• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qadınlarda cinsi istəyi artıran 10 vasitə
Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
Bu halda alimentin məbləği artırılır - QAYDA
Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
“Epşteyn işi”ndə yeni Türkiyə izi: 1999-cu il zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı
İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
Qarın yağını artıran ən gizli 5 səbəb
İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...
NATO rəsmisi etiraf etdi: "Avropanın raketləri bitib"
Uşaqlarda diş çıxarma dövründə nələrə diqqət edilməlidir?
Əliyev “iş bitdi” dedi, o məsələyə toxunmadı: Sadəcə bir tələb var ki…
Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
Keratopiqmentasiya Nədir?
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qərb və Azərbaycan: normal münasibətlərlə irəliləyiş üçün nə gərəkdir?

Xəbərlər

4-03-2024, 13:28

Qərb və Azərbaycan: normal münasibətlərlə irəliləyiş üçün nə gərəkdir?


"Kollektiv Qərb" kimi yanlış, nimdaş və məntiqsiz ifadə ilə səciyyələndirilən Qərb ölkələrinin bir çoxunun Azərbaycana olan münasibəti bəllidir. Həmin münasibət məntiqə və geosiyasi maraqlara yox, hakimiyyət isteblişmentləri ilə siyasi elitaların mənafelərinə söykənir.

Bu səhv yanaşmanı Qərbdə nə orta statistik seçicilər, nə də biznes dəstəkləyir.

Azərbaycana təzyiq göstərməyə çalışan Qərbin buraxdığı səhvlər nədir, Qərblə Bakı arasında münasibətlərin gərilməsinə səbəb nədir, ölkəmizə təzyiqlər nədən və haradan qaynaqlanır? Ən nəhayət, sərinləşən münasibətlərin bərpası üçün nə gərəkdir?

"Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişlə bağlı proses davam etsə də, süni problemlər və maneələrin sayı azalmır.

Saziş layihəsi ilə bağlı əsas məqamların müzakirə olunduğu, Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanın arasında Berlində həmkarları Annalena Berbokun təşkilatçılığ ilə keçirilmiş üçtərəfli görüşdən sonra kiçik ümidlər yarandı. Antalyadakı Diplomatik Forumda həmin ümidlər bir qədər də artdı.

Bununla belə, etiraf etmək gərəkdir ki, sülh sazişi ilə bağlı Berlin raundunda heç bir ciddi irəliləyiş olmadı.

Səbəb məlumdur və əvvəlkidir.

Ermənistan Konstitusiyasında və bir sıra qanunverici aktlarda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəalar qalır, erməni cəmiyyətində revanşizm və "qarabağlı ermənilər Qarabağa qayıtmalıdır, Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı şərt olmamalıdır, onlar öz seçdikləri statusla yaşamalıdırlar" tipli çoxsaylı bəyanatar azalmaq bilmir.

Bütün bunlara rəğmən, Fransa prezidenti Emmanuel Makronun "çox zəif siyasətçi" adlandıraraq aşağıladığı Almaniya kansleri Olaf Şoltsun Azərbaycanla bağlı mövqelərində konstruktivlik və məntiq elementləri üstünlük təşkil edərsə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş prosesə dəstək verməyə çalışdığını deyən Berlinin siyasi elitaları gərəkli rasionallıq nümayiş etdirsələr, çox yəqin ki, Bakı da baş verənlərə adekvat reaksiya göstərəcək.

Yəni Almaniyanın prosesdə hər hansı formada və ya formatda iştirakına Bakı etiraz etməyəcək.

Heç şübhə yoxdur ki, Fransa ilə paralel və hətta tandem halında davranan Almaniyanın da Cənubi Qafqazda əsas məqsədi Rusiyanın bölgəni tərk etməsinə, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaqdır.

Fransa ölkəmizə qarşı aşkar düşmən mövqe tutubsa, Almaniya hələlik neytral yanaşma sərgiləyir.

Almaniya real işlər görmək və prosesin iştirakçısı olmaq istəyirsə, Bakının ikili standartlara qarşı iki şərti var.

1. Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qəbul edilən və nümayəndə heyətimizin təşkilatı tərk etməsinə səbəb olan absurd qətnamənin de-yure müəllifi alman deputat Frank Şvabenin funksioneri olduğu partiyanın sədri Almaniyanın kansleri Olaf Şoltsdur.

Şoltsun sədr müavini olduğu Almaniya Sosial-Demokrat Partiyasının (SDP) həddən ziyadə ciddi daxili intizama malik olduğunu xatırlasaq, AŞPA-da F.Şvabenin kansler O.Şoltsdan xəbərsiz təşəbbüslə çıxış etməsi mümkünsüzdür.

Belədirsə, rəsmi Berlin Azərbaycanla təmaslarda Fransanın intriqalarına məruz qalmayaraq, strateji praqmatizmə əsaslanmalıdır.
Ətraflı

AŞPA-da və digər pan-Avropa strukturlarında əhalisinin tam əksəriyyəti müsəlman olan iki dövlət var - Türkiyə və Azərbaycan. Hər iki ölkənin Avropa İttifaqına üzvlük məsələsi "müzakirə oluna bilinəcək məqam" kimi qələmə verilsə də, avropalı siyasətçilərin ritorikası ikiüzlülük, yalan və məkrdir.

Çünki müsəlman olduğumuz üçün Avropa İttifaqı qapıları üzümüzə bağlayıb, AŞPA və analoji strukturlar Bakını hədəfə alıb.

2. İnsan haqları, demokratik dəyərlər, azad vətəndaş cəmiyyəti kimi prinsiplərdən bəhs edən Avropa İttifaqı nədənsə Azərbaycanla bağlı məsələlərdə həmişə ərazi bütünlüyü, suverenlik və sərhəd toxunulmazlığı prinsiplərini arxa plana salır.

Almaniya ölkəmizlə normal münasibətlərdə olmaq, sülh sazişi prosesində iştirak etmək istəyirsə, suveren ərazimiz üzərində suverenitetimizin qurulmasına mane olmamalıdır. Yəni dövlət sərhədimizin bütün perimetri boyunca təhlükəsizlik sisteminin gücləndirilməsi normal və beynəlxalq hüquq çərçivəsində proses olduğundan, Berlin bunu qəbul etməlidir.

Fransa Ermənistanı sürətlə silahlandırır, ermənilərə hərbi-texniki yardımlar göstərir. Bizə belə yardım və dəstək verilmirsə, heç olmasa, beynəlxalq hüquq çərçivəsində atdığımız addımlara maneələr yaratmağa cəhdlər göstərilməməlidir. Berlin prosesi ya dəstəkləməli, ya kənara çəkilməlidir. Başqa alternativ yoxdur.

Qərbin, konkret halda Almaniyanınn məramlarının ciddiliyinə və səmimiliyinə Azərbaycanın bir qədər şübhə ilə yanaşması başadüşülən, normal hadisədir.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində Ermənistanı işğalçı dövlət adlandırmayan, İrəvanı azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqda suçlamayan Qərb indi az qala həmin ifadələri bizə ünvanlayır.

Qərb indi də obyektiv mövqe tutmayıb.

Bu səbəbdən AŞPA-da Ermənistanın yürütdüyü siyasətə adekvat qiymət verilməli, ermənilərə və onları dəstəkləyənlərə real vəziyyət anladılmalıdır.

Qərb Bakı ilə normal münasibətlər istəyirsə, Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı isterik, aqressiv və hətta idiotik siyasət yürütdüyünü bəyan etməlidir.

Qərb çox gec olsa da, dərk etməlidir ki, Qarabağ mövzusu artıq bitib, tarixə qovuşub və qarabağlı ermənilərin qayıdışı, onların təhlükəsizliyinin təminatı və b. məsələlər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər. Mücərrəd statuslu qarabağlı ermənilər könüllü olaraq Azərbaycanı tərk edərək, Ermənistana, vətənlərinə yollanıblarsa, onların seçimini Qərb qəbul etməlidir.

Ən azı ona görə ki, qarabağlı ermənilər 30 illik işğal dönəmində Ermənistan pasportu daşıyıblar və indi də Azərbaycan vətəndaşı olmaq istəmirlər.

Qərb Ermənistanı və qarabağlı erməniləri dəstəkləyirsə, bu, aşkar birtərəfli, subyektiv yanaşmadır.

Obyektiv olmaq istəsələr, erməni işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi, ermənilərin viran qoyduqları şəhərlərin və kəndlərin, həmçinin, infrastruktur bərpası və azərabycanlı məcburi köçkünlərin doğma evlərinə qayıtmaları prosesini də dəstəkləməli, zəruri yardımlar göstərməlidir.

Sadalanan məqamlar gerçəkləşməyicə, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində Qərbin iştirakı mümkün deyil.

Qərb yeni reallığı qəbul etməlidir.

Bakının yeganə istəyi budur.

Oxunub: 334
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-01-2024, 09:26

AŞPA-nın Azərbaycana qarşı qərəzinin səbəbləri: Rusiya şok faktlar açıqladı

Xəbərlər

8-12-2023, 13:11

NATO-dan reaksiya - "Azərbaycanla Ermənistanın..."

Xəbərlər

20-05-2023, 14:33

Moskva ermənilərə təzyiqləri ARTIRACAQ: Kremlin SƏBRİ TÜKƏNİR

Xəbərlər

8-07-2022, 08:40

Qərb Azərbaycana qarşı SANKSİYALARA HAZIRLAŞIR

Xəbərlər

18-04-2022, 20:40

Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qadınlarda cinsi istəyi artıran 10 vasitə
Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
Bu halda alimentin məbləği artırılır - QAYDA
Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
“Epşteyn işi”ndə yeni Türkiyə izi: 1999-cu il zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı
Son xəbərlər
  • Dünən, 22:37
    Qadınlarda cinsi istəyi artıran 10 vasitə
  • Dünən, 21:29
    Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
  • Dünən, 20:38
    Bu halda alimentin məbləği artırılır - QAYDA
  • Dünən, 19:30
    Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
  • Dünən, 18:00
    Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
  • Dünən, 17:32
    “Epşteyn işi”ndə yeni Türkiyə izi: 1999-cu il zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı
  • Dünən, 16:18
    İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
  • Dünən, 15:02
    Qarın yağını artıran ən gizli 5 səbəb
  • Dünən, 14:41
    İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...
  • Dünən, 13:28
    NATO rəsmisi etiraf etdi: "Avropanın raketləri bitib"
  • Dünən, 12:33
    Uşaqlarda diş çıxarma dövründə nələrə diqqət edilməlidir?
  • Dünən, 11:29
    Əliyev “iş bitdi” dedi, o məsələyə toxunmadı: Sadəcə bir tələb var ki…
  • Dünən, 10:23
    Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
  • Dünən, 09:05
    Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
  • 14-02-2026, 22:50
    Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
  • 14-02-2026, 21:36
    Keratopiqmentasiya Nədir?
  • 14-02-2026, 20:20
    Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
  • 14-02-2026, 19:42
    ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
  • 14-02-2026, 18:48
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
  • 14-02-2026, 16:16
    Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
  • 14-02-2026, 15:22
    Ürək xəstəlikləri uşaqlara da təsir edir: Erkən əlamətlər
  • 14-02-2026, 14:08
    Azərbaycanda idarəetmə yenilənir – Prezidentdən mühüm tapşırıq
  • 14-02-2026, 13:29
    Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
  • 14-02-2026, 12:50
    Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
  • 14-02-2026, 11:38
    Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
  • 14-02-2026, 10:48
    ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
  • 14-02-2026, 09:14
    Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
  • 13-02-2026, 22:25
    4 bürcə pul axını olacaq
  • 13-02-2026, 21:40
    Mədə xərçəngi riskini artıran amillər nələrdir?
  • 13-02-2026, 20:37
    Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə