• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tezliklə şad xəbərlər eşidəcəyik, Paşinyanın Gümrü səfəri... - DETALLAR

Xəbərlər

25-03-2024, 18:30

Tezliklə şad xəbərlər eşidəcəyik, Paşinyanın Gümrü səfəri... - DETALLAR


Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Gümrü şəhərinə gedərək, “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında iştirak edib. Paşinyan 5 saat qapalı şəraitdə öz partiya üzvləri və özünə yaxın siyasi qruplarla danışıqlar aparıb. Danışıqlar zamanı Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və Ermənistanın Aİ perspektivi, bu fonda daxildə müxalif qrupların davranışları müzakirə edilib.

"Hazırda tarixi Ermənistandan real Ermənistana ağrılı keçid var. Bu proses bizim tarixi məsuliyyətimizdir. Biz bu prosesə münasibət bildirməliyik", deyə Paşinyan bildirib. Onun sözlərinə görə, bu prosesə iki yanaşma var.

“Yanışmalardan biri belədir. Biz hər cür şəkildə tarixi Ermənistandan reallığa keçidin əleyhinəyik, bunun qeyri-mümkün və qəbuledilməz olduğunu deyirik. İkinci yanaşma isə odur ki, tarixi Ermənistandan keçidi tarixi zərurət hesab edirik. Biz bu yolla getməliyik. Ermənistan Respublikasının təhlükəsizliyini, rifahını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etməliyik. Mənim qavrayışım və qiymətləndirməm bundan ibarətdir.

Əgər biz bu seçimi etməsək, real Ermənistan da tarixə çevriləcək", deyə o, qeyd edib.

Beləliklə, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması məsələsi tezliklə öz həllini tapa bilərmi? Paşinyanın son açıqlamaları hansı mesajlardan xəbər verir?

Politoloq Zaur Məmmədov mövzuya bu cür şərh bildirib:

"Xatırladım ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı ölkə daxilində müəyyən siyasi və hərbi qruplaşmaların hakimiyyətə pressinqi olsa da, ümumilikdə böyük şəhərlərin əhalisi bu mövzuda hökuməti dəstəkləyirlər. Ölkə rəhbərliyini hazırda bu məsələ ilə yanaşı 5 aprel Brüssel görüşü və orada veriləcək bəyanatlardan sonra İrəvanda və digər şəhərlərdə mümkün iğtişaşların olub - olmayacağı maraqlandırır. Ukrayna və Gürcüstan hakimiyyətlərinin Avropa İttifaqının üzvlüyünə perspektivi alaraq üzləşdiyi çağırışlar hər kəsin yadındadır. İndiyə qədər həmin ölkələrin xalqları bu qərarın nəticələrini hiss etməkdədirlər. Sözsüz, 5 aprel görüşü və onun nəticələri də Ermənistanda hiss ediləcək, ancaq hələlik Kiyev və Tiflisdə maydanlarda baş verəcəklər kimi yox.

Yeri gəlmişkən, Gürcüstan və Ermənistanın Avropa perspektivliyi fonunda bölgədə geosiyasi vəziyyətin daha da qəlizləşməsi və Azərbaycanın tamamilə müstəqil və suveren balanslı siyasəti güdərək bloksuz dövlət kimi statusunu davam etdirməsi yaxın qonşularımız tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır.

O ki qaldı aprelin 5-i Blinken, Fon der Layen və Paşinyan arasında görüşə, Azərbaycanla Ermənistanın hansının daha çox əslində Qərbin tərəfdaşı olmasını müqayisə edək. Müqayisəni edərkən maraqlı şəkil qarşımıza çıxır. KTMT və Avrasiya İttifaqının üzvü olan, Avropa İttifaqı ilə ümumi ticarət dövriyyəsi 2023 - cü ildə cəmi 7 milyard dollardan bir qədər çox olan Ermənistan, NATO - nun ən güclü üzvlərindən sayılan Türkiyənin hərbi - siyasi müttəfiqi, Aİ - nin 9 dövləti ilə strateji tərəfdaş olan, qoca qitənin ənənəvi və yaşıl enerji siyasətində xüsusi rol oynayan və oynayacaq, Aİ ilə ticarət dövriyyəsi 2023 cü ildə 24 milyard dollar olan Azərbaycan. Əlbəttə ki, Ermənistanla bağlı Qərbin çətir funksiyasını yerinə yetirmək istəməsinin əsl səbəbi geosiyasi faktor, Rusiya ilə olan konfrantasiyadır. Bununla da, Qərb Ermənistanı tərəzinin bir tərəfində, Azərbaycan və Türkiyəni isə o biri tərəfində qoyaraq açıq şəkildə ayrı - seçkilik etmiş olduğunu göstərmiş olur.

Ermənistanda və Qərbdə başa düşməlidirlər ki, İrəvanın Qərbə inteqrasiyalarının imkanları ilk növbədə Azərbaycandan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərlərsə Ermənistan orada olacaq. Çünki Anadolu - Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına qayıtdı- daim burada ağalığı edən azərbaycanlılara qayıtdı.

Beləliklə, yaxın vaxtlarda növbəti şad xəbərləri eşidəcəyik. Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir - bir şah və mat etməyi bacarır. 44 günlük müharibə, son 4 ildə ordumuzun uğurları, Xankəndidə bayrağımızın asılması və bizi gözləyən sonrakı hadisələr... "

Politoloq Elxan Şahinoğlu isə qeyd edib:

"Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərində lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının fəallarıyla görüşdə deyib ki, hazırki şəraitdə sülhdən daha çox danışmaq lazımdır: “Biz elə etməliyik ki, Ermənistan ətrafındakı vəziyyət bir daha müharibəyə rəvac verməsin. Bu çox çətindir, dözümlü olmalıyıq”. Paşinyan onun və partiyasının tarixi missiya yerinə yetirdiyini bildirərək, partiya üzvlərini yaradıcı ideyalar irəli sürməkdən çəkinməməyə çağırıb.

Paşinyanın hədəfi Ermənistanın bir daha heç bir müharibədə iştirak etməməsinin təminatıdırsa, iki qonşusu – Azərbaycan və Türkiyə ilə bütün məsələlərin həllini sürətləndirməlidir. Paşinyan partiyadaşlarıyla birgə, özünün də vurğuladığı kimi, tarixi missiyanı yerinə yetirmək istəyirsə və buna hazırdırsa, 1) vaxt itirmədən 4 kəndi Azərbaycana qaytarmalı; 2) Azərbaycanla çərçivə sazişini imzamalı; 3) Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir. Paşinyan bu yolu seçərsə, həm tarixi missiyanı yerinə yetirmiş olacaq, həm də sülh şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq fonunda regional layihələrdə iştirakını təmin edəcək". / Musavat.com

Oxunub: 292
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-11-2022, 18:25

Paşinyan SÜLH İSTƏMİR - Bakı bunu hesabda ƏKS ETDİRƏCƏK: Türkiyə üçün TARİXİ ŞANS

Xəbərlər

1-10-2022, 01:14

SON DƏQİQƏ: Ermənistandan KTMT-yə GÖZLƏNİLMƏZ ZƏRBƏ

Xəbərlər

18-11-2021, 00:34

SON DƏQİQƏ: Paşinyandan TARİXİ ETİRAF

Xəbərlər

5-02-2021, 14:44

SON DƏQİQƏ: Ermənilər bu ərazini də boşaldır - AZƏRBAYCANA QAYTARILIR

Xəbərlər

14-08-2019, 19:08

"Bir daha deyirik, Qarabağ Ermənistanın tərkib hissəsidir..." - Ermənistandan ŞOK AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
Son xəbərlər
  • Bu gün, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • Dünən, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • Dünən, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • Dünən, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • Dünən, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • Dünən, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • Dünən, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • Dünən, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • Dünən, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • Dünən, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • Dünən, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • Dünən, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • Dünən, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • Dünən, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • Dünən, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
  • 16-08-2026, 12:31
    Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
  • 16-08-2026, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • 16-08-2026, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • 15-08-2026, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • 15-08-2026, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • 15-08-2026, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • 15-08-2026, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • 15-08-2026, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • 15-08-2026, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə