“Türkiyədə zəlzələdə xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur”.
Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
“Zəlzələdə xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı araşdırma aparılır”, - XİN rəsmisi bildirib.
Qeyd edək ki, ötən gecə Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb, 1710 nəfər dağıntılar altında qalıb.