İranın dini lideri Əli Xameneyi Tehranda Qətər Əmiri Şeyx Təmim bin Haməd əl-Tani ilə görüşüb.
Teleqraf xəbər verir ki, İran lideri görüşdə Qətərin ABŞ ilə Tehrana qarşı əməkdaşlığını tənqid edib.
ABŞ-nin sanksiyaları səbəbindən Cənubi Koreyada dondurulan, 2023-cü ildə Tehran və Vaşinqton arasında məhbus mübadiləsi nəticəsində sərbəst buraxılan və Qətərdəki banklara köçürülən, amma İranın girişinə bağlanan valyutalara işarə edən Xameneyi deyib:
“İranın Cənubi Koreyadan Qətərə ötürülən vəsaitlərinin qaytarılması kimi hələ də qeyri-müəyyən və həll olunmamış məsələlər olsa da, Qətəri dost və qardaş ölkə kimi görürük. Bizə məlumdur ki, bu məsələ ilə bağlı razılaşmanın həyata keçirilməsinə ən böyük maneə ABŞ-dir.
Qətərin yerində olsaydıq, Amerikanın təzyiqlərinə məhəl qoymaz və qarşı tərəfin (İranın) istəklərini yerinə yetirərdik. Qətərdən belə addımlar gözləyirik”.