ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumuna reaksiya verib.
Teleqraf.com xəbər verir ki, siyasətçi Ukraynanın bu addımının Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini iddia edir.
“Ukraynada baş verənlərə baxın. Rusiyaya axışırlar. Üçüncü Dünya Müharibəsi olacaq”, – Tramp vurğulayıb.