• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistan bu tarixdə Azərbaycana hücum edəcək - Parisdə hazırlanan GİZLİ PLAN

Xəbərlər

5-03-2024, 12:20

Ermənistan bu tarixdə Azərbaycana hücum edəcək - Parisdə hazırlanan GİZLİ PLAN



Fransanın silahlandırdığı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının da mümkün eskalasiyadan öncə “alibi” qazanmaq məqsədi daşıdığı aydın görünür və burada İrəvanın öz, Parisin də öz planları var. Ümumilikdə geosiyasi mübarizədə Cənubi Qafqaz cəbhəsinin açılması gözləntiləri var.

Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana nə vaxt hücum edə bilər? Gürcüstan mediası bu suala cavab axtarmağa çalışıb.

Publika.az xəbər verir ki, gürcü jurnalist Qriqol Qiorqadzenin hazırladığı məqalədə Ermənistanın Azərbaycana Paris Yay Olimpiya Oyunları (26 iyul-11 avqust 2024-cü il) vaxtı hücum edə biləcəyi qeyd olunur.

Müəllif yazır ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçirilsə də, şəhərdə hazırlıq birmənalı olaraq idman tədbirinin miqyasına uyğun gəlmir, daha doğrusu, olimpiadaya hazırlaşmaq üçün büdcədən ayrılan pulların “kəsilməsi”ndən başqa, praktiki olaraq heç bir iş görülmür: “Parisin meri Ann Hidalqo ötən il qondarma “artsax” separatçılarına yardım üçün “humanitar karvanın” hazırlanmasına daha çox diqqət yetirib. Separatçı “artsax” ləğv edildikdən sonra o, Parisin işlərindən daha çox, “erməni qaçqınları” ilə məşğuldur, baxmayaraq ki, heç kim bu insanları qovmayıb, onlara Azərbaycan vətəndaşlığını almaq təklif olunub və hələ də geri qayıtmaq imkanı yaradılıb”.

2024-cü il Olimpiadasının yaxınlaşmasına baxmayaraq, Fransa paytaxtının abadlaşdırılması üçün demək olar ki, heç bir iş görülmür. Açılışa 5 aydan da az vaxt qalıb, amma Parisdə çirkli və üfunətli metronun adi bir kosmetik təmiri həyata keçirilməyib, hətta siçovullara qarşı mübarizə aparılmır. Paris küçələrində zibillərin, narkomanların və evsizlərin sayı artmaqda davam edir, “Avropanın mədəniyyət paytaxtı” adlandırılan şəhərin ümumi bərbadlığı da artmaqdadır. Fransa hökuməti isə bu yaxınlarda Yelisey sarayında fövqəladə iclas keçirərək, Olimpiada zamanı siyasi və ya digər problemlər yaranmasına qarşı “B planı” hazırlayıb. Hər şey kağız üzərindədir, reallıqda isə heç nə edilmir.

Olimpiadaya hazırlıqla bağlı “qəribə hadisələr” də baş verir. Bu yaxınlarda məlum olub ki, Olimpiadanın təhlükəsizliyinin təmin edilməsi işində çalışan mühəndisin idman yarışının təhlükəsizlik planlarının olduğu noutbuku və fləşkartı oğurlanıb. Paris metrosunda isə insanların Olimpiada vaxtı şəhərdə daha az hərəkət etməsi, yaxud məsafədən işləməsi haqda afişalar asılıb. Nəzərə alsaq ki, Olimpiadanın təhlükəsizlik planlarının “oğurlandığı” və kimin əlinə keçdiyi məlum deyil, o zaman, oyunlar zamanı Parisdə qalmaq olduqca qorxulu olacaq. Və belə görünür ki, Paridə keçiriləcək “olimpiada festivalı” zamanı küçələrdə qalacaq “yerli əhali” əsasən qeyri-qanuni mühacirlər, evsizlər və narkotik aludəçiləri olacaq.

Bu ilin fevralında tamaşaçı sayını iki dəfə azaltmaq qərarı verilib: 600 mindən 300 minə qədər. Lakin kulislərdə olimpiadanın tamamilə ləğv oluna biləcəyi ilə bağlı müxtəlif şayiələr də dolaşır. Və bu vəziyyətdə şübhəli suallar yaranır: Olimpiadanı “pozmaq” üçün əvvəlcədən plan hazırlanır, yoxsa diqqəti başqa hadisələrə yönəldərək, idman mərasimini ikinci plana keçirmək istəyirlər?

Şübhəli məqamlar çoxdur. Gürcü müəllif yazır ki, Olimpiadanı arxa plana keçircək hadisə müharibə ola bilər, xüsusilə Fransa hökuməti bu müharibənin hazırlanmasında birbaşa iştirak edirsə.

“Burada 2008-ci il Olimpiadası ilə Rusiyanın Gürcüstana qarşı müharibəsinin “qəribə təsadüfünü” xatırlatmaq yerinə düşərdi. Həmin müharibə zamanı guya “sülhməramlı” fəaliyyətlə məşğul olan Fransanın təcavüzkar Rusiya ilə şübhəli razılaşması da yada düşür. 2008-ci ilin 8 avqustunda Pekin Olimpiadasının açılışı günü ermənipərəst media bütün dünyaya “Gürcüstan ordusunun hücumu” dezinformasiyanı ötürdü, halbuki, hücum edən separatçılar, hazırlayan Rusiya idi. 8 avqust 2008-ci ildə Pekin Olimpiadasının açılışı vaxtı Rusiya ordusu Gürcüstana hücuma keçdi. Çin Olimpiadanı ləğv etmədi, lakin oyunların açılışı vaxtı dünyanın xəbər lentində Gürcüstan müharibəsi vardı. Daha sonra fransız “vasitəçilər və sülhməramlılar” peyda oldular. Fransanın o vaxtkı prezidenti Nikola Sarkozi, sonralar Mixail Saakaşvilinin də etiraf etdiyi kimi, Tbilisiyə “təslim olmaq ultimatumu” gətirmişdi. Fransanın fikrincə, Gürcüstan “sülh naminə” Samachablo və Abxaziyadan imtina etməli idi. Fransanın “vasitəçiliyi” Abxaziya və Sxinvali bölgəsinin Rusiya tərəfindən işğalına və qondarma “müstəqilliyinə” gətirib çıxardı. Fransanın dəstəklədiyi qondarma “artsax” separatçılar həmin vaxt bunu çılğın sevinclə qarşılamışdı. Lakin Ermənistanın Qarabağla bağlı işğal planları baş tutmadı. Nəticədə erməni millətçilərinin “ümidlərini” doğrultmayan Rusiya onlara “düşmən”, Fransa isə dost və müttəfiqə çevirildi. Fransanın köməyi ilə Paşinyan bu gün Ermənistanı fəal şəkildə silahlandırır. Burada revanşist müharibəyə hazırlıq getdiyi aydın görünür, təbii ki, Fransanın dəstəyi ilə. Bu müharibəyə Azərbaycanı “təcavüzkar”, erməniləri “soyqırımı qurbanı” kimi təqdim edəcək şəkildə başlamaq planı var, istisna deyil ki, plan 2024-cü il Olimpiadası vaxtı tətbiq edilə bilər. Beləliklə, bərbad Parisdə keçiriləcək Olimpiada diqqətdən kənarda qala, yaxud ləğv edilə bilər. Burada günahkar ermənilər və fransızlar yox, Azərbaycan və müttəfiqi Türkiyə göstəriləcək. Belə görünür ki, 2008-ci il Pekin Olimpiadasında ermənilərin fransızların iştirakı ilə məşq edilmiş “informasiya super əməliyyatı” 2024-cü il Paris Olimpiadasında da təkrarlana bilər. Erməni lobbisi “təcavüzkar” və “soyqırımı” iddiaları ilə Azərbaycanı ittiham edəcək, ermənilər isə özlərini “soyqırımı qurbanı” kimi göstərəcək. Əlbəttə, Fransa Olimpiadanı pozmaq üçün başqa səbəb tapa, misal üçün, fransız kəşfiyyat xidməti terror aktı, yaxud “miqrant iğtişaşları” təşkil edə bilər. Lakin Fransanın bu il Cənubi Qafqazda sabitliyi pozmaq və müharibəyə başlamaq ehtimalını istisna etmək mümkün deyil”, - məqalədə vurğulanır.

Asif

Oxunub: 481
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-02-2024, 19:28

Azərbaycana qarşı hərəkətə keçən 3 ölkə - Paşinyan müharibə mesajı verdi

Xəbərlər

16-01-2024, 09:15

ASALA Azərbaycana hücum edəcək - Ermənistandan şok çağırış

Xəbərlər

25-11-2023, 22:39

Bu, o deməkdir ki, Azərbaycana hücum edəcəyik - Ağazaryan

Xəbərlər

8-09-2023, 16:51

İran Azərbaycana hücum üçün orduya ƏMR VERDİ

Xəbərlər

10-02-2023, 10:18

Tehranla İrəvanın Azərbaycana hücum planının hədəfi: İran hansı ərazini tutmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Son xəbərlər
  • Bu gün, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Bu gün, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Bu gün, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Bu gün, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • Dünən, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • Dünən, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • Dünən, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • Dünən, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • Dünən, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • Dünən, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • Dünən, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • Dünən, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • Dünən, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • Dünən, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • Dünən, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • Dünən, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • Dünən, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • Dünən, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
  • 16-08-2026, 12:31
    Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
  • 16-08-2026, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • 16-08-2026, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • 15-08-2026, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • 15-08-2026, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • 15-08-2026, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə