• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Hansı ət bədəndə ağrını artırır?
Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
17 ölkə İranla bağlı razılığa gəldi
Gicitkən çayı - kimlər içməlidir?
Xoruldayan kişilərin beyni təhlükədədir
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
Paşinyan qalib gəldi, böyük oyunun anonsu verildi – Bakını nələr gözləyir?
Su içmək üçün ən doğru vaxtlar
ABŞ, Fransa və Yunanıstan hərbçiləri İrəvana gəldi – Nə baş verir?
Bu dörd ölkədən İranla bağlı vacib qərar: Hazırıq
Komada olarkən bədəninizdə nələr baş verir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Müharibə hazırlığı: iki lider Bakıya niyə gəlir? – Son dərəcə mürəkkəb vəziyyət

Xəbərlər

24-04-2025, 14:24

Müharibə hazırlığı: iki lider Bakıya niyə gəlir? – Son dərəcə mürəkkəb vəziyyət


“İsrael Hayom” saytı məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək.

Hələlik bu, iddiadır, rəsmi təsdiqi yoxdur, lakin doğruluq payı az deyil. Belə bir səfərlə bağlı iddianın məhz indi ortaya atılması təsadüfi deyil.

Məsələ ondadır ki, Netanyahunun tezliklə Azərbaycana səfər etməsi iddiası İran Prezidenti Məsud Pezeşkian Bakıya səfəri xəbərindən qısa müddət sonra ortaya çıxdı. Yeri gəlmişkən, “Tasnim” yazıb ki, Pezeşkian Azərbaycana aprelin 28-də gələcək. Netanyahu Azərbaycana səfər edəcəksə, böyük ehtimal bu, Pezeşkianın səfərindən qısa müddət sonra baş tutacaq.

Ümumiyyətlə, son zamanlar həm Azərbaycan, həm də İran rəsmilərinin qarşılıqlı səfərləri artıb. Tehran Bakı ilə gərginliyi aradan qaldırıb, münasibətləri normallaşdırmaq istəyir. Təl-Əvivi isə Tehranla Bakı arasında münasibətlərin normallaşması düşündürür.

İsrail yaxşı bilir ki, Bakı və Tehran müharibə etməyəcək, amma diplomatik təmasların olmaması, gərginliyin davamlı olması iqtisadi-siyasi münasibətləri pisləşdirir. Digər tərəfdən, İran Azərbaycan üzərindən həm Avropa bazarına çıxa bilir, həm də şimal-cənub nəqliyyat dəhlizindən istifadə edir. Yəni Bakı-Tehran gərginliyi İrana əslində böyük iqtisadi zərbədir.

Azərbaycan dəfələrlə İsrail və İran arasında tərəf tutmağa məcbur qalıb, lakin heç vaxt balansı pozmayıb. Hətta İranla gərginliyin pik həddində belə Bakı Tehrana qarşı fəaliyyətdə olmayıb.

Bakı bir tərəfi müdafiə etməkdənsə, balansı qoruyub tərəfləri uzlaşdırmağa çalışır. Misal üçün qısa zaman öncə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə, Azərbaycan Baş naziri Əli Əsədovun isə İrana səfər etməsi buna bariz nümunədir.

Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bu məqamda Bakı həm də tərəflərin bir-birinə yanaşmasını, xüsusilə Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır.

Azərbaycan Türkiyə-İsrail arasında uğurlu diplomatik təmas yaradıb. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış zamanı Türkiyə ilə İsrailin barışmasında ilk dəfə ölkəmizin vasitəçilik etdiyini vurğuladı. Bu təmasların ən böyük nəticəsinə isə qısa müddət öncə nail olundu: Türkiyə və İsrail arasında Bakıda keçirilən görüşdə tərəflər Suriyada gərginliyin azaldılması üçün mexanizm yaradılması barədə razılığa gəldilər. Fikrimcə, Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edir.

Lakin bu da bir reallıqdır ki, Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət kimi dəyərləndirir. İsrailin əsas məqsədi İranı gərginliyə sürükləyərək, daha sonra İraqda olduğu kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. Məhz bu səbəbdən Bakının budəfəki missiyası son dərəcə mürəkkəbdir.

Oxunub: 296
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-02-2025, 10:25

Əliyevdən Xameneiyə xüsusi mesaj – Pezeşkian Bakıda buna cəhd edə bilər

Xəbərlər

16-01-2025, 20:16

Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb

Xəbərlər

30-11-2024, 17:42

Pezeşkian Azərbaycan və Türkiyə ilə oyun oynadı – Yanlış addımın cəzası…

Xəbərlər

15-07-2024, 14:24

Pezeşkian prezident kimi ilk hansı ölkəyə səfər edəcək? – İlginc versiya

Xəbərlər

6-09-2023, 12:52

Makron Azərbaycana gəlir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Hansı ət bədəndə ağrını artırır?
Son xəbərlər
  • Bu gün, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • Bu gün, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • Bu gün, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • Bu gün, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • Bu gün, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • Bu gün, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • Bu gün, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • Bu gün, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • Bu gün, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • Bu gün, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
  • Bu gün, 10:20
    17 ölkə İranla bağlı razılığa gəldi
  • Bu gün, 09:06
    Gicitkən çayı - kimlər içməlidir?
  • Dünən, 22:51
    Xoruldayan kişilərin beyni təhlükədədir
  • Dünən, 21:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • Dünən, 20:39
    Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
  • Dünən, 19:14
    Paşinyan qalib gəldi, böyük oyunun anonsu verildi – Bakını nələr gözləyir?
  • Dünən, 18:47
    Su içmək üçün ən doğru vaxtlar
  • Dünən, 17:09
    ABŞ, Fransa və Yunanıstan hərbçiləri İrəvana gəldi – Nə baş verir?
  • Dünən, 16:00
    Bu dörd ölkədən İranla bağlı vacib qərar: Hazırıq
  • Dünən, 15:23
    Komada olarkən bədəninizdə nələr baş verir?
  • Dünən, 15:04
    Hər gün vacib yeyilməli qidalar – Endokrinoloq açıqladı
  • Dünən, 14:24
    NATO-nu Rusiya ilə müharibəyə bu ölkə təhrik edir: Detallar açıqlandı
  • Dünən, 13:53
    Türkiyəni dəyişəcək proses başlayır: Üç gün keçiriləcək iclasda nələr qəbul ediləcək?
  • Dünən, 12:26
    Aşağı təzyiq bu 2 xəstəlikdən ola bilər
  • Dünən, 11:41
    Müharibə bitənədək edəcəyik! – Zelenskidən Moskvaya ultimatum
  • Dünən, 10:28
    ABŞ İranı buna da razı saldı - Hörmüzdə keçid şərtləri necə olacaq?
  • Dünən, 09:03
    Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...
  • 14-06-2026, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • 14-06-2026, 21:00
    Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
  • 14-06-2026, 20:33
    Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə