• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xəstə bağırsaqların 6 əlaməti
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gürcüstanda kritik 10 gün – Qərb seçkidən sonra inqilab ssenarisini işə sala bilər

Xəbərlər

15-10-2024, 19:46

Gürcüstanda kritik 10 gün – Qərb seçkidən sonra inqilab ssenarisini işə sala bilər


Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri həm Rusiyanın, həm də ABŞ başda olmaqla Qərb blokunun diqqətini regiona yönəldib. Buna ən böyük səbəb isə hakim “Gürcü arzusu” partiyasının dəyişən xarici siyasi kursudur.

Rəsmi Tbilisi son illərdə təhlükəsizlik ilə bağlı ciddi narahatlıqlar hiss edir. Özü də bu narahatlıq şimal qonşusu Rusiyadan deyil, müttəfiq saydığı Qərbdən qaynaqlanır. Təsadüfi deyil ki, məhz buna görə Tbilisi ilə Qərb arasında soyuq küləklər əsir.

Gürcüstanı narahat edən Qərbin onun daxili məsələlərinə ifrat dərəcədə müdaxilə etməsidir. Qərb bunu faktiki olaraq dəstəklədiyi “insan haqları təşkilatları”, “QHT”-lər və onlar üzərindən təmas qurduğu siyasi partiyalar vasitəsilə edir. Təsadüfi deyil ki, Tbilisi bunun qarşısını almaq üçün iki mühüm qanun qəbul etdi:

1. “Xarici agentlər” haqqında qanun;

2. LGBT təbliğatını qadağan edən qanun.

“LGBT təbliğatını qadağan edən” qanunun qəbulu Qərbə mesaj olduğu halda, “Xarici agentlər” haqqında qanunun qəbulu qabaqlayıcı tədbir mahiyyəti daşıyırdı. Tbilisi bununla Qərbin Gürcüstandakı təsir gücünü zəiflətməyi hədəfləyir. Seçki öncəsi atılan bu iki addımla Tbilisi müəyyən mənada istəyinə nail olub.

Gürcüstanın tədricən Qərblə arasında məsafə qoyması öz növbəsində Kremli də aktivləşdirib. Rəsmi Moskva 2008-ci ildən bəri siyasi münasibətlərin kəsildiyi Tbilisi ilə buzları əritmək, münasibətləri normallaşdırmaq istəyir. Əslində bu fakt belə özlüyündə oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri həm də Rusiya-Qərb geosiyasi qarşıdurmasının yeni raundunun başlanması deməkdir.

Gürcüstanın tədricən Qərbə qarşı məsafə saxlamasının bir digər səbəbi də verilən sözlərin yerinə yetirilməmisidir. Misal üçün Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət öncə Qərbə açıq şəkildə mesaj verdi ki, bizi Aİ və NATO-ya üzv edin, “Xarici agentlər” haqqında qanunu ləğv edək. Qərb Tbilisinin bu təkliflərini qəbul etmədiyi kimi Rusiya ilə münasibətləri normallaşdırmasını da istəmir. Bu da azmış kimi Qərb Gürcüstanın daxili işlərinə müdaxilə etməkdən çəkinmir.



Aydın məsələdir ki, Qərb Gürcüstanı nə Aİ-yə, nə də NATO-ya üzv kimi qəbul edəcək. Hər şeydən öncə Gürcüstanın içərisində olduğu iki aktiv münaqişə var: Abxaziya və Osetiya. Qərb isə bu münaqişələrin həllində heç bir dəstək vermir.

Bütün bunlara baxmayaraq “Gürcü arzusu” partiyasının hazırda reytinqi yüksəkdir. Yəni seçkilərdə qələbə qazanmaq şansı böyükdür. İ.Kobaxidze Azərbaycanın uzun müddətdir tətbiq etdiyi dövlət siyasəti olan “Balanslı siyasət”i yaxından izləyir və tədricən tətbiqinə çalışır. Reallıq ondan ibarətdir ki, Azərbaycan bu gün Rusiyaya qarşı heç bir beynəlxalq koalisiyaya və ya sanksiyalara qoşulmur. Bununla belə Qərblə əməkdaşlığı davam etdirir. Həmçinin Ukraynaya humanitar yardım göstərir. Bundan başqa Bakı ayrı-ayrılıqda ABŞ, Çin, İran, Hindistan ilə ikitərəfli münasibətləri yüksək səviyyədə tutur. Yəni Azərbaycan bütün güc mərkəzləri ilə münasibətləri müəyyən həddə saxlayır.

Gürcüstan bu gün İ.Kobaxidzenin timsalında “Balanslı siyasət”i tətbiq etməyə çalışır. Lakin bu proses olduqca sancılı keçə bilər. Xüsusilə seçkilərdə hakim partiyanın qələbəsi fonunda Qərbin ənənəvi “rəngli inqilab” ssenarisinə cəhd edəcəyi istisna deyil.

Gürcü xalqı belə inqilabı həyatında bir dəfə yaşayıb. Kənar mərkəzlərdə planlaşdırılıb həyata keçirilən bu cür layihələrə növbəti dəfə isti yanaşacağı inandırıcı görünmür. Bunun fəsadlarını həyatından bu gün də yaşadığı üçün bu inqilab ssenarisinə isti yanaşmır. Qərbin qəlp (saxta) himayəsi artıq gürcüləri həyəcanlandırmır. Son 20 illik tarix cəmiyyətin gözünü açıb. Rusiya ilə münasibətləri düşmənçilik səviyyəsinə çatdırmaq hesabına Qərblə dostlaşmaq gürcülərə baha başa gəldi. Ona görə də hazırkı hökumət balans siyasətinə və qonşularla normal əlaqələrə üstünlük verir. Gürcüstan cəmiyyətinin “Gürcü arzu”suna dəstəyi, rəğbəti həm də bununla bağlıdır. Praqmatik düşüncə, real siyasət, firavan, təhlükəsiz həyat – gürcülər bu sadalananları onlara verən hökumətə səs verəcək. Avantüra dalınca gedənləri isə boykot edəcək

Oxunub: 489
Paylaş:
Digər xəbərlər

Xəbərlər

22-09-2024, 19:30

Tbilisi oktyabrda qərar verəcək: ya müharibə, ya da… – İvanişvili

Xəbərlər

12-09-2024, 21:11

Gələn ay sərhədimizin yaxınlığında qarşıdurma olacaq - Hansı ölkə parçalanacaq?

Xəbərlər

11-09-2024, 16:42

Gürcüstanın "Qərb qorxusu": Xarici agentlər haqqında qanun niyə qəbul edilib?

Xəbərlər

6-09-2024, 20:41

Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır

Xəbərlər

11-07-2024, 17:05

“Boz kardinal” hərəkətə keçdi – Tbilisi bu əraziləri geri qaytarır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xəstə bağırsaqların 6 əlaməti
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Son xəbərlər
  • Bu gün, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Bu gün, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • Dünən, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • Dünən, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • Dünən, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • Dünən, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Dünən, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Dünən, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Dünən, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Dünən, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Dünən, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Dünən, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Dünən, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • 8-09-2026, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • 8-09-2026, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • 8-09-2026, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • 8-09-2026, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • 8-09-2026, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • 8-09-2026, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • 8-09-2026, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • 8-09-2026, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • 8-09-2026, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə