Yanvarın 23-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.
Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.