• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
Bu yuxu pozası bel və ürəyə zərər verir
Revmatizm hansı xəstəliklərlə qarışdırılır? Həkimdən vacib izah
Trampın "yaxşı ideya"sı İŞƏ YARADI - ABŞ atəşkəs dövründə...
İki ölkədən Bakıya qarşı arzuolunmaz addım – Planın arxasında kim dayanır?
Yatanda ayağınızı örtməyin - həkim məsləhəti
Bazarda rekord ARTIM - Neft bahalaşdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bu xidmət də icbari tibbi sığorta zərfinə daxil edildi

Xəbərlər

12-08-2024, 19:13

Bu xidmət də icbari tibbi sığorta zərfinə daxil edildi


İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir.

Ölkə.az xəbər verir ki, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir.

Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir.

Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur.
Digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur.

Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir.

Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir.

Histeroskopiya qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata keçirilən vacib müayinə metodudur.

Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.

Şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir.

Həmçinin, qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur.

İcbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqаt institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Oxunub: 252
Paylaş:
Digər xəbərlər

Səhiyyə

22-12-2022, 23:25

Azərbaycanda diş müalicəsi nə vaxt pulsuz olacaq?

Manşet / Səhiyyə

18-05-2022, 08:07

İcbari tibbi sığorta ilə müayinədən keçmək istəyənlərin NƏZƏRİNƏ

Xəbərlər

12-03-2021, 11:16

Bu xəstəliyi olanlar pulsuz müalicə oluna bilər - SİYAHI

Səhiyyə

4-02-2021, 13:49

Bu tibbi xidmətlər vətəndaşlar üçün PULSUZ OLACAQ

Səhiyyə

20-02-2019, 21:12

Övladı olmayanlara ŞAD XƏBƏR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
Son xəbərlər
  • Dünən, 22:45
    Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur
  • Dünən, 21:31
    Təzyiq, şəkər, insult xəstələri üçün – İdarəedici qidalar
  • Dünən, 20:34
    İki ölkədən Zelenskiyə sensasion təklif: Status dəyişəcək, amma icazə verilməyəcək
  • Dünən, 19:24
    ABŞ-dan İrana qarşı “İraq gedişi” - Nağd dollar axını dayandırıldı
  • Dünən, 18:43
    Qırmızı sifət – Ürəyin xəstə olduğunu göstərir
  • Dünən, 17:09
    17 min hərbçi meydanda: 5 ölkə prosesə qoşuldu – İranla bağlı yeni vəziyyət
  • Dünən, 16:45
    Ukrayna sərhədə qoşun yığır: Belarusa hücum başlayır?
  • Dünən, 15:45
    Qaraciyər yağlanmasını necə tərsinə çevirmək olar?
  • Dünən, 14:52
    İrandakı müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsiri…
  • Dünən, 13:35
    Paşinyanın Qarabağ planının detalları: Hədəf müəyyənləşdi, “kart” işləməyəcək
  • Dünən, 12:37
    Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər
  • Dünən, 11:54
    Əlilliyin təyini ilə bağlı imtina alan şəxslərə xəbər var
  • Dünən, 10:23
    ABŞ-ın blokadası nə vaxta qədər davam edəcək?
  • Dünən, 09:09
    Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
  • 21-04-2026, 22:40
    Bu yuxu pozası bel və ürəyə zərər verir
  • 21-04-2026, 21:48
    Revmatizm hansı xəstəliklərlə qarışdırılır? Həkimdən vacib izah
  • 21-04-2026, 20:44
    Trampın "yaxşı ideya"sı İŞƏ YARADI - ABŞ atəşkəs dövründə...
  • 21-04-2026, 19:30
    İki ölkədən Bakıya qarşı arzuolunmaz addım – Planın arxasında kim dayanır?
  • 21-04-2026, 18:51
    Yatanda ayağınızı örtməyin - həkim məsləhəti
  • 21-04-2026, 17:47
    Bazarda rekord ARTIM - Neft bahalaşdı
  • 21-04-2026, 16:04
    Bakı və İrəvan arasında sülh hansı ölkədə imzalanacaq? – Sürpriz versiya
  • 21-04-2026, 15:45
    Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ
  • 21-04-2026, 14:52
    Makron: Fransa Hörmüz boğazında hədəfə alınmayıb
  • 21-04-2026, 13:43
    Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? - AÇIQLANDI
  • 21-04-2026, 12:58
    Trixoloq mövsümi saç tökülməsinin bərpa müddətini açıqladı
  • 21-04-2026, 11:42
    Milli Məclis Avropaya açıq mesaj göndərdi: “Bu, sülh prosesinə təxribatdır”
  • 21-04-2026, 10:44
    İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
  • 21-04-2026, 09:07
    Turp çox faydalı olsa da, bu şəxslərə zərər verir
  • 20-04-2026, 22:17
    Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir
  • 20-04-2026, 21:22
    Qaraciyərinizə zərər verən üç yatma vərdişi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə