Meksika hökuməti miqrantları daşıyan ABŞ hərbi təyyarələrini qəbul etməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, məlumatı NBC News televiziyası yayıb. Məlumata görə, ABŞ-nin iki C17 təyyarəsi Meksikadan rədd cavabı aldıqdan sonra Qvatemalaya yollanıb. Televiziya hər bir təyyarənin içində 80 miqrantın olduğunu bildirib. Meksikanın ABŞ-a rədd cavabı verməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Tramp bundan öncə ölkədəki bütün qeyri-leqal miqrantları deportasiya edəcəyini açıqlayıb. Üstəlik, Meksika ilə sərhədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün ordunun yeridilməsi nəzərdə tutulub. Meksika isə Trampın planını tənqid edib.