İsrailin baş naziri Benyamin Netanyahu İranı Yaxın Şərqi işğal etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə “Jerusalem Post” yazıb.
“Tehran bizə qarşı yeddi cəbhədə müharibə aparır: HƏMAS, açıq-aydın Hizbullah, həmçinin Husilər, İraq və Suriyadakı qüvvələr, İordan çayının qərb sahili və İranın özündə”, - Netanyahu deyib.
İsrailin baş nazirinin sözlərinə görə, Tehran “İordaniyanı devirmək istəyir”.
“Onların məqsədi birləşmiş raket hücumu ilə birlikdə müxtəlif cəbhələrdən birləşmiş quru hücumu həyata keçirməkdir”, o deyib. Netanyahunun sözlərinə görə, “İran oxu Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərqi fəth etmək yolundadır”.
Tural