• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
Hovuz suyunun gözlərə zərəri
Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kılıçdaroğlu CHP-ni parçalayır: Azərbaycana necə təsir edəcək

Xəbərlər

8-06-2024, 13:43

Kılıçdaroğlu CHP-ni parçalayır: Azərbaycana necə təsir edəcək


CHP-nin sabiq sədri Kamal Kılçcdaroğlu 31 mart bələdiyyə seçkilərindən sonra bir televiziya kanalına müsahibəsində prezidentliyə namizədlik prosesi və ondan sonrakı proseslərlə bağlı ilk dəfə geniş açıqlamalar verib. Həm sədrliyə namizədlik mesajı verən, həm də prezident seçkilərində Ərdoğana uduzduqdan sonra “dəyişiklik” hərəkatını başladanları vəfasızlıqda ittiham edən Kılıçdaroğlunun açıqlamaları, qurultayda onu dəstəkləyən bəzi millət vəkilləri və partiya rəhbərləri tərəfindən təəccüblə qarşılanıb. CHP kulislərində belə proqnozlar var ki, Kılıçdaroğlu sentyabrda keçiriləcək “əsasnamə qurultayını” seçkili qurultayına çevirməyə, hətta “yeni partiya qurmağa” cəhd edə bilər.

“Qurultayda yenidən sədrliyə namizəd irəli sürsələr, o zaman deyəcəyik ki, igidlər qabağa getsin” sözləri ilə sədrliyə namizəd ola biləcəyi mesajını verən Kılıçdaroğlu, partiyanın martda bələdiyyə seçkilərində uğurunu da özü ilə əlaqələndirir. İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlunun prezident seçkilərinin ertəsi günü bir dəyişiklik videosunu yayımlaması ilə bağlı suala, "Dəyişiklik tələbinin səbəbini bilirəm. Birdən partladı. Bizi boş yerə bıçaqladıqlarını demirəm” cavabını verib.

Bəzi partiya funksionerləri Kılıçdaroğlunun qərarını “qurultay məğlubiyyətini həzm edə bilməməsi” ilə əlaqələndirir, yarım əsrdən sonra CHP-nin birinci partiya olduğuna diqqət çəkirlər. CHP sədri Özgür Özəl isə sabiq sədrin açıqlamalarını ümumiyyətlə şərh etməyib, jurnalistlərin suallarını cavabsız qoyub: “Bizim gündəmimiz Kamal bəyin yox, Türkiyənin problemləridir. O, bizim əvvəlki sədrimizdir, onunla mübahisə etməyəcəyik, ona cavab verməyəcəyik".

Kılıçdaroğlunun ondan narazı qaldığını düşünmədiyini söyləyən Özəl qurultaydan sonra Kılıçdaroğluna bir neçə dəfə zəng vurduğunu, lakin onunla əlaqə qura bilmədiyini, Ramazan bayramında görüşdüklərini deyib.

“Kamal bəy davamlı olaraq xəncərləndiyi söyləyir, bunu sizəmi ünvanlayır?” sualına cavabdan yayınan Özəl Kılıçdaroğlu ilə mübahisə etməsinin söz mövzusu olmadığını söyləyib. “Sözcü” TV-yə açıqlamasında isə daha sərt cavab verib: “Xəncər demokratiyanın aləti deyil. Demokratiyada etiraz edirsən, qəbul olunmursa, daha güclü etiraz edirsən. Fərqlər ola bilər, irqlər ola bilər, amma sonda Atatürkün qurduğu eyni partiyanın övladlarıyıq. Keçmiş sədr də əvvəllər heç kimə demokratiyadan başqa davranış göstərməsinə icazə verməzdi, bu gün də mən icazə verməyəcəyəm”.

Kulislərdə Kılıçdaroğlunun sentyabrda keçiriləcək nizamnamə qurultayını sədr seçkisinə çevirməyə cəhd edə biləcəyi, hətta yeni partiya qurmaq üçün hərəkətə keçə biləcəyi ilə bağlı fərziyyələr səslənsə də, bu ehtimal zəif qiymətləndirilir.

Kılıçdaroğlunun çıxışını tənqid edənlər, keçmişdə ona qarşı müxalif mövqe tutan CHP-nin keçmiş sədrlərindən Dəniz Baykalı misal çəkirlər. İdarə heyəti, Kılıçdaroğlunun "yeni sədrə işləməyə imkan verməmək" rəftarını qınayır.

“BBC Türkcə”yə müsahibə verən, son qurultayda Kılıçdaroğlunu dəstəkləmiş CHP millət vəkillərindən biri deyib ki, biz də, bələdiyyə başçılarımız da cənab Kamala dəstək verdik, amma alınmadı. Deməli, sosial baza dəyişiklik istəyirdi, partiyanı məcbur etməyin mənası yoxdur.

Kılıçdaroğlunun İmamoğlunu və islahatçı qanadı sərt tənqidini haqlı hesab edənlər də var:

“Kamal bəy yerli seçkilərdə uğurun təməl daşlarını qoyduğunu düşünür. Təbii ki, cənab Özgür bu prosesi uğurla həyata keçirsə, heç bir problem olmayacaq. Kamal bəy istəsəydi, partiyanı qurultaya aparmazdı, amma bunu etmədi. O, sədrliyi öz əli ilə təhvil verib. Verilişdə dedikləri doğru idi, amma kaş ki, “nümayəndələr istəsə, namizəd olacam” deməsəydi”.

Beləliklə, K.Kılıcdaroğlu müəyyən qədər dirənişə davam etsə, artıq yeni bir partiyanın yaranma ehtimalı da ortaya çıxır. Bu hal 1970-ci illərdə CHP-də yaşanmış analoji hadisələrin təkrarıdır. Bülənt Ecevitin sədrliyə gəlişi ilə CHP gözlənilmədən seçki yolu (koalision hökumət şəklində olsa da) hakimiyyətə gəlmək şansı qazanmışdı. Amma İsmət İnönü hesab edirdi ki, CHP də sədr yenə də o olmalıdır. Nəticədə əvvəl ismətçilər partiyadan ayrıldı, daha sonra isə Ecevit partiyanı tərk edərək öz partiyasını- Demokratik Sol Partiyasını qurdu. Bundan sonra CHP demək olar ki, koalision şəkildə də hakimiyyətə gələ bilmədi. Hazırda CHP ilkin quruluş illərində (1920-30-cu illərdə) olduğu kimi iki sosial bazanın: Rumeli köçkünlərinin (balkanlılar) və ələvi azlığının (türkman, azəri, zaza, kürd, ərəb mənşəli qeyri-hənəfilər) ittifaqıdır. Ankara meri Mansur Yavaş və indiki sədr Özgür Özəl balkanlıları təmsil edir. Əkrəm İmamoğlu isə bu sosial bazaların heç birinə aid deyil, CHP-yə dəstək verən digər kəsimləri ( Mərkəzi Anadolu və Qara dənizin keçmiş məmur, bürokrat ailələrinə aid, ya da sadəcə dünyəvi, kemalist rejim istəyənlər) təmsil edir. Odur ki, Kemal Kılıçdaroğlunun (ələvi azlığı təmsil edir, zaza mənşəldir) sosial bazanın ikinci əsas hissəsini parçalamaq imkanı realdır. Maraqlıdır ki, Ö.Özəl “Sözcü”yə müsahibəsində Kılıçdaroğlunun “Xəncərləndim” ifadəsinin Həzrət Əlinin məsciddə xəncərlənməsi hadisəsinə apelyasiya etdiyini xatırladaraq, bunun (yəni ələvi dini yaddaşı ilə siyasi mühakimə yürütməyin) demokratiyaya uyğun gəlməyəcəyini deyib.

CHP-nin parçalanması Azərbaycana da ciddi təsir edən hadisə olardı. Hazırda CHP Azərbaycan iqtidarı ilə əlaqələri qaydaya salmağa can atır. CHP-nin parçalanması Türkiyə siyasətində 80-90-cı illərdə olduğu kimi çoxsaylı situativ- konyktural partiyaların yaranıb sıradan çıxması dövrünün qayıdışı demək olardı. Yeni situativ qüvvələrin Azərbaycana necə yanaşacağı isə qeyri-müəyyəndir.

Bu arada hakim AKP yenidən konstitusiya dəyişikliklərinə çağırış edir. Türkiyə konstitusiyasına dair debatlar artıq on ildir ki, davam edir. Müxalifət yeni konstitusiyanın yazılmasına çox vaxt həvəssiz yanaşıb, bəzən isə buna qarşı açıq çıxış edib. Onlar yuxarıdan – hökumətdən diktə olunan konstitusiyaya qarşı olduqlarını bildirirlər.

Hazırkı konstitusiya 1982-ci ildə hərbi çevrilişin ardınca qüvvəyə minib. Hazırkı konstitusiyaya illər ərzində qlobal və regional konyunkturaya uyğun olaraq 20-dək dəyişiklik edilib. Bu düzəlişlərin əksəriyyəti 2010-cu ildə referendum yolu ilə qəbul edilib. Dəyişikliklər 1980-ci il çevriliş iştirakçılarının mühakimə olunmasına yol açırdı. 2017-ci ildə isə daha bir dəyişikliklə Türkiyə parlament respublikasından prezident respublikasına çevrilib.

2007-ci ildə hakim AKP birtərəfli addım ataraq yeni konstitusiyasının tərtibi üçün komissiya yaratmışdı. Lakin bu proses müxalifətin qızğın etirazlarına görə dayandırılıb. Hakimiyyət yeni konstitusiyanın azadlıq, təhlükəsizlik hüququ, ədalətli mühakimə hüququ, ifadə azadlığı, qadınlar və əlillər üçün daha böyük hüquqlar üzərində bərqərar olmasını istədiyini bildirir. Yeni konstitusiya layihəsinin müzakirəyə çıxarılması üçün ona parlamentin azı 400 üzvü səs verməlidir. 360 səs konstitusiyanın referenduma çıxarılmasına imkan verir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 399
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-08-2023, 19:29

Kılıçdaroğlunun maşın karvanı qəzaya düşdü: 4 yaralı

Xəbərlər

10-06-2023, 18:16

Kılıçdaroğlu məğlubiyyətin səbəbini açıqladı: “Dedilər, inandıq...”

Xəbərlər

10-06-2023, 10:28

Kılıçdaroğlu İmamoğlunu bu cür sıradan çıxarır…

Xəbərlər

1-03-2023, 12:29

Ərdoğanın qarşısına onu çıxardırlar?

Manşet / Gündəm / Xəbərlər

20-04-2018, 12:31

Politoloq: Müxalif liderlər məğlub olmamaq üçün seçkiyə getmirlər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Son xəbərlər
  • Bu gün, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • Bu gün, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • Bu gün, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Bu gün, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Bu gün, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Bu gün, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Bu gün, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Bu gün, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Bu gün, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Bu gün, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Bu gün, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • Dünən, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 17:00
    Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
  • Dünən, 16:06
    Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə