Danimarka ehtiyatda olan bütün artilleriyasını Ukraynaya vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu bəyanatla Danimarkanın Baş naziri Mette Frederiksen Münhendəki çıxışında bildirib.
O qeyd edib ki, silah təchizatı ilə bağlı Avropa liderləri tez-tez istehsal problemlərinə istinad edirlər:
“Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Danimarka bütün artilleriyasını Ukraynaya vermək qərarına gəldi. Avropada hərbi texnika var, bu təkcə istehsal məsələsi deyil. İstifadə etmədiyimiz silah-sursat və hava hücumundan müdafiə sistemləri var. Onların Ukraynaya təhvil verilməsi lazımdır”.(Axar.az)