Ukrayna Silahlı Qüvvələri may bayramlarında Rusiya ərazisinə hücuma hazırlaşır.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan kapitan Vasili Dandıkin deyib.
"Düşmən bayram günlərində (9 May – Qələbə Günü) Krım körpüsünə və başqa yerlərə zərbə endirməyi planlaşdırır. Amma biz də hazırlaşırıq", - o bildirib.