Aktau şəhərinin sakinləri AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan verməyə gedirlər.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
"Aktaunun sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün şəhər qan mərkəzinə qan verməyə gəliblər", - məlumatda bildirilib.
Polis əməkdaşları meyitlərin şəhər morquna aparılacağını təsdiqləyiblər.