• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İntihar, kriminal qruplaşmalar, oğurlanan silahlar: Ermənistan ordusunda nə baş verir?

Xəbərlər

17-02-2024, 11:18

İntihar, kriminal qruplaşmalar, oğurlanan silahlar: Ermənistan ordusunda nə baş verir?



Ermənistan ordusunda son dövrlər intihar və əsgərlər arasında bir-birini qətlə yetirmə halları kəskin şəkildə artıb. Müharibədən sonra məhv olmuş ordunu bərpa etmək baş nazir Nikol Paşinyan üçün başağrısına çevrilib.

Paralel olaraq yaşanan problemlər orduda böhran vəziyyətinin kəskinləşdiyini ortaya çıxarır. “Dedovşina”, rüşvət, yeyinti halları, oğurluğun tüğyan etdiyi silahlı qüvvələr siyasi hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Bu isə erməni dövlətinin hələ uzun müddət normal orduya sahib olmayacağından xəbər verir.

Səfərbərliklə bağlı çağırışçı problemi

Son doqquz ildə Ermənistanda çağırışçı sayında 44 faiz azalma müşahidə edilib. Bu, ölkəni tərk etmə, hərbi xidmətdən yayınma, kütləvi rüşvət halları, demoqrafik problem və sosial-iqtisadi sahədəki çatışmazlıqlar fonunda baş verir.

Paşinyan hökuməti orduda şəxsi heyətin sayını artırmaq üçün hərbi xidmətə çağırış yaşının yuxarı həddinin artırılmasını təklif edib. Layihəyə görə, çağırışçı yaşı 18-40 arasında dəyişməlidir. Yaş həddinin artırılması isə xidmətdən yayınaraq digər ölkələrdə vaxt keçirən erməni kişilərinin ölkəyə qayıdışını daha da əngəlləyib.

Qərbin vəd etdiyi yararsız sursat

Bununla belə, şəxsi heyətin sayını artırmaq heç də problemi həll etmək anlamına gəlmir. Çünki ordunun döyüş hazırlığı üçün müasir texnologiya, silah və sistemlər lazımdır. Müharibədə ciddi hərbi-texniki itkilərə məruz qalan Ermənistanın itirdiyini yeniləməyə nə büdcəsi, nə də gücü çatır. Qərbin vəd etdiyi texnika və silahlar isə ciddi arsenal üçün işə yaramır. Bütün silah alqı-satqıları, müqavilələr şoudan başqa bir şey deyil.

Xəstələri əsgər aparmaq

Artıq erməni siyasi elitası ordunun şəxsi heyətinin sayını artırmaq üçün yeni üsula əl atıb. Məlum olub ki, ciddi xəstəliyi və fiziki məhdudiyyəti olan şəxslər belə, ordu sıralarına cəlb edilirlər. Çağırışçının şəxsi vəsaiti hesabına həkimlərdən keçmək üçün maddi imkanı olmayanda səhhətində yaranan problemlər aşkar edilməmiş qalır. Hətta şəxsi vəsaiti hesabına müayinədən keçmək üçün tibb müəssisəsinə müraciət edən çağırışçılar da problemlərlə qarşılaşırlar. Həkimlər müxtəlif bəhanələrlə müayinədən imtina edirlər. Bunun səbəbi isə “yuxarılar”dan alınan təlimatdır. Artıq çağırışçıların ətraflı və tam müayinədən keçmədən hərbi xidmətə aparılması barədə faktlar kütləviləşməyə başlayıb.

Qeyri-döyüş şəraitində artan ölüm halları

Son dörd il ərzində Ermənistan ordusunda ölüm hallarında da ciddi artım müşahidə edilib. Məsələn, 2019-cu ildə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 49 idisə, 2022-ci ildə bu rəqəm 64-ə çatıb. Eyni neqativ tendensiya özünə zərərvermə, intiharla bağlı da müşahidə olunur. 2020-ci ildə belə halların sayı 65 idisə, 2022-ci ildə bu say 108-ə çatıb.

Erməni hərbçilərinin ölümü ilə bağlı əsas problem kriminala meyllilik, “dedovşina”, dözülməz xidmət şəraiti, ağır mənəvi-psixoloji atmosferdir. Müdafiə Nazirliyi isə problemi həll etmək əvəzinə nəticələr ilə “boğuşur”. Məsələn, hərbi hissədəki ağır şərait, aclıq, zabit heyətinin xoş olmayan münasibəti ilə razılaşmayanları fərarilikdə ittiham etmək adi hal alıb. Bu faktla üzləşən əsgər isə çıxış yolunu əksər hallarda intiharda görür.

Ordu zabit çatışmazlığından da əziyyət çəkir

Son illər ərzində erməni ordusu kadr və zabit çatışmazlığından da əziyyət çəkir. Tibbi təchizat, qidalanma, lazım olan avadanlığın olmaması da mənəvi-psixoloji faktoru təşkil edir. Az maaşla dolanan zabit heyəti tez-tez dövlət əmlakını talayıb satır, əsgər heyətindən rüşvət yığır. Eyni zamanda sərxoşluğa meylli zabitlərin sayında da kəskin artım müşahidə edilir.

Bu gün erməni ordusunda “dedovşina”nın, demək olar ki, qanuni hal alması, hərbi hissələrin kriminal elementlər tərəfindən idarə edilməsi ən böyük narazılıq yaradan faktordur. Əsgər ölümləri ilə bağlı zabitləri cəzalandıran, faktları araşdıran, bunu tələb edən heç kəs yoxdur.

“HƏMAS”a ötürülən silahlar

Bu yaxınlarda erməni ordusu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. Məlum olub ki, müharibədən sonra “Kalaşnikov” markalı 17 min avtomat itib. Ermənistanın daxili işlər naziri Vahe Kazaryan bildirib ki, hazırda bu sayda silah anbarlarda əksik gəlir.

Ümumi Ermənistan ordusunun 65 min nəfərlik heyətdən ibarət olduğunu nəzərə alsaq, 3 piyada briqadasından da çox əsgərin silahının yoxa çıxdığı məlum olur. Bu, 1400 qutunun 10 iri yük maşınında aradan çıxarılması deməkdir. Erməni siyasətçilər silahların müharibədən sonra itdiyini, Azərbaycan tərəfindən qənimət kimi götürüldüyünü desələr də, rəsmi Bakının hesabatlarında belə bir rəqəm və fakt gözə dəymir.
Artıq politoloqlar və bəzi müxalifət deputatları, xüsusən də Larisa Alaverdyan bəyan edib ki, sözügedən silahlar İran vasitəsilə “HƏMAS” qruplaşmasına ötürülüb. Rəsmi Tehranın sözügedən qruplaşmanı daim silahlandırdığını nəzərə alsaq, bu fakt real görünür.

Bu faktlardan da məlum olur ki, erməni ordusundakı ciddi problemlər hələ uzun müddət qalacaq. Ermənistanın siyasi elitası isə hərbi islahatları sadəcə imitasiya edir. Büdcədən orduya və silahlı qüvvələrə yox, daha çox polis və patrul xidmətinə ciddi vəsait ayrılır. Bu isə Paşinyan hakimiyyətini daxili təhdidlərdən qorumağa hesablanıb. Çünki hökumətə polisi repressiya aparatı kimi gücləndirmək və sıralarını genişləndirmək daha vacibdir. ("Kaspi" qəzeti)

Oxunub: 307
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-02-2024, 19:13

Paşinyan orduya nəzarəti itirib - Növbəti toqquşmalar ...

Xəbərlər

11-07-2023, 15:15

Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİLƏR - RƏSMİ

Xəbərlər

29-03-2021, 19:26

Azərbaycanda bu şəxslər ORDUYA TOPLANIR - SMS göndərilməyə BAŞLANDI

Xəbərlər

21-09-2019, 06:58

"Ermənistan çox pis vəziyyətdədir... " — Deputat

Xəbərlər

23-08-2019, 14:03

Paşinyan gizli TƏLİMAT VERDİ - Növbəti ZƏRBƏ GÖZLƏNİLİR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Son xəbərlər
  • Dünən, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • Dünən, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • Dünən, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • Dünən, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • Dünən, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • Dünən, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • Dünən, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Dünən, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Dünən, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • 17-08-2026, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • 17-08-2026, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • 17-08-2026, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • 17-08-2026, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • 17-08-2026, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • 17-08-2026, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • 17-08-2026, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə