• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
Keratopiqmentasiya Nədir?
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
Ürək xəstəlikləri uşaqlara da təsir edir: Erkən əlamətlər
Azərbaycanda idarəetmə yenilənir – Prezidentdən mühüm tapşırıq
Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
4 bürcə pul axını olacaq
Mədə xərçəngi riskini artıran amillər nələrdir?
Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
Moskvadan etiraf: Azərbaycanla Ermənistan əldən çıxır
Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? – Açıqlama
Azərbaycan sərhədinə bir ilk yaşandı – Tezliklə nəticələri bilinəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qərb Bakıya izahat verir: Bölgədə sülhə qarşı “Brüssel planı” qüvvədədir

Xəbərlər

5-04-2024, 10:20

Qərb Bakıya izahat verir: Bölgədə sülhə qarşı “Brüssel planı” qüvvədədir


ABŞ dövlət katibi Entoni Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen də Prezident İlham Əliyevə zəng etdi. Hər iki telefon söhbəti Brüsseldə keçiriləcək Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşlə bağlıdır. Tərəflər Azərbaycanı əmin etməyə çalışır ki, bu görüş “iqtisadi xarakter” daşıyır və Bakıya qarşı yönəlməyib.

“İzahat”, yaxud “hesabat” xarakteri daşıyan bu telefon zənglərində diqqətçəkən məqamlar var.

Birincisi, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzudur: Ermənistanı dəstəkləməyə hazırlaşan ABŞ və AB bunun Azərbaycanla münasibətlərə xələl gətirməsindən çəkinir, çünki Vaşinqton və Brüsseldə anlayırlar ki, Bakıya qarşı addımın mənfi nəticələri olacaq:

- Azərbaycanın razı olmayacağı hansısa planın Cənubi Qafqazda effektivliyi sual altındadır;
- Bakını qarşılarına alaraq, hərəkət etmək ABŞ və AB üçün bu bölgədə Fransanın taleyi ilə üzləşmək deməkdir: regiondakı proseslərdən kənarlaşdırıla bilərlər;
- Cənubi Qafqazda Azərbaycana qarşı istənilən xoşagəlməz addım Avropanın enerji təhlükəsizliyinə risklər yarada bilər;

İkincisi, Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzlu lider olaraq qəbul edilməsidir: Blinken və Leyenin Brüssel görüşü ilə bağlı Əliyevə izahat verməsi bunu bir daha isbat edir;

Üçüncüsü, Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Brüsseldə böyük ümidlərlə bir araya gələcəyi hər iki siyasətçi – Blinken və Leyen ondan öncə Prezident İlham Əliyevlə məsləhətləşmək zərurəti ilə üzləşib: bu, Ermənistanın “marionetka”, Azərbaycanın regionun həlledici gücü olduğunun əyani nümunəsidir.

Bu telefon zəngləri Azərbaycan liderinin Brüsseldə “erməni formatı” olaraq hazırlanan və Ermənistanın böyük ümidlər bəslədiyi görüşə - planlara müdaxilə etməyə, Bakının mövqeyini ortaya qoymağa nail olduğunu da göstərir. Və bu, məhz Əliyevin beynəlxalq müstəvidə nüfuzlu siyasətçi olmasından irəli gəlir, əks təqdirdə, Brüssel və Vaşinqtonda Bakıya zəng etmək zərurətini hiss etməzdilər.

Blinken və Leyenin Bakıya etdiyi zəngin Prezident İlham Əliyevi görüşün “təhlükəsiz” olduğuna inandırmaq məqsədi daşıdığı məlumdur. Lakin Bakıda baş verənlərin təhlükəsindən, xüsusilə Cənubi Qafqazda sabitliyə yarada biləcəyi risklərdən xəbərdardırlar. Prezident İlham Əliyev Blinken və Leyenə Azərbaycanın bununla bağlı mövqeyini çatdırdı.

Görüş iddia edildiyi kimi, “iqtisadi xarakter” daşısa da, bunun Qərb qüvvələrinin Ermənistanda geniş tərkibdə yerləşməsi və bölgənin geosiyasi mübarizə poliqonuna çevrilməsinin əsasını qoyacağı aydın görünür. Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi və humanitar yardımların edilməsi” də məhz bu ölkəni iqtisadi baxımdan tamamilə asılı olduğu Moskvadan uzaqlaşdırmaq məqsədi daşıyır. Ki, prosesin davamında Rusiya hərbçilərinin Ermənistandan çıxarılması, yerinə Qərb qoşunlarının daxil edilməsi qaçılmaz olacaq. Qərbin kollektiv dəstəyi Ermənistanda Azərbaycana qarşı revanşizmin yenidən körüklənməsinə də şərait yarada bilər, çünki İrəvanda Bakı ilə “istədikləri kimi” danışa bilmək üçün uzun müddətdir belə bir dəstəyi gözləyirlər. Nəticə etibarilə, baş verənlər bölgədə sülh perspektivini təhlükə altına salır.

Brüssel görüşünün bölgədə sülhə risklər yaratdığını təkcə Azərbaycan yox, region ölkələri bəyan edirlər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu görüşün Moskvada narahatlıq doğurduğunu bildirib. Rusiya XİN-in nümayəndəsi Ermənistan-AB-ABŞ formatının Cənubi Qafqazda sabitliyi dağıtmaq və bölücü xətləri inkişaf etdirmək məqsədi daşıdığını bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə bildirilir ki, Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan AB-Ermənistan-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.

“Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional faktorların prosesə zərər vurmamaq üçün ədalətli və qərəzsiz, ehtiyatla yanaşması daha da vacibdir. Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, AB və ABŞ arasında üçtərəfli görüşün münaqişənin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur. Azərbaycanı istisna edən bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, onun geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq. Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik”, - rəsmi Ankara bəyan edir.

Cənubi Qafqazda geosiyasi toqquşma riski yaradan planlarla bağlı Bakıdan, Moskvadan, Ankaradan, hətta Avropanın özündən səs çıxsa da, region ölkəsi İrandan səs-soraq yoxdur. Halbuki, indiyə qədər bölgəyə “kənar qüvvələrin gətirilməsini” qəbul etməyəcəyi haqda ən çox danışan Tehran olub. Bu iddialarla Azərbaycanı ittiham edən İran Ermənistanın bölgəni Qərbin hərbi kontingenti üçün bazaya çevirməsi qarşısında “yoxa çıxıb”, baş verənlərin onun özünün də təhlükəsizliyini təhdid etdiyini bildiyi halda. İranın separatizm qoxusu verən bu susqunluğu Tehranın Qərblə, xüsusilə Fransa ilə gizli sövdələşmədə olduğu, Ermənistan üzərindən bölgədə tətbiq etmək istədikləri planlarda yer aldığı şübhələrini ön plana çıxarır.

İranın görmək istəmədiyi təhlükəni uzaq Avropada belə hiss edən ölkələr var. Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqeyinin İtaliya tərəfindən tənqid edilməsi bunu göstərir. İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bəyanatlarını tənqid edib.

“Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurne sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı”, - İtaliyalı diplomat vurğulayıb.

Göründüyü kimi, hər şey Blinken və Leyenin dediyi kimi “təhlükəsiz” deyil. Baş verənlər bu gün Cənubi Qafqazda qeyri-sabitlik mərhələsinin başlanğıcının qoyulacağı narahatlığını yaradır. Və bəllidir ki, bu qarşıdurmada “ayaqlar altında qalan” ölkə də alət olaraq istifadə edilən Ermənistan olacaq.

Asif Nərimanlı

Oxunub: 249
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-04-2024, 17:15

Brüssel görüşünün “iqtisadi gündəmi” nəyə hesablanıb?

Xəbərlər

9-10-2023, 20:13

Fransa Ermənistanı Azərbaycana qarşı hücuma hazırlaşdırır - Afrika SSENARİSİ

Xəbərlər

23-11-2022, 16:25

Paşinyan bu gün Bakıya qarşı cəbhə yaratmaq istəyir - İrəvanda nələr gözlənilir?

Xəbərlər

12-04-2022, 15:21

İrəvandan Bakıya İLK ZƏNG - Ermənistan artıq Moskvadan İMTİNA EDİR?

Xəbərlər

16-12-2021, 13:54

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
Keratopiqmentasiya Nədir?
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
Son xəbərlər
  • Dünən, 22:50
    Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
  • Dünən, 21:36
    Keratopiqmentasiya Nədir?
  • Dünən, 20:20
    Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
  • Dünən, 19:42
    ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
  • Dünən, 18:48
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
  • Dünən, 16:16
    Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
  • Dünən, 15:22
    Ürək xəstəlikləri uşaqlara da təsir edir: Erkən əlamətlər
  • Dünən, 14:08
    Azərbaycanda idarəetmə yenilənir – Prezidentdən mühüm tapşırıq
  • Dünən, 13:29
    Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
  • Dünən, 12:50
    Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
  • Dünən, 11:38
    Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
  • Dünən, 10:48
    ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
  • Dünən, 09:14
    Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
  • 13-02-2026, 22:25
    4 bürcə pul axını olacaq
  • 13-02-2026, 21:40
    Mədə xərçəngi riskini artıran amillər nələrdir?
  • 13-02-2026, 20:37
    Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
  • 13-02-2026, 19:09
    Moskvadan etiraf: Azərbaycanla Ermənistan əldən çıxır
  • 13-02-2026, 18:47
    Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
  • 13-02-2026, 17:50
    Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? – Açıqlama
  • 13-02-2026, 16:26
    Azərbaycan sərhədinə bir ilk yaşandı – Tezliklə nəticələri bilinəcək
  • 13-02-2026, 15:34
    20 yaşlarda belə başlaya bilər: "Parkinson"un gizli əlamətləri
  • 13-02-2026, 14:40
    Müəyyən bir anlaşma var: Kremldən Ukrayna ilə bağlı nikbin mesaj
  • 13-02-2026, 13:27
    Paşinyan Bakı ilə bağlı planı açıqladı: “Seçkilərdən daha öndədir”
  • 13-02-2026, 12:21
    Hər gün şorba yemək vacibdir?
  • 13-02-2026, 11:32
    NATO rəhbərindən Putinə gözlənilməz jest: Makronun ideyasını dəstəklədi…
  • 13-02-2026, 10:22
    Fransaya müharibə elan edildi
  • 13-02-2026, 09:03
    Hibiskus çayı yüksək təzyiqi aşağı salır – Həkim
  • 12-02-2026, 22:10
    İnsan həyatının ən yorucu dövrü: On il davam edir
  • 12-02-2026, 21:34
    Bu adamlar yastıqsız yatmalıdır – Səbəb
  • 12-02-2026, 20:37
    Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 13-dən...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə