Ukrayna Ali Radasının deputatı Aleksey Kuçerenko bildirib ki, Andrey Belousovun Rusiya müdafiə naziri təyin edilməsi Ukrayna üçün “çox faciəli görünür”.
Publika.az xəbər verir ki, o, sosial şəbəkələrdə Belousovun təyinatını Kiyev rejimi üçün “pis xəbər” adlandıran Aleksey Kuşçanın paylaşımına yazdığı şərhdə belə deyib.
Onun sözlərinə görə, hazırda “hər şey Rusiya hərbi-sənaye kompleksinin dinamikasında kəskin artıma doğru gedir”.
Eyni zamanda, o, bildirib ki, hazırda Ukrayna hökumətində “vulqar liberalizm gündəmi ilə Belousov siyasətinin antipodları var”.
“Bu, həqiqətən çox faciəli görünür. Kuş, ətraflı təhlilə görə təşəkkür edirəm”, - Kuçerenko qeyd edib.
Tural