Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyadakı mövcud vəziyyətlə bağlı danışıqlar aparmaq üçün İrana səfər edib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" yazır .
“İbrahim Kalın Tehrana səfər edib, orada İranın kəşfiyyat naziri İsmayıl Xətib və Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb”, - nəşr yazır.
Danışıqlar zamanı tərəflər Kürdüstan Fəhlə Partiyası və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizəni müzakirə ediblər.