• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Moldovada separatizm alovlandırılır - Türkiyə hansı addımı atacaq?

Xəbərlər

2-03-2024, 11:11

Moldovada separatizm alovlandırılır - Türkiyə hansı addımı atacaq?


Postsovet məkanının ən narahat ölkələri sırasında olan Moldovada vəziyyət gərginləşə bilər. Səbəb yenə separatizmdir. Dnestryanı bölgənin ardınca, Qaqauzda da mərkəzdənqaçma meyilləri güclənib. Kişineunun qərbpərəst mövqeyi, NATO-ya və Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların intensivləşməsi Rusiyanı sərt qərarlar qəbul etməyə sövq edir. Gərginlik o həddə çatıb ki, ölkənin cənubundakı muxtariyyətdə deputatlar qurultay keçirmək barədə qərar qəbul ediblər. Dnestryanı bölgədən nümunə götürən qaqauzlar bu tədbiri keçirmək üçün bəhanə də tapıblar. İddia ediblər ki, Kişineudan artan təzyiqlər praktiki olaraq region iqtisadiyyatını iflic edib. Qaqauzlar bildiriblər ki, muxtar qurumun mərkəzi hakimiyyət tərəfindən “məhv edilməsinə” qarşıdırlar. Onlar deyiblər ki, Rusiya və Türkiyə rəhbərliyinə müraciət edərək, liderlərdən Qaqauzun xüsusi hüquqi statusu haqqında qanunun icrasının təminatçısı olmağı istəyəcəklər.

Gərginliyə səbəb olan qərar

Qeyd edək ki, inzibati mərkəzi Komrat şəhəri olan Qaqauzda 200 minə yaxın qaqauz türkü yaşayır. Qaqauz coğrafi olaraq elə də böyük bir ərazi deyil, etnik və linqvistik olaraq əhalinin 92 faizi türkdür. Qaqauzlar türk Oğuz boyuna aid toplumdur. Xristianlığın pravoslav məzhəbinə etiqad edirlər. 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra müstəqillik qazanan Moldova hökuməti 1994-cü ildə qaqauzlara muxtariyyət verib. Muxtar vilayətdə üç rəsmi dil var - moldovan, rus və qaqauz dilləri. Məktəblərdə dördüncü sinfin son rübünə kimi ana dilləri olan qaqauz türkcəsində dərslər keçilir. Bu yaxınlarda Qaqauz parlamenti gərginliyə səbəb olan qərar qəbul edib. Kişineu ilə dialoqun olmamasını əsas gətirərək yerli parlamentlərarası təmas qrupunda işini dayandırıb. Deputat İvan Qaraca deyib: “Qapıları bağlamırıq. Amma əgər bizə elə münasibət bəsləyirlərsə, Kişineuya gedib alçalmağın nə mənası var? Biz ikinci dərəcəli insanlar deyilik”.

Moldova regionları sırasında ən kasıb bölgə

Qeyd edək ki, Qaqauz Avropada Rusiyanın ən böyük nüfuza malik olduğu bölgələrdən biri hesab olunur. Moldovanın tərkibindən çıxmaq hüququna sahib olan region ölkədə keçirilən səsvermələrdə daim rusiyayönlü siyasətçi və partiyalara səs verir. Misal üçün, sabiq prezident İqor Dodon sözügedən türk bölgəsindən 99 % səs ala bilib. Qaqauz həm də Moldova regionları arasında ən kasıb bölgədir. Kremlə meyllilik qaqauzları hökumətin bir çox iqtisadi və sosial layihələrindən, investisiya proqramlarından kənarda qoyub. Qaqauzlar Moldovanın müstəqillikdən imtina edib Rumıniyaya birləşməsinə də qarşı çıxırlar.

Qurultay separatizmə dəstək verəcəkmi?

Baş tutacaq qurultaya gəldikdə, təşkilat komitəsinin üzvləri Qaqauz muxtariyyətinin yaradıcılarını, ictimai xadimləri, deputatları (indiki və keçmiş) Moldova Respublikasının öhdəliklərini yerinə yetirməsilə bağlı müzakirələrə dəvət edirlər. Qurultayın təşəbbüskarlarından biri, “Qaqauz Xalki” ictimai təşkilatının rəhbəri İvan Burqudji hesab edir ki, indiki şəraitdə Qaqauz prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğana rəsmi müraciət etməlidir.

Moldovanın keçmiş baş naziri İon Çiku bildirib ki, muxtariyyətin yerli büdcəsi maliyyə təzyiqinə tab gətirməyəcək. Qaqauz bölgəsi sakinlərinin qəzəbinə və etirazına səbəb olan da budur: “Vəziyyətdən çıxış yolu bütün ölkə ərazisində ƏDV-nin toplanması və ödənilməsi üçün ümumi qayda tətbiq etməkdir”.


Bu arada, 2023-cü ilin aprelində xalq tərəfindən muxtariyyətin başqanı seçilən Yevgeniya Qutsul Moldova hakimiyyəti tərəfindən tanınmadığı üçün hələ də tam olaraq vəzifələrini yerinə yetirə bilmir. Moldova Prezidenti Mayya Sandu bildirib ki, Qutsul rüsvay edilmiş siyasətçi İlan Şorun rəhbərlik etdiyi cinayətkar dəstənin üzvüdür. Prezidentin sözləri ötən gün Avropa İttifaqının Kişineudakı missiyasının rəhbəri Yanis Mazeiks tərəfindən də təkrarlanıb. Jurnalistlərin Qərb ölkələrinin səfirlərinin niyə başqanla görüşməməsi ilə bağlı sualını cavablandıran Mazeiks deyib: “Cinayətkarla əlaqəsi olan başqanla dialoq aparmaq mümkün deyil”.

Yeri gəlmişkən, Dnestryanı bölgədə də proseslər yeni mərhələyə adlayıb. Separatçıların “parlamenti” Rusiyaya onları “xilas etmək” üçün müraciət ünvanlayıb.

Referendum olacaqmı?

Moldovanın 2030-cu ildən daha tez Avropa İttifaqına üzv olması üçün referendum keçirilməsinin zəruriliyindən danışılır. Parlamentin spikeri İqor Qrosu deyib ki, bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir: “Hesab edirəm ki, bizim Aİ-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”.

Türkiyə də regionda güclənməyə çalışır

Yeri gəlmişkən, Türkiyə də Moldovada, xüsusən də Qaqauzda mövqelərini gücləndirməyə çalışır. Məsələn, Türkiyə Beynəlxalq Ticarət və Əməkdaşlıq Şurasının prezidenti Əziz Şahin deyib ki, Qaqauza 2 milyard dollar həcmində sərmayə qoymağa hazırdırlar.
2016-cı ildə Türkiyə və Moldova arasında sərbəst ticarətin aparılmasına dair razılaşma Qaqauzda da yeni imkanlara yol açıb. Son 8 ildə buradan Türkiyəyə ixrac dörd dəfə artıb. Bölgədə Türkiyə sərmayəli 100-dən artıq şirkət rəsmi qeydiyyatdadır. Tək 2020-ci ildə Türkiyədən Qaqauza 40 milyon dollara yaxın idxal gerçəkləşdirilib. Hələ 2018-ci ildə prezident R.T.Ərdoğan işgüzar səfər çərçivəsində Moldovada olarkən Qaqauzu da ziyarət etməyi unutmamışdı. 2020-ci ildə burada Türkiyə konsulluğu açılıb.

Beləliklə, bölgədə vəziyyət gərginləşməyə doğru gedir. Qaqauzun da Dnestryanı bölgə kimi separatizmə doğru yuvarlanacağı proqnozlaşdırılır. Bu isə Moldova tərəfindən sərt addımlarla qarşılana bilər.("Kaspi" qəzeti)

Oxunub: 396
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-02-2024, 22:23

Separatçılar Rusiyanı köməyə çağırır: Yeni müharibə?

Xəbərlər

29-10-2022, 14:31

Ağ Ev Kremli Moldovada çevriliş cəhdində ittiham etdi

Xəbərlər

21-04-2022, 00:47

SON DƏQİQƏ: Çindən Rusiya iqtisadiyyatını iflic edəcək ŞOK QƏRAR

Xəbərlər

10-05-2021, 17:07

Türkiyə əsgərlərini geri çəkir - Bunu heç kim GÖZLƏMİRDİ

Xəbərlər

20-04-2019, 11:14

Türkiyə-Yunanıstan sərhədində GƏRGİNLİK pik həddə: donanma atəş açdı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Son xəbərlər
  • Bu gün, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • Dünən, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • Dünən, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Dünən, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Dünən, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Dünən, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Dünən, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Dünən, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Dünən, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Dünən, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Dünən, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Dünən, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Dünən, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Dünən, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Dünən, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • 20-08-2026, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • 20-08-2026, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • 20-08-2026, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • 20-08-2026, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • 20-08-2026, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • 20-08-2026, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • 20-08-2026, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • 20-08-2026, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • 20-08-2026, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • 20-08-2026, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə