözlərinə görə, 2000 illik axtarışlardan sonra onlar ilk dəfə bu qədər yaxınlaşıblar. Onun iddiasına görə, indi bu, sadəcə zaman məsələsidir və Kleopatranın məzarı tapılacaq. Bu kəşf haqqında yeni sənədli film — “Kleopatranın son sirri” — 25 sentyabrda National Geographic kanalında yayımlanacaq.

Xatırladaq ki, “Taxtlar Oyunu” və “Dune” seriallarının qəddarlıq və əxlaqsızlığın zirvəsi olduğunu düşünənlər Misirə 323-dən eramızdan əvvəl 30-cu ilə qədər hökmranlıq edən Ptolemeylər sülaləsinin real dünyası ilə tanış olmalıdırlar. Qədim tarix professoru Loyd Levellin-Cons yeni kitabında — “Kleopatralar, Misirin unudulmuş kraliçaları” — oxucunu siyasi intriqalar, qətllər, qohum evlilikləri və hədsiz dəbdəbə ilə dolu bir dünyaya aparır və burada reallıq hər cür uydurmanı üstələyir.

Bundan əvvəl xəbər verilmişdi ki, qrafik mütəxəssisləri Misirdə Fironlar Vadisini quran və Qədim Misir tarixini dəyişən fironun üzünü canlandırıblar. XVIII sülalənin ikinci hökmdarı olan I Amenhotep-in təxminən 3500 il əvvəl 35 yaşında vəfat etdiyi, sonra isə diqqətlə mumiyalaşdırıldığı güman olunur.

Oxunub: 136
Paylaş:
Digər xəbərlər

Maraqlı

16-11-2024, 14:32

İkinci Dünya Müharibəsi zamanı dəfn edilmiş əsgərin məzarından görün nə tapıldı

Mədəniyyət

18-02-2024, 08:22

Qədim Misirdə ilk mumiyaların SİRRİ AÇILDI

Maraqlı

3-10-2022, 11:19

Misirdə firon I Ramzes zamanına aid sarkofaq tapılıb

Maraqlı

20-06-2022, 22:24

“Tutanxamonun lənəti”nin sirri açıldı

Xəbərlər

17-03-2019, 22:33

27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
7 ölkə İranla savaşa girir? - Ekspert
Son xəbərlər
  • Bu gün, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Bu gün, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • Bu gün, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • Bu gün, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • Bu gün, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • Bu gün, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
  • Bu gün, 11:21
    Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
  • Bu gün, 09:02
    Yaddaşı gücləndirən meyvələr
  • Dünən, 22:27
    İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
  • Dünən, 21:49
    Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
  • Dünən, 20:11
    Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
  • Dünən, 19:31
    İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
  • Dünən, 18:38
    Stomatoloq açıqladı: Bu diş problemləri irsi ola bilər
  • Dünən, 17:16
    Avropa İttifaqı Rusiya idmanının əsas rəsmilərinə sanksiya tətbiq etdi
  • Dünən, 16:05
    "Şimal Axını"nın partladılmasını kimin sifariş etdiyi bəlli oldu
  • Dünən, 15:22
    Arıqlamaq istəyənlərə şad xəbər: Bu məhsullar çəki atmağa kömək edir
  • Dünən, 14:33
    Lavrov Rubioya Trampla bağlı nə verib?
  • Dünən, 13:05
    Gözlənilən qərar verildi – Netanyahu bu tarixdə ABŞ-a gedəcək
  • Dünən, 12:10
    Hepatoloq: Hepatit C 3 aya tam müalicə olunur
  • Dünən, 11:26
    91 millət vəkili istefa verdi - CHP-də nə baş verir?
  • Dünən, 10:42
    ABŞ-ın "S-400" "QIRMIZI XƏTTİ" - Dövlət Departamenti Trampın sözünü yerə salır
  • Dünən, 09:09
    Bu qidalar kalsiumla daha ZƏNGİNDİR
  • 23-07-2026, 21:41
    10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
  • 23-07-2026, 18:02
    Dalağı müalicə etməyin ən sadə TƏBİİ YOLLARI
  • 23-07-2026, 15:04
    Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
  • 23-07-2026, 12:38
    Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
  • 23-07-2026, 09:06
    Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
  • 22-07-2026, 21:36
    İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
  • 22-07-2026, 20:50
    İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
  • 22-07-2026, 19:13
    Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə