• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
Uşaqlıqda mioma yarandısa – Nə etməli?
Türkiyənin yeni sualtı qayığı xidmətdə: "Xızır Rəis"...
Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
Hansı müayinələr hər kəs üçün vacibdir?
Qəzzada sülh necə təmin olunacaq? – Kalın anons etdi
Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
Səhər yeməyini ötürsək nə baş verər?
Sağlam münasibətlərdə görünməyən 5 davranış
Hər gün bir stəkan içən qocalmır
Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
Göbələk xəstəliyi əlamətləri və müalicəsi
Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Putindən gözlənilən qərar - "Bu, Azərbaycan üçün də önəmli gəlişmədir"

Xəbərlər

12-05-2024, 20:26

Putindən gözlənilən qərar - "Bu, Azərbaycan üçün də önəmli gəlişmədir"


Rusiya Prezidenti Vladimir Putin seçkidən bir neçə gün sonra Mixail Mişustini yenidən baş nazir təyin edib. Mişustin Dövlət Dumasında mütləq səs çoxluğu ilə bu vəzifəyə təsdiq olunub. Onun əleyhinə səs verən deputat olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, prezident seçkisindən sonra Putinin hökuməti bu dəfə Moskva meri Sergey Sobyaninə etibar edəcəyini söyləyənlər var, amma Rusiya lideri baş naziri dəyişdirmədi:

"Kreml sahibi niyə Mişustinə bu qədər etibar edir?

Mişustin Putinin prezidentliyi dövründə beşinci baş nazirdir. Ancaq Putin digər baş nazirlərdən fərqli olaraq, Mişsutinlə növbəti müddətdə də işləməyə qərar verib. Kreml sahibi onun fəaliyyətindən razıdır. Məsələn, Mişustindən əvvəl baş nazir Putinin dostu Dmitri Medvedev idi. O, prezident kreslosunu baş nazir kreslosu ilə dəyişdi və ona görə Putin bir müddət dostuna toxunmadı. Ancaq Medvedevin iqtisadi bilik və bacarıqları Putini qane etmirdi. Kreml sahibinə baş nazir kreslosunda siyasətçi deyil, iqtisadi problemlərdən başı çıxan texnik lazım idi. Mişsutin Federal Vergilər Xidmətinin rəhbəri kimi özünü müsbət mənada təsdiqləmişdi. Onun uğurlu fəaliyyəti Putinin dəqqətindən yayınmadı. Digər tərəfdən, Putinə həm də elə baş nazir lazım idi ki, gələcəkdə varisliyə iddia etməsin. Bu səbəblərdən 2020-ci ildə Mişustini baş nazir vəzifəsinə gətirmişdi.

Mişustin siyasi fiqur deyil, sırf iqtisadi mövzularla məşğuldur. Təsadüfi deyil ki, Mişustin siyasi mövzularda heç vaxt açıqlama vermir. Rusiya iki ildən çoxdur Ukraynada işğalçı müharibə aparır və Rusiya rəsmiləri bu mövzuda müxtəlif açıqlamalar verirlər. Mişustin bu məsələyə qarışmır və müharibə ilə bağlı açıqlamalar vermir, öz işiylə məşğuldur.

Mişustin baş nazir olduğu müddətdə iki gözlənilməz olayla üzləşib. Onun təyinatı koronavirusun dünya və Rusiyada yayıldığı günlərə təsadüf etdi və Mişustin ilk gündən fəaliyyətini xəstəliklə mübarizəyə yönəltdi. Virus geri çəkildikdən az sonra Mişustin ikinci ciddi sınaqla üzləşdi: Rusiya Ukraynaya qarşı müharibəyə başladı. O, bu dəfə Qərbin sanksiyaları ilə qarşılaşdı. Bu, Rusiya iqtisadiyyatı üçün koronavirusla mübarizədən daha ağır sınağa çevrildi, baş nazir bu günə qədər mövcud problemlərin həlliylə məşğuldur.

Buna baxmayaraq, Mişustin Rusiya iqtisadiyyatını iflasdan qoruya bildi. Halbuki Qərb ölkələri müharibə və sanksiyalar fonunda Rusiya iqtisadiyyatının qısa müddətdə çökəcəyini proqnozlaşdırırdı. Rusiya Avropaya sata bilmədiyi qaz-nefti Asiya bazarlarına yönəldib və itirdiyi gəlirlərinin əvəzinə çıxmağa çalışır".

Mərkəzin ekspertləri bildirirlər ki, Mişustin Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə də ticarət əlaqələrinin inkişafını da hədəfləyib:

"Rusiya baş naziri bu ilin martında Azərbaycana ikigünlük səfəri zamanı Bakıda iqtisadi əməkdaşlıq və ticarəti genişləndirmək mövzularını müzakirə edib. Mişustin Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələr, o cümlədən Azərbaycanla ortaq iqtisadi layihələrin reallaşmasına çalışır. Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına ehtiyacı var. Azərbaycan Rusiya ilə ticarət əlaqələrini genişləndirməyə hazırdır. Önəmli olan Mişustinin iki ölkə arasında idxal-ixrac əməliyyatlarında Rusiyanın müxtəlif strukturlarının yaratdıqları süni maneələri aşmasıdır".

Bu baxımdan, mərkəzin analitiklərinin fikrincə, yenidən Rusiya baş naziri təyin edilən Mişustin Azərbaycan üçün də önəmli fiqurdur.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxunub: 207
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-05-2024, 13:48

Putin baş nazir postuna onun namizədliyini İRƏLİ SÜRDÜ

Xəbərlər

31-12-2023, 21:06

“Putinin imkanı olsaydı, Paşinyanı devirib onun yerinə...” - Şok açıqlama

Xəbərlər

26-03-2023, 11:27

Putin niyə Belarusda nüvə silahı yerləşdirir?

Xəbərlər

23-09-2022, 20:31

Zelenski: "Putinin sabah nə edəcəyini heç kim bilmir"

Xəbərlər

2-12-2021, 00:12

Putin barədə ŞOK İDDİALAR: Bütün dünyanı aldadıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
Son xəbərlər
  • Dünən, 22:07
    21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
  • Dünən, 21:35
    Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
  • Dünən, 20:38
    Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
  • Dünən, 19:06
    Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
  • Dünən, 18:00
    Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
  • Dünən, 17:50
    Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
  • Dünən, 16:24
    Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
  • Dünən, 15:18
    Uşaqlıqda mioma yarandısa – Nə etməli?
  • Dünən, 14:23
    Türkiyənin yeni sualtı qayığı xidmətdə: "Xızır Rəis"...
  • Dünən, 13:14
    Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  • Dünən, 12:50
    Hansı müayinələr hər kəs üçün vacibdir?
  • Dünən, 11:34
    Qəzzada sülh necə təmin olunacaq? – Kalın anons etdi
  • Dünən, 10:13
    Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
  • Dünən, 09:07
    Səhər yeməyini ötürsək nə baş verər?
  • 19-12-2025, 22:25
    Sağlam münasibətlərdə görünməyən 5 davranış
  • 19-12-2025, 21:22
    Hər gün bir stəkan içən qocalmır
  • 19-12-2025, 20:09
    Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
  • 19-12-2025, 19:28
    ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
  • 19-12-2025, 18:42
    Göbələk xəstəliyi əlamətləri və müalicəsi
  • 19-12-2025, 17:48
    Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
  • 19-12-2025, 16:25
    Müharibəyə hazırlıq başladı: Bu ölkə Rusiya və Belarusla sərhədləri minalayır
  • 19-12-2025, 15:29
    Xəstəxanalarda onlayn növbə sistemi dəyişir – Qeydiyyat ləğv olunur
  • 19-12-2025, 14:44
    Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə – Son çarə Bakıdır
  • 19-12-2025, 13:47
    Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?
  • 19-12-2025, 12:20
    Göbəyə basarkən ağrıyırsa? - SƏBƏB
  • 19-12-2025, 11:42
    Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?
  • 19-12-2025, 10:28
    İsrail və Misir razılığa gəldi - Netanyahu şad xəbəri elan etdi
  • 19-12-2025, 09:07
    İmmuniteti Gücləndirməyin 10 Yolu
  • 18-12-2025, 22:37
    Belə yatmaq təhlükəlidir – Çoxunun bilmədiyi məqam
  • 18-12-2025, 21:39
    Mədə yanması niyə yaranır və necə müalicə olunur?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə