• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İsrailin İrana hücumlarının ŞOK TƏFƏRRÜATLARI - Yeni cəbhə açılır?

Xəbərlər

19-02-2024, 16:51

İsrailin İrana hücumlarının ŞOK TƏFƏRRÜATLARI - Yeni cəbhə açılır?


“The New York Times” qəzetinin dərc etdiyi xəbərə görə, İsrail bu həftə İran daxilində gizli hücumlar həyata keçirib. Qəzet öz məlumatını Qərb rəsmilərinə və İran İnqilabı Keşikçiləri ilə əlaqəli hərbi mənbələrə əsaslanaraq yayıb. Hücumlar Fars və Çahar Mahal Bəxtiyari vilayətlərində iki böyük qaz kəməri boyunca bir neçə nöqtəni hədəf alıb, lakin İranın ən azı 5 müxtəlif vilayətində evlər, hökumət binaları və zavodlarda da elektrik enerjisi kəsilib.

Boru kəmərləri qazı cənubdan Tehran və İsfahan kimi böyük şəhərlərə nəql edir, biri isə Azərbaycanla sərhədə (Astaraya) qədər uzanır.

İran mediası xəbər verir ki, hücum zamanı baş verən partlayışlardan dəhşətə gələn sakinlər küçələrə axışıblar. Amma ölən və yaralananların olmadığı deyilir.

Enerji ekspertləri hesab edirlər ki, hər biri təxminən 1200 kilometr uzunluğunda olan boru kəmərlərinə edilən hücumlar İranın gündəlik təbii qaz hasilatının təxminən 15 faizinə təsir edib.

Daha əvvəl partlayışları “təxribat və terror hücumları” adlandıran İranın neft naziri Cavad Oci cümə günü yerli mətbuata açıqlamasında deyib ki, "təcavüzkar plan ölkəmizin bir çox böyük şəhər və rayonlarına qışda qaz nəqlini tamamilə kəsmək idi".

Oci açıq şəkildə İsraili ittiham etməkdən çəkinib: “Biz İran İnqilabının ildönümündə (11 Fevral) belə təxribat aktlarının baş verəcəyini gözləyirdik və düşmənin əsas bölgələrdə qaz qıtlığı yaratmaq məqsədinə mane olmaq üçün tez bir zamanda qaz nəqli şəbəkəsində dəyişikliklər etdik".

Milli Qaz Şirkətinin nümayəndəsi isə İran mətbuatına bildirib ki, təxribatın məqsədi ölkənin qaz nəqletmə imkanlarının təxminən 40%-ni əlindən almaq olub.

SEPAH zabitlərindən biri deyib ki, İran hökuməti əməliyyatın mürəkkəbliyi və miqyasına görə hücumun arxasında İsrailin olduğuna inanır. Onun sözlərinə görə, hara və necə hücum edəcəyini bilmək üçün İran daxilindəki agentlərin köməyi də lazım olub.

Baş enerji analitiki Homayoun Falakshahi, “New York Times”a açıqlmasında deyib ki, partlayışlar İranın həyati infrastrukturunun hücum və təxribatlara qarşı həssaslığını və yeni texnologiyaya milyardlarla dollar investisiya qoyulmadan böyük boru kəməri şəbəkələrini qorumağın çətin olduğunu üzə çıxarıb. "Boru kəmərləri eyni vaxtda bir neçə yerdə zədələndiyi üçün hücumlar İranın infrastrukturu haqqında yaxından bilik və diqqətli koordinasiya tələb edir"- deyə mənbələr bildirirlər.

Hücumlar, kiberhücumlar da daxil olmaqla, istər quruda, istər havada, istərsə də dənizdə illərdir İsrail və İran arasında davam edən gizli müharibədə nəzərəçarpacaq dəyişikliklərə işarə edir. İsrail uzun müddətdir ki, İran daxilindəki hərbi və nüvə obyektlərini hədəfə alır, həm ölkə daxilində, həm də xaricdə nüvə alim və ekspertlərinə sui-qəsdlər həyata keçirir, eləcə də Neft Nazirliyinin serverlərini və yanacaqdoldurma məntəqələrini sıradan çıxarmaq üçün kiberhücumlar həyata keçirir.

Qərb rəsmilərindən biri “The New York Times”a açıqlamasında deyib ki, hücumların İrana vurduğu zərəri təmir etmək kifayət qədər asandır, mülki şəxslərə isə nisbətən cüzi ziyan vurub, ona görə də hücumlar “böyük miqyasda simvolik zərbə” kimi qiymətləndirilə bilər.

Cümə axşamı Tehranın kənarındakı kimya zavodunda baş verən və ərazini silkələyən digər partlayışın arxasında da İsrailin dayandığı deyilir.

İsrailin Suriyada iki yüksək səviyyəli İran liderini öldürməsi və ABŞ-ın üç Amerika əsgərinin öldürülməsindən sonra İraq və Suriyadakı İnqilab Keşikçiləri və agentləri ilə əlaqəli hərbi bazaları bombalaması ilə bölgədə son aylarda hücumların və hərbi cavabların artdığını göstərir.

Boru kəmərlərinin pilotsuz uçuş aparatları, boru kəmərlərinə bərkidilmiş partlayıcı maddələr və ya digər vasitələrlə necə vurulduğu hələ də qeyri-müəyyən olaraq qalır. Təhlilçilər İranın enerji infrastrukturunun əvvəllər də hücuma məruz qaldığını, lakin bu hadisələrin miqyası baxımından daha kiçik olduğunu deyirlər.

Lakin bu aksiya Qəzza sektorunda davam edən gərginliyə paralel olaraq yeni qarşıdurma cəbhəsi açılmasına səbəb kimi görünür. Qərb rəsmiləri bu hücumları “Yaxın Şərqdə münaqişənin şiddətləndiyi və Tehranla onun düşmənləri, xüsusilə də İsrail və ABŞ arasında gərginliyin artdığı bir vaxtda İsrailin İrana vura biləcəyi zərərlə bağlı sərt xəbərdarlıq” adlandırıb.

Yada salaq ki, keçən dekabr ayında İran, Tehranın nüvə və raket proqramlarına edilən hücumlarda günahlandırdığı İsrailin kəşfiyyat xidməti “Mossad” ilə əlaqədə ittiham etdiyi beş nəfəri edam edib.

Ötən həftə isə “Mashreq” qəzeti media fəalı Seyid Hosseinpurun “X” (Tvitter) hesabına istinadən məlumat verirdi ki, “İranda Bakı rejimi ilə əlaqəsi olan böyük bir casus şəbəkəsinə son ağır zərbə ilə bölgədəki sionist rejiminin daha bir qolu kəsildi. Çünki bu nəhəng şəbəkənin yaradılması və idarə olunması İlham Əliyev hökumətinin nəzarəti altında deyil və onun arxasında mütləq “Mossad” dayanıb”.

“Tasnim” isə xəbəri İranda Azərbaycan Respublikasındakı bir mərkəz tərəfindən idarə olunan bir neçə casus və terrorçunun həbsi” adı ilə təqdim etmişdi.

“Həbs olunanlar casusluqla yanaşı, ölkədə təxribat əməliyyatları da keçirməyi planlaşdırırdılar və bu şəxslər hələ hər hansı aksiya başlamazdan əvvəl müəyyən edilərək həbs edilib” – “Tasnim” bildirirdi.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 331
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-10-2023, 10:40

Kəşfiyyat məlumatı sızdı: İran yaxın saatlarda hücum edəcək - Dəhşətli müharibə başlayır

Xəbərlər

31-01-2023, 21:56

Dəhşətli müharibə başlayır: İranın nüvə obyektləri bombalanacaq

Xəbərlər

25-09-2022, 23:29

İran Qərbi Azərbaycandan İraqdakı silahlı qruplaşmalara zərbə endirdiyini BILDIRIR

Xəbərlər

12-03-2021, 18:49

ŞOK HÜCUM: İsrail İranın 12 gəmisini vurub

Xəbərlər

27-08-2019, 13:22

SON DƏQİQƏ: İsrail İranı bütün cəbhə boyu VURUR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Son xəbərlər
  • Dünən, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • Dünən, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • Dünən, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • Dünən, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • Dünən, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • Dünən, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • Dünən, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Dünən, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Dünən, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • 17-08-2026, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • 17-08-2026, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • 17-08-2026, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • 17-08-2026, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • 17-08-2026, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • 17-08-2026, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • 17-08-2026, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə