• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Ermənistan Azərbaycandan qaz almaq istəyir
İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda sosial şəbəkələr boykot ediləcək? - Kütlə haradadırsa...

Xəbərlər

7-09-2024, 01:30

Azərbaycanda sosial şəbəkələr boykot ediləcək? - Kütlə haradadırsa...



Ötən ay Türkiyədə “Instagram” sosial şəbəkəsinə giriş qadağasının tətbiq edilməsi həm qardaş ölkədə, həm də Azərbaycanda ciddi müzakirələrə səbəb oldu.

Türkiyənin nəqliyyat və infrastruktur naziri sosial şəbəkə nümayəndələri ilə aparılan danışıqlar zamanı Türkiyə qanunvericiliyinə hörmətlə yanaşmanın vacibliyini qeyd etdiklərini bildirdi. Nazir vurğuladı ki, “Instagram” rəsmiləri Türkiyə hökumətinin tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra qadağa ləğv ediləcək. Nəticədə “Instagram” və “Meta” şirkəti Ankaranın şərtlərini qəbul etdi və bu sosial şəbəkənin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə verildi.

Ümumiyyətlə, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə sosial platformalarla işlər görülür, razılaşmalar əldə edilir. Azərbaycanda isə bu istiqamətdə addım atılımır. Həqiqətdir ki, hazırda qlobal sosial platformalar ölkənin reklam bazarının böyük bir hissəsini ələ keçirib. Bu səbəbdən yerli media qurumları çətin vəziyyətlə üzləşib. Üstəlik, informasiya təhlükəsizliyi ilə bağlı da risklər hər keçən gün artır.
Maraqlıdır, ölkəmizdə də sosial platformalarla işi təkmilləşdirmək üçün addımlar atılmalıdırmı? Türkiyə təcrübəsindən istifadə etmək mümkündürmü?


Boykot edən ölkədə istifadəçi sayı çoxdursa...

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, sosial şəbəkələrlə bağlı bir çox ölkələrdə insidentlər yaşandıqdan sonra ölkə sosial şəbəkəni boykot edir: “Məsələn, Türkiyədə daha öncə “Youtube”, “Wikipedia”, “X” platforması ilə bağlı da etirazlar olmuşdu. Razılaşma prosesi boykotlardan sonra başladı. Burada əsas məsələ boykot edilən sosial şəbəkənin əhatə dairəsidir. Yəni həmin sosial şəbəkə nümayəndəliyi fəaliyyət göstərdiyi ölkənin internet seqmentini və ya həmin platformadakı payını nəzərə alaraq razılaşmaya gedir. Təbii ki, burada sosial şəbəkənin hansı səbəblə boykot edilməsi də önəmlidir. Məsələn, hansısa terror qruplaşmasını dəstəkləyən fəaliyyət yaxud zorakılıq, istismar kimi hallar olubsa, təbii ki, bu, həmin platformanın da imicini aşağı salır. Amma ən əsası, burada boykot edən ölkənin bu şəbəkəyə qazandırdığı pulun miqdarıdır. Boykot edən ölkədə istifadəçi sayı çoxdursa və daha çox qazandırırsa, bu zaman razılaşmaya gedə bilirlər”.

Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir

Mütəxəssis təsdiqləyir ki, bu gün sosial şəbəkələr biznes mühitinə çox böyük rəqibdir və sosial platformalar yerli biznesi vurur: “Bu təbii prosesdir. Bu gün dünyada beynəlxalq platformalar bir çox yerli biznesləri öldürür. Bu, İnformasiya Texnologiyaları sahəsində daha çox hiss olunur. Bu gün sosial media da ölkə daxilində olan media şirkətlərinin qarşısında böyük rəqibdir. Bu, dövrün tələbidir. Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir”.


“Biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq”

“Biz boykot edə bilərikmi?” sualında gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, Azərbaycan internet seqmenti olaraq çox kiçikdir: “Bu kiçik internet seqmenti ilə biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq. Buna görə də ölkəmizin hər hansı etirazda üstünlük əldə edə bilməsi çətindir. Amma beynəlxalq hüquq müstəvisində biz tələblər irəli sürüb, qalib gələ bilərik. Yəni biz 100 milyonluq ölkə olmadığımız üçün ancaq hüquq müstəvisində bu nümayəndəliklərə etirazımızı bildirə, razılıq əldə edə bilərik. Bu platformalara kim daha çox qazandırırsa, söz haqqı daha çoxdur”.

Gəlirlərdən Azərbaycana vergi verilməlidir

Sosial media eksperti Fərid Kazımov isə vurğulayır ki, hazırda ölkədə virtual məkanda reklam bazarının tənizmlənməsinə ciddi ehtiyac var: “Bu gün sosial şəbəkələr reklam yerləşdirdiklərinə görə, ölkəmizdə ödənişlər etmirlər. Bu, reallıqdır. Burada məsuliyyət reklam verənlərin üzərinə düşür. Yəni Azərbaycan şirkətləri hər hansısa reklam verərlərsə, onlar müəyyən ƏDV və sair ödənişləri ödəyirlər. Əslində isə bu vergilər reklamların yerləşdirildiyi resursların məxsus olduğu şirkətlər tərəfindən ödənilməlidir. Yəni Azərbaycandan əldə olunan gəlirlərdən Azərbaycana vergi verilməlidir. Dünya ölkələrində bu cür təcrübə var. Bu kimi məsələlər artıq ölkə ərazisində tənzimlənməlidir”.

Qaydalar müəyyənləşdirilməlidir

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrin ölkə ərazisində fəaliyyəti ilə bağlı ciddi addımlar atılmalıdır: “Bəzi sosial şəbəkələr avtoritar qaydalardan istifadə edərək paylaşımlara öz maraqlarına uyğun yanaşırlar. Məsələn, hər hansı aktual məsələlər gündəm olur, sosial şəbəkə rəhbərliyi öz maraqlarına uyğun olmayan fikirləri əngəlləyir, hətta hesablar silinir. Bu yaxınlarda olimpiadada testesteronu çox olan idmançı qadınların iştirakı ilə bağlı neqativ postlar pozulmuş, postları yazan hesablar blok edilmişdi. Bizə qarşı da bəzi laqeydliklər var. Bəzi sosial şəbəkələrdə Azərbaycanın mövqeyinin əleyhinə kifayət qədər resurslar yerləşdirilir, Azərbaycana qarşı tamamilə heç bir normalara sığmayan ittihamlar irəli sürülür. Bu hesabların heç biri blok olunmur. Zənnimcə, bununla bağlı reaksiya verilməlidir. Sosial şəbəkələrin Azərbaycanda fəaliyyəti ilə bağlı qaydalar müəyyənləşməli, müəyyən addımlar atılmalıdır”. ("Kaspi" qəzeti)

Oxunub: 208
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-03-2023, 10:51

Dünyada İLK DƏFƏ! 2024-cü ilin martından qüvvəyə minir...

Manşet / Səhiyyə

22-03-2022, 18:54

TƏCİLİ: Azərbaycanda maska və pasport tələbi LƏĞV EDİLİR

Xəbərlər

13-03-2022, 17:00

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ

Maraqlı

1-05-2021, 14:01

Azərbaycanda hansı sosial şəbəkələrə maraq azalıb? - STATİSTİKA

Xəbərlər

29-01-2021, 14:07

Azərbaycanda sosial kartlar ləğv olunacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Son xəbərlər
  • Bu gün, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • Dünən, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • Dünən, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • Dünən, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • Dünən, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • Dünən, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • Dünən, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • Dünən, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • Dünən, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • Dünən, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • Dünən, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • Dünən, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
  • 11-08-2026, 18:52
    Əl titrəməsinin 5 səbəbi
  • 11-08-2026, 17:20
    İsraildən həyəcan təbili: Türkiyə xəbəri aranı qarışdırdı
  • 11-08-2026, 16:16
    Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
  • 11-08-2026, 15:29
    Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı
  • 11-08-2026, 14:11
    “Məkkə anlaşması” regionda oyunu dəyişir: İran hansı ölkəni hədəf göstərdi?
  • 11-08-2026, 13:35
    ABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa - Səbəbi bəlli oldu
  • 11-08-2026, 12:15
    Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
  • 11-08-2026, 11:43
    Fövqəladə vəziyyət elan edildi, ordu səfərbər oldu – Mayorkada nə baş verir?
  • 11-08-2026, 10:48
    Əliyev və Paşinyan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə