• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gündəm bir anda dəyişdi – Müharibə planı ilə Ermənistana girirlər

Xəbərlər

25-02-2024, 14:14

Gündəm bir anda dəyişdi – Müharibə planı ilə Ermənistana girirlər



Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycanı “ərazi ambisiyası”nda ittiham edən Ermənistan Baş naziri Nikol Paşinyan bu durumda sülhün mümkün olmadığını iddia edir. Bundan əvvəl “sülhə yaxınıq” tezisini təbliğ edən Paşinyanın mövqeyindəki bu “kəskin dönüş”ü necə izah etmək olar?

- Biz həmişə nədənsə gözləyirik ki, Paşinyan Azərbaycanın mövqeyindən çıxış etməlidir, bəyanatlarının hamısı mövqeyimizə uyğun olmalıdır. Çox yanlış yanaşma tərzidir. Nədənsə özümüzü inandırmağa çalışırıq ki, Paşinyan ağıllı, dürüst, sülhəmeylli olmalıdır. Bu illüziyadır.

Paşinyan narrativlər yaradır və bunların əsasında hərəkət edir. Paşinyan “Le Fiqaro”, “Qardian”, “Teleqraf” və “Frans Press”ə müsahibələrində özünə sadiq qaldı. Marazmatik və idiotik siyasətçidir, intriqaçıdır, var qüvvəsi ilə hamını razı salıb bundan faydalanmağa çalışır. Yəni Paşinyandan başqa açıqlama gözləməyə dəyməz.

Paşinyan sülh müqaviləsini imzalamağa meylli deyil, çünki ermənidir. Erməni də həmişə Cənubi Qafqazda onun-bunun əlində alət olub. İndi Paşinyan istəyir ki, eyni vaxtda bir neçə qapıya oynasın. Məsələn, Ermənistanı Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv elədi. Bundan sonra Paşinyan Putinin qarşısına az qala and içdi ki, bunu Azərbaycana görə edirlər, məqsədləri Azərbaycanı beynəlxalq məhkəməyə vermək və sanksiyalara nail olmaqdır. Putin buna inanmadı.

Yeri gəlmişkən, Beynəlxalq Cinayətlər Məhkəməsində Azərbaycana qarşı hansı “qərar” qəbul edilə bilər? Bizim mediada belə şərhlər yer alır. Haaqadakı məhkəmə heç bir halda yaxın gələcəkdə hansısa “ciddi iddia”nı qəbul edib, “ciddi qərar” verməyəcək. Bundan rahat olun. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur.

Bu olmadığına görə, Beynəlxalq Cinayətlər Məhkəməsinin Azərbaycanla bağlı istənilən qərarı sülh müqaviləsinin imzalanması prosesinə kənar müdaxilə kimi qiymətləndiriləcək. Qərb də bunu istəmir, istəyir ki, sülh müqaviləsi imzalansın.

Paşinyan onu da bildirir ki, Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” adlandırır, bizi işğal etmək istəyir, gəlin, bizi xilas edin. İstəyirlər ki, hamı bunları xilas eləsin.

Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” adlandırmır. Qərbi Azərbaycan süni şəkildə yaradılmış dövlət olan indiki Ermənistanın böyük bir hissəsidir. Bunlar bizim tarixi torpaqlarımızdır. Biz bundan niyə imtina etməliyik? Deməliyik ki, biz hər şeyi unutmuşuq. Unutmamışıq axı! 300 minə yaxın insan oradan sürgün edilib, zor tətbiq olunub, zorakılıq və işgəncələrlə üzləşiblər. Bunu unutmaq olmaz.

Əgər biz beynəlxalq hüquqdan danışırıqsa, o zaman bu, bizim üçün işləsin də. Necə olur ki, bizdən “demokratiya, insan haqlarına riayət” istəyirlər, amma sonrakı bənd - ərazi bütövlüyü, suverenlik və digər məsələlərlə bağlı heç nə deyilmir. Bir sözlə, Paşinyandan ağıllı bəyanat gözləməyin. Paşinyan həmişə əlindən gələni edəcək ki, belə bəyanatlar verib yerini isti eləsin – həm Qərb, həm də Rusiya qarşısında...

Yeri gəlmişkən “Frans Press”ə son müsahibəsində Rusiyaya da “xox” gəlməyə çalışdı ki, bəs Moskva Ermənistan ərazisində cinayətlərə yol verib, bununla barışmayacaqlar. Sanki kimsə bunları barışdırmağa çalışırdı, Paşinyan da barışmaq istəmir. Bu da absurd açıqlama idi.

- Fransa Ermənistana yeni silahlar göndərdi, növbəti partiyanın da təhvil veriləcəyi açıqlanıb. Üstəgəl, Fransa müdafiə naziri Sebastyan Lekornu bildirdi ki, Ermənistan hansı silahı istəsə, verəcəklər. Fransa nə etməyə çalışır?

- Fransanın bu addımını “təqdir” edirəm, “müsbət” dəyərləndirirəm. Çünki Azərbaycan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə məşğuldur, bizim orada metala ciddi ehtiyacımız var. Fransa nə qədər “Bastion”, yaxud digər adı ilə “konserv bankaları” göndərirsə, bunlar təkrar emal – metal qırıntıları kimi istifadə edilə bilər. Buna görə də, Fransaya təşəkkür edirəm ki, Azərbaycanda təkrar emal sənayesinə öz təhfəsini verir.

Fransanın başqa məqsədi ermənilər vasitəsilə Cənubi Qafqazda proseslərə və təzyiq vasitələri əldə etməkdir. Fransa Cənubi Qafqazda yeni müharibənin olmasını istəyir, buna can atır. Bunun üçün də var gücü ilə erməniləri silahlandırır.

Söhbət təkcə “Bastion” adlı zirehli maşınlardan getmir, həm də 1962-ci ildə Almaniya Bundesverinə verilən, ötən 60 ildə dəfələrlə moderenizasiya edilən “Milan” və “Mistral” hava hücumundan müdafiə sistemləri, radarlar, haubitsalar və digər silah-sursatdan gedir. Göndərsinlər, Fransa sadəcə Ermənistan ərazisində legitim hərbi hədəflərin sayını artırır.

- Fransanın bölgədə müharibə yaratmaq istədiyini söyləyirsiniz, bəs bu ehtimal nə qədər yüksəkdir?

- Ehtimal həmişə var. Ermənistan əlinə qumbara verilmiş banobo meymunu kimi bir şeydir, bir gün sonra nə edəcəyi bəlli deyil. Ermənistanda güclü qisasçılıq – revanşizm var.

Ermənistanın sosial həyatında çox ciddi müharibə istəyi mövcuddur. Paşinyan da məhz bunu daxili narrativə yiyələnmək, özünə qarşı olan etiraz dalğasına hakim olaraq, bunu öz rəqiblərinə qarşı çevirmək üçün hər şeyi edir. İstəmir ki, onu “xəyanətkar” və “sosial məsuliyyəti aşağı olan qadının oğlu” adlandırsınlar. Paşinyan istəyir ki, tarixə “qətiyyətli və iradəli dövlət başçısı” kimi düşsün.

Hərdən özünü Kim Çen Ina oxşadır. Məsələn, gedib unitazı yoxlayır, kranı yoxlayanda qırılır, çünki adam kranın nə olduğunu bilmir və sair. Paşinyan daim axtarışdadır, amma bu axtarışın sonu onun üçün yaxşı olmayacaq. Çünki nə axtardığını bilmir.

Fransanı özünə hami sayır. Xatırlayırsınızsa, Peteburqda Putinlə bir çətirin altında foto çəkdirmişdi. Bunu ona irad tutmuşdular ki, sən “Rusiya çətiri”nin altına keçmisən. Buna görə də, Fransada səfərdə olanda “Makronun çətiri”nin altına keçdi, hətta belə bir foto da yayılddı.

- Makronun Azərbaycana təsir mexanizmi varmı?

- Yoxdur. Makron Paşinyanla mətbuat konfransında bildirdi ki, Fransa Mərkəzi Asiya və Cənubi Qafqazı Avropaya birləşdirən nəqliyyat marşrutlarında maraqlıdır. Söhbət Fransanın Qazaxıstan və Özbəkistandan uran almasından gedir. Çünki Afrikanın qərbində fiaskoya uğrayan, Rusiya tərəfindən qovulan Fransa indi Cənubi Qafqaz və Mərkəzi Asiyada möhkəmlənməyə çalışır, yəni buradan uran almaq istəyir. Çünki Fransanın elekrtik enerjisi istehsalının 83.4 faizi atom elektrik stansiyalarından (AES) əldə edilən enerjiyə əsaslanır. Uran da yoxdur, Afrikanın qərbindən qovulub axı!

Mərkəzi Asiyadan uran hansı marşrutlarla daşına bilər? Azərbaycan, Rusiya və İran ərazilərindən. Rusiya və İran marşrutlarının şansı sıfıra bərabərdir. ABŞ heç vaxt imkan verməyəcək ki, uran İran və Rusiya üzərindən daşınsın. Bu durumda bir Azərbaycan marşrutu qalır. Sizi əmin edirəm ki, rəsmi Paris çox yaxında Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün addımlar atmağa başlayacaq. Bununla bağlı Fransanın siyasi elitalarında müzakirələr gedir ki, necə olmalıdır? Çünki Fransa Ermənistanı total dəstəkləməklə ciddi səhvlərə yol verir.

- Bu səhvlər nədən ibarətdir?

- Birincisi, Fransa Senatındakı Fransa-Azərbaycan Dostluq Qrupu faktiki olaraq ləğv edilib. Çünki rəsmi Paris həmin senatorlara təzyiq etdi, onlar da guya könüllü şəkildə qrupdan çıxdılar.

İkincisi, Makronun yürütdüyü siyasət nəticəsində dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Total” Azərbaycanı tərk etmək riskli ilə üz-üzə qalıb.

Üçüncüsü, iki ölkə arasındakı diplomatik qarşıdurma siyasi qarşıdurmaya çevrilə bilər. Düşünə bilərsiniz ki, Fransa hara, Azərbaycan hara, Azərbaycan kiçik ölkədir. Belə deyil. Azərbaycan balaca ölkədir, amma Azərbaycanın fəaliyyəti balaca deyil. Yeni Kaledoniyada bayrağımız dalğalanır, Korsikada Azərbaycandan danışırlar və ondan yardım istənilir. Artıq fransız mediasında Azərbaycanın Fransanın bu müstəmləkələrində “separatizmi dəstəkləməsi” barədə danışılır.

Bir söz var: gələcəyi varsa, görəcəyi də var. Fransa Azərbaycana nə qədər təsir göstərsə, əks-təsir bir o qədər ciddi olacaq. Bu da Parisi narahat edir. Paris Cənubi Qafqazdakı mövqelərini itirmək istəmir. Zatən, mövqeləri çox zəifdir, bunlar da əldən çıxsa, Cənubi Qafqazda mübarizə artıq ABŞ və Rusiya arasında gedəcək.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxunub: 421
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-12-2023, 09:21

Azərbaycanla üç prinsip əsasında... - Paşinyan

Xəbərlər

3-08-2023, 13:10

Sülhlə bağlı razılaşmalara sadiqəm - Paşinyan

Xəbərlər

8-04-2019, 13:11

"Biz Azərbaycanı məcbur edəcəyik..." - Paşinyan AÇIQLADI

---

11-10-2018, 20:26

SON DƏQİQƏ!!! Paşinyandan ŞOK QARABAĞ ÇIXIŞI - Bu da Belə getdi...

Xəbərlər

10-09-2018, 21:54

SON DƏQİQƏ!!! Paşinyan Azərbaycana MÜHARİBƏ elan etdi: VƏTƏN HAZIR OL!!!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Son xəbərlər
  • Dünən, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • Dünən, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • Dünən, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • Dünən, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • Dünən, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • Dünən, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • Dünən, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Dünən, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Dünən, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • 17-08-2026, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • 17-08-2026, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • 17-08-2026, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • 17-08-2026, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • 17-08-2026, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • 17-08-2026, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • 17-08-2026, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə