• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Livan başlanğıcdır, İsrail bu ölkəyə girəcək – Türk ordusu isə…

Xəbərlər

2-10-2024, 13:52

Livan başlanğıcdır, İsrail bu ölkəyə girəcək – Türk ordusu isə…


“İsrailin HƏMAS-dan sonra “Hizbullah”la müharibəyə başlamasının kökündə sadəcə bu təşkilatları yox etmək siyasəti, yaxud bufer zona yaratmaq məqsədi dayanmır”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, İsrailin hədəfi uzun illər transmilli media tərəfindən məqsədli şəkildə konspirasiya nəzəriyyəsi kimi təqdim olunan və etibarsızlaşdırılan “Böyük İsrail”in qurulması planının reallaşdırılmasıdır:

“Beləliklə HƏMAS-ın 7 oktyabr hücumunun “Yaxın Şərqin 11 sentyabrı” adlandırılması prosesi tam olaraq ifadə edir. Əlbəttə, İsraillə hazırkı ABŞ hökuməti arasında Yaxın Şərqlə bağlı fikir ayrılıqlarının olduğu bəllidir. Hər iki dövlət region ölkələrinin sərhədlərinin dəyişdirilməsi planları üzərindən siyasət yürüdür. Bu ölkələr sırasında qardaş Türkiyə də var”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrail və ABŞ planlarını həyata keçirmək üçün bölgəyə “minalar” yerləşdiriblər:

“Suriya, İraq və Liviyada baş verən dəhşətli proseslərin kökündə də məhz bu planların reallaşdırılması dayanır. Eyni zamanda Suriyada Vaşinqtonun nəzarətində olan “müxalif” qüvvələr, həmçinin YPG, PYD və PKK terror təşkilatları da bu ssenarinin gerçəkləşməsi uğrunda alət kimi istifadə olunur”.

O, Türkiyənin indiyə qədər Suriyada həyata keçirdiyi hərbi əməliyyatların kökündə də məhz bu amilin dayandığını bildirib:

“Bir sıra ekspertlər hesab edirlər ki, İsrail HƏMAS və “Hizbullah”a qarşı uğur qazanarsa, Livan ərazisində “bufer zona” yaratmaqla kifayətlənəcək. Lakin bu, tamamilə səhv yanaşmadır. Qəzza və Livanda aparılan hərbi əməliyyatlar sadəcə başlanğıcdır. Daha sonra İsrailin strateji hədəfə doğru ilk addımını atacağı bölgə Suriya ərazisi olacaq. Bu ölkənin ərazilərinin işğal edilməsi isə, əlbəttə, Türkiyə üçün təhdidləri daha təhlükəli səviyyəyə yüksəldəcək. Buna görə də, Ankaranın uzun müddət baş verənləri sakit şəkildə izləyəcəyini düşünmürəm. Təhlükənin qarşısının alınması üçün Türkiyə ilkin olaraq Suriyada Menbic şəhəri daxil olmaqla genişmiqyaslı hərbi əməliyyatlara start verə, YPG, PYD terror təşkilatlarına sarsıdıcı zərbələr endirməklə ABŞ-İsrail ittifaqının planlarını poza bilər.


Əli Zülfüqaroğlu

Türkiyənin son zamanlar Suriya ilə ciddi şəkildə danışıqlar aparmasının kökündə də məhz bu amil dayanır. Ankara çalışır ki, Dəməşqlə münasibətlərini tez bir zamanda normallaşdırsın. Beləliklə Suriyada Rusiya ilə birgə fəaliyyət göstərərək öz ərazi bütövlüyünə təhdidlərin qarşısını alsın. Amma təəssüf ki, Suriya hökuməti hələ də Türkiyəyə qarşı müxtəlif şərtlər irəli sürür”.

Ekspert diqqətə çatdırıb ki, İranın İsrailin təhriklərinə cavab verməməsi təhlükədən mümkün qədər qaçmağa, ABŞ ilə birbaşa toqquşmadan yayınmağa hesablanıb:

“Amma Tehran uzun müddət bu cür davam edə bilməz. O baxımdan İranın proseslərə Türkiyə ilə ittifaq halında yanaşmaqdan başqa çıxış yolu yoxdur. Təəssüf ki, uzun müddətdir Tehran hökuməti Yaxın Şərqdə bir sıra hallarda Qərblə işbirliyinə gedərək Türkiyənin maraqlarına zərbə vurmaqla məşğul oldu. Bəşər Əsəd rejimi məhz İranın göstərişi ilə Türkiyənin Suriya ərazisini tərk etməsi ilə bağlı çağırışlar səsləndirdi. İran məhz bu yanlış siyasətin zərbəsini indi üzərində hiss edir. Bölgə fəlakətin astanasına qədəm qoyub və baş verənlər bütün dövlətləri təhdid edir. Amma, əlbəttə, Türkiyə İran, yaxud hər hansı Yaxın Şərq ölkəsi deyil. Silah sənayesi inkişaf edib, dünyanın ən güclü ordularından birinə sahibdir və türk kimliyi istənilən savaşın gedişinə təsir edə bilər.

Hər şeyə rəğmən bütün proseslərin mərkəzində insan amili dayanır. O baxımdan Ankara üzərində oynanılan oyunlar prosesləri tamamilə tərsinə çevirə bilər. Hazırda baş verənlər yaxın perspektivdə İsrail üçün uğurlu görünür. Amma uzaq perspektivdə Təl-Əvivin indiki addımları, daha sonra yəhudi dövlətçiliyini təhdid edən proseslərin əsasını qoyacaq”.

Oxunub: 274
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-09-2024, 13:39

İsrail “şimal cəbhəsi”ni açdı: "Hizbullah"la müharibə başlayır

Xəbərlər

1-08-2024, 18:11

İran, Hizbullah və HƏMAS böyük hücuma hazırlaşır - İsrail

Xəbərlər

1-07-2024, 22:08

İsrail bu ölkə ilə müharibəyə hazırlaşır: Qərb İranla birləşib…

Xəbərlər

30-06-2024, 15:16

Yaxın Şərqdə yeni müharibə başlaya bilər

Xəbərlər

24-12-2023, 11:21

İsrail təkzib etdi: ABŞ yalan deyir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Son xəbərlər
  • Bu gün, 09:00
    Faydalı bilinən kəsmiyin bu şəxslərə zərəri varmış
  • Dünən, 22:47
    Qatıq xərçəng riskini azaldır: Yeni araşdırma
  • Dünən, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Dünən, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Dünən, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Dünən, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Dünən, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Dünən, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Dünən, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Dünən, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Dünən, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • 2-09-2026, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • 2-09-2026, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • 2-09-2026, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • 2-09-2026, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • 2-09-2026, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • 2-09-2026, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • 2-09-2026, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • 2-09-2026, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • 2-09-2026, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • 2-09-2026, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • 2-09-2026, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • 2-09-2026, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • 2-09-2026, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • 2-09-2026, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə