• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Ermənistan Azərbaycandan qaz almaq istəyir
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Əl titrəməsinin 5 səbəbi
İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yeni dövlət məsələsi ciddiləşir: Müharibə elan edilə bilər! – SENSASİON

Xəbərlər

28-09-2024, 11:36

Yeni dövlət məsələsi ciddiləşir: Müharibə elan edilə bilər! – SENSASİON


Albaniyalı siyasi şərhçi, araşdırmaçı Sokol Brahaj Globalinfo.az-a müsahibəsində Albaniyanda Bektaşi təriqətinə aid 27 hektar ərazidə Vatikana bənzər suveren mikrodövlət qurmaq planı ilə bağlı danışıb.

Sokol Brahajla müsahibəni təqdim edirik:

– Sokol bəy, Albaniya Baş naziri Edi Ramanın “Bektaşi məzhəbinin suveren dövləti” qurmasının səbəbi nədir?

– Edi Rama katolik siyasətçidir, həyat yoldaşı isə müsəlmandır. Bu nüansın qeyd edilməsi vacibdir. Ümumilikdə, Edi Rama fərqli bir şəxsdir. Onun “Bektaşi məzhəbinin suveren dövləti” yaratmaq planının iki əsas səbəbi ola bilər:

Birincisi, Edi Rama bu addımla dünya ictimaiyyətinin diqqətini çəkmək istəyir. O, edilməsi mümkün olmayan bir şeyi gerçəkləşdirmək niyyətindədir. Bektaşi dövləti planı ilə də qeyri-adi bir davranış sərgiləyərək, dünya ictimaiyyətinin diqqətini Albaniyaya cəlb etməyi hədəfləyir.

İkincisi, E.Rama iqtidarda qalmaq üçün bu layihəni həyata keçirir. Məlum olduğu kimi, 6 ay sonra Albaniyada seçkilər keçiriləcək və Rama hakimiyyətdə qalmaq üçün bektaşilərin və müsəlman kəsimin dəstəyini qazanmağa çalışır. Təbii ki, bu layihənin konkret güclərin planı olduğu da deyilir. Lakin bu layihəni ABŞ, İsrail, Böyük Britaniya, Aİ və ya başqa bir gücün E.Ramaya təqdim edib-etmədiyini demək çətindir.

– Bəzi ekspertlər, həmçinin siyasilər iddia edir ki, islam xilafətini yenidən dirçəltmək üçün “Bektaşi məzhəbinin suveren dövləti” layihəsi irəli sürülüb…

– Bu iddia diqqət çəkir. Qeyd edim ki, E.Rama BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ilk görüşünü məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdi. Böyük ehtimalla iki dövlət başçısı görüş zamanı Bektaşi dövləti məsələsini müzakirə edib.

Bununla belə başlıca sual budur ki, islam xilafətinin yaranmasına ehtiyac varmı? Müasir siyasi sistemdə həqiqi mənada müsəlman ölkə olduğunu düşünmürəm. Belə olsaydı, Yaxın Şərqdə bu qədər münaqişə olmazdı.

Xilafət simvolik bir institut idi. Vatikan da eynilə belədir. Yəni bu gün Vatikanı katoliklərdən başqa sayan yoxdur. Papanı katoliklərdən başqa heç kəs müqəddəs görmür.

– Türkiyə bektaşiləri Bektaşi dövləti layihəsinə qarşı çıxır. Hətta bu layihənin Türkiyənin Balkanlardakı müsəlmanlar arasında nüfuzunu zəiflətmək üçün irəli sürüldüyü iddia edilir. Bu iddia nə qədər doğrudur?

– Türkiyə bektaşilərinin məsələyə baxış bucağı çox fərqlidir. Bunun əsas səbəbi isə Albaniyadakı bektaşiliklə Türkiyədəki bektaşiliyin hüquqi statusunun fərqli olmasıdır. Çünki Türkiyədə bektaşilərə heç bir dərgah verilməyib. Yəni Türkiyədəki bektaşiliyin hüquqi statusu yoxdur. Bu da azmış kimi, Türkiyədəki bektaşi məkanlarının əksəriyyəti ələvilərin nəzarətindədir.

O ki qaldı bu layihənin Türkiyənin Balkan müsəlmanları arasındakı nüfuzunun zəiflədilməsi məsələsinə, fikrimcə, Ankaranın Balkan yarımadasında nüfuzu deyildiyi qədər çox deyil. Yəni bu məsələnin şişirdildiyini düşünürəm.

– Sizcə, islam dövlətləri belə bir dövləti qəbul edəcəkmi?

– Hesab edirəm, islam ölkələrinin bu dövləti qəbul edib-etməməsi o qədər də önəmli deyil. Məntiqlə Şimali Kipr Türk Respublikası da var, amma islam ölkələri bu dövləti də qəbul etmir. Bu o demək deyil ki, ŞKTC deyə bir dövlət yoxdur.

Bekaşi dövlətini heç bir ölkə tanımasa belə, bu təşəbbüs gələcəkdə Albaniya üçün din turizmi baxımından dividentlər gətirə bilər. Dünyada bunun örnəkləri çoxdur. Lakin məsələnin həssas olduğunu da deyə bilərəm. Yəni hər hansı bir müsəlman ölkə Bektaşi dövlətini yaratması səbəbi ilə Albaniyaya müharibə elan edə bilər. Təbii ki, total bir müharibədən söhbət getmir, amma siyasi sferada belə addımlar atılır.

Edi Rama dindar deyil, idmançı, sekulyar şəxsdir. Yəni aydın şəkildə görünür ki, o, bu layihə ilə sadəcə seçkilərdə səs toplamaq istəyir. Və təbii ki, dünya ictimaiyyətinin diqqətini üzərinə çəkmək…

– Azərbaycanda bu gün bektaşilik populyar olmasa da, tarixən burada çoxlu bektaşi dərgahlarının olub. Əslində, Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayılın mənsub olduğu Səfəvi ordeni bir zamanlar bektaşiliklə bağlı idi. Bu baxımdan, bektaşilik Azərbaycanın və Albaniyanın ortaq tarixinə işıq tutur. Bektaşi dövlətinin Azərbaycan-Albaniya münasibətlərinə necə təsir edəcəyini düşünürsünüz?

– Azərbaycan tarixinin ayrılmaz parçası olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai bir zamanlar bektaşiliyə bağlı idi. Bunu Türk, Azərbaycan və Alban araşdırmaları da təsdiqləyir. Bu, əslində, üç ölkənin ortaq tarixinin olduğuna işarə edir. Bektaşilik tarixən azərbaycanlılar, türklər və albanlar arasında geniş yayılmışdır. Bu təriqətlə bağlı tanınmış tarixi şəxslərimiz çoxdur.

Azərbaycanla Albaniya arasında münasibətlər həmişə yaxşı olub. Məlum olduğu kimi, Azərbaycan tarixində Qafqaz Albaniyası adlı bir dövlət mövcuddur. İki Albaniyanın eyni olub-olmadığını demək çətindir, amma bu məsələ araşdırmaya açıqdır. Tarixi baxımdan, qohum xalqlar olma ehtimalımız da var.

Bu gün iki ölkə arasında münasibətlər strateji müttəfiqlik mərhələsinə qədəm qoyub. Yəni Edi Ramanın bektaşi dövlətini reallaşdırması ya da reallaşdırmaması Azərbaycan-Albaniya münasibətlərinin inkişafına təsir etməyəcək. İki ölkə siyasi, iqtisadi və diplomatik sahələrdə etibarlı tərəfdaşdır. Azərbaycan Prezidenti İlham Əliyev tez-tez Albaniyaya səfər edir. İki ölkə arasında TAP layihəsi mövcuddur. Ortaq tariximiz bu gün də münasibətlərimizə işıq tutur.

Söhbətləşdi: Turan Rzayev

Oxunub: 189
Paylaş:
Digər xəbərlər

Xəbərlər

1-02-2024, 16:18

Netanyahudan 4 mərhələli Qəzza PLANI - Fələstin dövləti QURULUR

Xəbərlər

15-01-2024, 10:36

Çindən müstəqil Fələstin dövləti mesajı: 1967-ci il sərhədləri...

Xəbərlər

11-02-2023, 19:30

Daha bir ölkə zəlzələ ilə bağlı matəm ELAN ETDİ

Xəbərlər

6-12-2022, 09:18

Baş nazirdən KRİTİK AÇIQLAMA: "Putin Avropanı diz çökdürməyə çalışır"

Xəbərlər

28-07-2022, 00:13

SON DƏQİQƏ: İranın xain Zəngəzur plani İŞƏ DÜŞDÜ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Son xəbərlər
  • Bu gün, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • Bu gün, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • Bu gün, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • Bu gün, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • Bu gün, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • Bu gün, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • Bu gün, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • Bu gün, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • Bu gün, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • Dünən, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • Dünən, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • Dünən, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • Dünən, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • Dünən, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • 11-08-2026, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • 11-08-2026, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • 11-08-2026, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • 11-08-2026, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • 11-08-2026, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • 11-08-2026, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • 11-08-2026, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • 11-08-2026, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • 11-08-2026, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
  • 11-08-2026, 09:06
    Səhər yeməyində protein çatışmazlığı aclıq hissini artıra bilər
  • 10-08-2026, 22:23
    Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
  • 10-08-2026, 21:38
    Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə