• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
4 bürcə pul axını olacaq
Mədə xərçəngi riskini artıran amillər nələrdir?
Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
Moskvadan etiraf: Azərbaycanla Ermənistan əldən çıxır
Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? – Açıqlama
Azərbaycan sərhədinə bir ilk yaşandı – Tezliklə nəticələri bilinəcək
20 yaşlarda belə başlaya bilər: "Parkinson"un gizli əlamətləri
Müəyyən bir anlaşma var: Kremldən Ukrayna ilə bağlı nikbin mesaj
Paşinyan Bakı ilə bağlı planı açıqladı: “Seçkilərdən daha öndədir”
Hər gün şorba yemək vacibdir?
NATO rəhbərindən Putinə gözlənilməz jest: Makronun ideyasını dəstəklədi…
Fransaya müharibə elan edildi
Hibiskus çayı yüksək təzyiqi aşağı salır – Həkim
İnsan həyatının ən yorucu dövrü: On il davam edir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı və İrəvan arasında dəhliz anlaşması: Ortaq mövqe tapıldı

Xəbərlər

24-04-2024, 21:38

Bakı və İrəvan arasında dəhliz anlaşması: Ortaq mövqe tapıldı


ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ Konqresinə bəzi yüksək vəzifəli Azərbaycan rəsmiləri və hərbçilərinə qarşı sanksiyaları nəzərdə tutan layihə təqdim olunacağı barədə məlumat yayılıb. Sizcə, bu bədnam təşəbbüs kimdən gəlib, hansı məqsədi güdür və bunun Konqresdə qəbul görəcəyi ehtimalı varmı?

- Maraqlıdır ki, bununla bağlı Konqresin rəsmi saytı və xəbərlərində heç bir izə rast gəlmədim. Bir nəfərə istinadla yayılmış məlumat kimi gördük. Konqresin işləmək qaydası belədir ki, layihələr öncədən elan olunur, müzakirəyə çıxarılmamışdan əvvəl konqresmenlərə çatdırılır, onlar da öz əlavə və dəyişikliklərini təklif etmə imkanı qazanırlar. Bununla bağlı Konqresə bağlı açıq mənbələrdə məlumata rast gəlməmişəm. Ola bilər, istisna etmirəm ki, belə bir təşəbbüs olub. Çünki orada erməni lobbisinə bağlı siyasətçi və senatorlar Azərbaycanın atdığı addımlardan (ərazi bütövlüyünü bərpa etməsindən) məmnun deyillər. Həmişə Azərbaycan bir uğura imza atan kimi, ənənəvi mövzuları gündəmə gətirərək ölkəmizə basqı etməyə çalışırlar. Belə bir trend var.



Layihəyə gəlincə, hələlik bununla bağlı rəsmi təsdiq yoxdur. Qənaətimə görə, bu, məlumat sızdırılmasıdır ki, Azərbaycana bununla bağlı hansısa əks-həmlələr etməyə fürsət və imkanlar yaransın. İndi bu, komissiyanın iclasında müzakirə edilə bilər, amma bunun ümumilikdə Konqresin iclasına çıxarılıb, hansısa qətnamə formasına salınacağına inanmıram. Çünki ABŞ dövləti Azərbaycanla münasibətlərin pozulmasında maraqlı deyil, söhbət müxtəlif maraq qruplarının təmsil olunduğu Konqresdən getmir. Əslində, Azərbaycanın atdığı addımlar Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına imkanlar yaradır. Daha dərinə getsək, Azərbaycanın addımları Rusiyanın bölgədə təsir və təzyiq imkanlarını xeyli zəiflətdi. Bunu Amerikada ağlı başında olan, ciddi adamlar görürlər.

- Dörd kəndin Azərbaycana qaytarılacağı açıqlandıqdan sonra Ermənistanın sərhədyanı Tavuş vilayətində etirazlar başlayıb. Bu etirazı təşkil edənlər kimlərdir, nə etməyə çalışırlar və baş verənlərin delimitasiyaya təsirləri ola bilərmi?

- Görünən budur ki, Ermənistanda iki ölkə arasında müəyyən sənədlərin imzalanması prosesinə başlanılmasını daxili siyasətdə alətə çevirmək istəyən qüvvələr var. Çünki bundan əvvəlki hadisələrdən vasitə kimi istifadə etməyə çalışdılar, amma alınmadı. İndi Ermənistan daxilindəki müəyyən qruplar, revanşistlər, kənardan dəstək alan müəyyən qüvvələr, həmçinin ciddi aktivlik göstərən kilsə son gəlişmələri əllərində bayraq etməyə cəhd göstərirlər. Biz Ermənistanda din adamlarının sülhə çağırışlarının şahidi olmalı idik, amma əksini görürük.

Eçmiədzinin 150 illik tarixinə baxdıqda rus kilsəsi və Rusiyanın xüsusi xidmət orqanları ilə ciddi əlaqələrinin olduğunu bəlli olur. Bununla bağlı onlarla araşdırma aparılıb, kitablar yazılıb. Sovet dönəmindən bu əlaqələr daha da dərinləşib. Bir sözlə, kilsə və revanşistlər bu pozitiv gəlişməni daxili siyasətdə alətə çevirməyə, Paşinyana təzyiq dalğası yaratmağa çalışır.

Maraqlı məqam budur ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına qərar verilən günün səhərisi bir pozitiv informasiya yayıldı. Əslində, əksini gözləyənlər vardı. Hətta bəzi rusiyalı politoloqlar belə fikir səsləndirirdilər ki, sülhməramlıların çıxması və Moskvanın bölgədə nüfuzunun zəifləməsi Ermənistanla Azərbaycan arasında qanlı toqquşmalara səbəb olacaq. Belə bir qorxuducu proqnozlar verirdilər. Amma biz əksini gördük, səhəri sərhədin delimitasiyasının prinsipləri razılaşdırıldı.

Hələlik Ermənistanda buna qarşı olan qüvvələr o qədər güclü deyillər ki, prosesə mane olsunlar. Bütün müqavimətə baxmayaraq, 4 kəndin qaytarılması ilə bağlı razılaşma və delimitasiyanın Qazax istiqamətindən başlaması pozitiv gəlişmədir. Amma bu o demək deyil ki, gələcəkdə təxribatlar olmayacaq, prosesə mane olmaq istəyən qüvvələr tapılacaq.

- Sərhədin delimitasiyasının başladığı rəsmən bəyan edildi. Yerindən tərpənən proses sülhün önünü açacaqmı?

- Böyük sülh müqaviləsinin birdəfəlik imzalanacağı inandırıcı gəlmir. Amma sülh müqaviləsinin onurğasını təşkil edən protokolların ard-arda imzalanması mümkündür. Bu çərçivədə delimitasiya-demarkasiyanın prinsiplərinin razılaşdırılması və prosesin Qazax istiqamətində başlaması kifayət qədər pozitiv addımdır. Amma bu o demək deyil ki, delimitasiya yaxın zamanlarda bitəcək. Hətta digər qonşularımızla bu proses uzun illər aparıb. Rusiya ilə bir neçə il öncə bitdi, Gürcüstanla demək olar bitib, çox kiçik hissə qalıb. Yəni bu, o qədər də asan proses deyil, amma əsas odur ki, prinsiplər razılaşdırılıb və fəaliyyətə başlanılıb.

Sonrakı mərhələdə növbəti protokolların imzalanması mümkündür. Məsələn, nəqliyyat dəhlizlərinin açılması prinsipləri protokolu. Bu da çox vacibdir. Artıq proses başlayıb, ABŞ, NATO, Avropa Birliyi, hətta Rusiyadan belə, bununla bağlı müsbət açıqlamalar verilib.

- Ermənistan Baş naziri Nikol Paşinyan “döyüşə hazır ordu”dan danışır. Onun sözlərinə görə, döyüşə hazır ordunun olması sülh, qüvvələr balansının düzgün formalaşması üçün vacibdir. Bu açıqlamasının izahı necədir? Ümumiyyətlə, Ermənistanın hərbi baxımdan Azərbaycana çatması üçün imkanları nə qədərdir?

- Əslində, bu, daxili auditoriyanı sakitləşdirmək və qədim tarixi olan bir sözdür. Qədim Romadan bəri belə bir söz işlədilir ki, sülh istəyirsənsə, müharibəyə hazır ol, yaxud sülh istəyirsənsə, ordunu gücləndir. Eyni prinsipdir. Paşinyan siyasi populizmdən istifadə etməyi xoşlayır. Yəni bunu daxili auditoriya üçün deyilmiş söz kimi qəbul etmək lazımdır.

Ermənistanın iqtisadi potensialı və bölgədə coğrafi dalanda yerləşdiyini nəzərə alsaq, qısa zamanda, hətta orta perspektivdə Azərbaycanın hərbi qüdrətinə çatması mümkünsüz görünür. Çünki Azərbaycan təhlükəsizlik çətirini başqa cür formalaşdırdı, artıq bu proses bitib. Ermənistanın problemi odur ki, təhlükəsizlik çətiri darmadağın olub. Rusiyadan uzaqlaşmağa çalışırlar, yeni təhlükəsizlik çətiri yaratmaq problemlərlə üzləşir. Bu, mümkünsüz görünür, çünki istər Hindistan, istər Fransa, istərsə də digər ölkələrin Ermənistan üçün təhlükəsizlik çətiri açmaları ən azı coğrafi baxımdan mümkün deyil. Bu, Rusiya üçün çətin idi, çünki Ermənistana birbaşa giriş-çıxışı yoxdur, Gürcüstan üzərindən həyata keçirməyə çalışırdı. Gürcüstanla əlaqələrin pisləşməsindən sonra isə Rusiya yalnız hava yolu ilə Ermənistandakı hərbi varlığı və ya təhlükəsizlik çətirini saxlayırdı. İndi bunu Fransa, yaxud Hindistan necə edəcək?

Ermənistanla müqayisədə, Azərbaycan öz təhlükəsizlik konsepsiyasını həll etmiş sayılır. Məsələn, Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi NATO-nin 5-ci maddəsi kimi bir anlayışı ehtiva edir. Müttəfiqlik bəyannaməsi həm Azərbaycan, həm də Türkiyə tərəfindən ratifikasiya olunub, dövlətlərarası sənədə çevrilib. Bu bəyannamə ərazi bütövlüyünün müdafiəsi ilə bağlı qarşılıqlı və ya birgə təhlükəsizlik tədbirlərini ehtiva edir. Bu o deməkdir ki, Azərbaycan öz təhlükəsizlik çətirini daha da genişləndirib.

İndiki halda Ermənistanın özü üçün belə bir təhlükəsizlik çətiri tapması mümkünsüz görünür, yaxın gələcəkdə də perspektivi yoxdur. İndi nə qədər əlçatmaz görünsə də, bu da özlərindən asılıdır, Ermənistanın təhlükəsizlik konsepsiyası Türkiyə ola bilər. Yəni Türkiyə və Azərbaycanla əlaqələrin normallaşması üçün atacaqları səmimi addımlar... Bu, Ermənistanın təhlükəsizliyi üçün ən yaxşı zəmanət ola bilər. Bu durumda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı boşluqlar doldurulacaq. Bir sözlə, Paşinyanın daxili auditoriya üçün dediyin sözün yaxın gələcəkdə həyata keçirilməsi mümkünsüz görünür.

Oxunub: 536
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-04-2024, 19:42

Göyçə və Zəngəzurun xəritəsi masaya qoyuldu: Bakının son şərti belədir...

Xəbərlər

23-02-2024, 15:24

İki aya sülh razılaşması masada olacaq: İlkin sənəd bu cür imzalanır

Xəbərlər

19-01-2024, 11:31

8 kəndlə bağlı son şərt: Ordunun girməsi an məsələsidir - Kritik gəlişmə

Xəbərlər

17-11-2023, 19:22

İrəvan və Tbilisinin yeni anlaşması: Bakıya qarşı plan qurulur?

Xəbərlər

24-11-2021, 00:08

SON DƏQİQƏ: “Bakı ilə İrəvan ortaq məxrəc tapdı” - ŞOK AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
4 bürcə pul axını olacaq
Son xəbərlər
  • Bu gün, 13:29
    Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
  • Bu gün, 12:50
    Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
  • Bu gün, 11:38
    Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
  • Bu gün, 10:48
    ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
  • Bu gün, 09:14
    Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
  • Dünən, 22:25
    4 bürcə pul axını olacaq
  • Dünən, 21:40
    Mədə xərçəngi riskini artıran amillər nələrdir?
  • Dünən, 20:37
    Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
  • Dünən, 19:09
    Moskvadan etiraf: Azərbaycanla Ermənistan əldən çıxır
  • Dünən, 18:47
    Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
  • Dünən, 17:50
    Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? – Açıqlama
  • Dünən, 16:26
    Azərbaycan sərhədinə bir ilk yaşandı – Tezliklə nəticələri bilinəcək
  • Dünən, 15:34
    20 yaşlarda belə başlaya bilər: "Parkinson"un gizli əlamətləri
  • Dünən, 14:40
    Müəyyən bir anlaşma var: Kremldən Ukrayna ilə bağlı nikbin mesaj
  • Dünən, 13:27
    Paşinyan Bakı ilə bağlı planı açıqladı: “Seçkilərdən daha öndədir”
  • Dünən, 12:21
    Hər gün şorba yemək vacibdir?
  • Dünən, 11:32
    NATO rəhbərindən Putinə gözlənilməz jest: Makronun ideyasını dəstəklədi…
  • Dünən, 10:22
    Fransaya müharibə elan edildi
  • Dünən, 09:03
    Hibiskus çayı yüksək təzyiqi aşağı salır – Həkim
  • 12-02-2026, 22:10
    İnsan həyatının ən yorucu dövrü: On il davam edir
  • 12-02-2026, 21:34
    Bu adamlar yastıqsız yatmalıdır – Səbəb
  • 12-02-2026, 20:37
    Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 13-dən...
  • 12-02-2026, 19:12
    ABŞ hərbi gəmiləri toqquşdu: xəsarət alanlar var
  • 12-02-2026, 18:07
    Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur
  • 12-02-2026, 17:20
    ABŞ bu bölgədən geri çəkildi: Strateji baza onlara verildi
  • 12-02-2026, 16:05
    ABŞ İranı vurarsa görün nələr olar – Tehranın sona saxladığı ehtiyat plan
  • 12-02-2026, 15:29
    Xərçəng sağlam hüceyrələri necə ələ keçirir?
  • 12-02-2026, 14:53
    Putin qəzəblidir: İran Rusiyanı Çinə dəyişdi
  • 12-02-2026, 13:27
    Yer kürəsində "cəhənnəm iqlimi" hökm sürəcək - Alimlərdən xəbərdarlıq
  • 12-02-2026, 12:12
    İnsult və infarktı tətikləyən qidalar – Siyahı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə