• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
Axşam saat 10-dan sonra yeyənləri nə gözləyir?
Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar
Rusiya mesaj verdi, İstanbulda gözlənilən olmadı – Kiyevi məyus edən xəbər
Aspirin xərçəng riskini azaldır?
Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu
İranın gizli idarəçisi ortaya çıxdı – Regionu qarışdıracaq fiqur
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
İsrail böyük müharibəyə hazırlaşır: Ölkəyə minlərlə ton silah və hərbi texnika gətirildi
Merzdən Hörmüz açıqlaması: Güc tətbiqinə hazırıq
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Qarsda Türkiyə-Ermənistan görüşü - ABŞ Zəngəzur dəhlizində irəliləyişi elan etdi
Ukraynanın məğlubiyyəti elan edildi
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Onkologiya Mərkəzində partlayış qəsdlə törədilib – RƏSMİ
Bir dəqiqədə anemiyanı aşkar etmək mümkündürmü?
Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu
Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
Təşviş və nevrozu olanlara dərmansız müalicə
Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İki kənd Ermənistanın çıxışını bağlayır: Bakı hərəkətə keçdi...

Xəbərlər

14-02-2024, 22:06

İki kənd Ermənistanın çıxışını bağlayır: Bakı hərəkətə keçdi...


Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Oqtay bəy, Ermənistanın növbəti təxribatı Azərbaycanın haqlı olaraq sərt reaksiyası Cənubi Qafqazda yeni eskalasiyanın başlanması kimi şərh edilir. Bölgədə yeni hərbi qarşıdurma ehtimallarını necə dəyərləndirirsiniz?

- Hazırda bölgərə iri miqyaslı hərbi əməliyyatlar üçün elementlər olsa da bunun baş verməsi ehtimalı azdır. Təbii ki, gərginlik var. Təxribatlar üçün təhdidlər qalmaqdadır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıbsa, belə təhdidlər olacaq. Eyni zamanda erməni tərəfinin öz öhdəliklərini yerinə yetirməməsi gərginliyin qalmasına səbəb olan amillərdir. Zəngəzur dəhlizinin açılması, mina xəritələrinin verilməsi kimi vacib öhdəlikləri qarşı tərəf icra etməyib. İndiyə kimi təqdim edilən mina xəritələrinin doğruluğu isə 20-25 faiz təşkil edir. Eyni zamanda Ermənistanın sürətlə silahlanması və son bir ayda bu istiqamətdə verilən açıqlamalar bölgədə gərginliyin qalmasına xidmət edən amillərdir. Amma bütün bunlara baxmayaraq yaxın bir neçə ayda Azərbaycanla Ermənistan arasında iri miqyaslı hərbi əməliyyatların aparılacağı gözlənilmir.

- Rusiya tərəfindən son günlər Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalar bu prosesdə nə dərəcədə təsirli görünür?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı mümkün gərginliklərin olması isə qaçılmazdır. görünür. Rusiya tərəfindən də Ermənistana bu istiqamətdə müəyyən təzyiqlər var. Xüsusi ilə də dünən və srağagün baş verən hadisələr bir daha onu göstərdi ki, Ermənistanın arxasında, onu təhrik edən Fransa kimi dövlətlər məhz bu regionda gərginliyin olmasında maraqlıdır.

- Təxribatların sülhü növbəti dəfə daha uzaq bir tarixə qədər təxirə salması ehtimalı varmı?

- Azərbaycan sülh gündəliyinə sadiqdir. Bakı bu prosesi irəliyə aparmaq istəyir. Sadəcə olaraq Ermənistan tərəfindən prosesə ciddi əngəllər törədilməkdədir. Heç təsadüfi deyil ki, ötən gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri ilə görüşündə səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir ki, bir çox qurumlar və dövlətlər bölgədə sülhün əldə olunmasında maraqlı deyil. Bu da müəyyən gərginliyin, risklərin saxlanmasına xidmət edir.

- Anklavların hərbi əməliyyatlar nəticəsində azad olunacağı ilə bağlı fikirlər səslənir. Bu hansı halda mümkün ola bilər?

- Azərbaycan bu məsələnin danışıqlar yolu ilə həllində maraqlıdır. Delimitasiya komissiyalarının bu məsələni həll etməsi gözləntisi var. Ermənistan bu kəndlərin Azərbaycana qaytarılması ilə bağlı indiyə kimi təxminən üç il yarım müddətində sadəcə vaxt uzadıb. Bütün hallarda hətta özlərinin istinad etdiyi Almatı bəyyannaməsinə görə də, həmin kəndlər Azərbaycan ərazi bütövlüyünə daxildir. Gec-tez Ermənistan bu kəndləri qaytarmaq məcburiyyətindədir.

- Kəndlərin qaytarılması Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlər yaradacağı iddia edilir. Bunu erməni tərəfi hansı məntiqlə əsaslandırır?

- Anklav kəndlərin geri qaytarılması ilə bağlı Ermənistanın iki mühüm çıxış yolu Azərbaycanın nəzarətinə keçmiş olur. Xüsusi ilə də Qazaxın Yuxarı Əskipara və Naxçıvanın anklav olan Kərki kəndi strateji əhəmiyyətə malikdir. Ermənistanı İranla birləşdirən və onun Qara dənizə çıxışını təmin edən vacib yol Kərki kəndinin ərazisindən keçir. Bu kənd Zəngəzur və İran sərhəddini birləşdirən yolun üzərində yerləşib. İrəvandan gələn və Gürcüstana birləşən ikinci yol isə Yuxarı Əskipara kəndinin ərazisindən keçir. Ona görə də, erməni tərəfi bu kəndləri nəzarətdə saxlamağa çalışır. Sözsüz ki, Azərbaycan bununla qəti şəkildə razılaşmayacaq. Qazaxın anklav olmayan 4 kəndi isə qısa zamanda boşaldılmalıdır. Əraziyə Daxili Qoşunlar, polis qüvvələrinin nəzarəti həyata keçirə bilər.

Müəllif: Tapdıq Qurbanlı

Oxunub: 447
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-01-2024, 18:05

Ermənistan yeni müharibəyə hazırlaşır: Bütün kartlar açıldı - Kritik gəlişmə

Xəbərlər

8-01-2024, 22:47

ABŞ-dan İrəvana Zəngəzur mesajı: “Bakının tələbi qəbul ediləcək”

Xəbərlər

1-09-2021, 19:35

İlham Əliyev Putinin BU TƏLƏBİNİ RƏDD ETDİ

Xəbərlər

24-04-2021, 12:40

Ermənistanın mina xəritələrini təqdim etməməsi ilə bağlı Co Baydenə ÇAĞIRIŞ

Xəbərlər

8-04-2021, 00:20

SON DƏQİQƏ: Ermənistan Azərbaycana ŞƏRT QOYDU

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
Axşam saat 10-dan sonra yeyənləri nə gözləyir?
Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar
Rusiya mesaj verdi, İstanbulda gözlənilən olmadı – Kiyevi məyus edən xəbər
Aspirin xərçəng riskini azaldır?
Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu
Son xəbərlər
  • Dünən, 22:30
    Yediyimiz bu qidalar neftdən HAZIRLANIRMIŞ
  • Dünən, 21:25
    Axşam saat 10-dan sonra yeyənləri nə gözləyir?
  • Dünən, 20:43
    Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar
  • Dünən, 19:29
    Rusiya mesaj verdi, İstanbulda gözlənilən olmadı – Kiyevi məyus edən xəbər
  • Dünən, 18:12
    Aspirin xərçəng riskini azaldır?
  • Dünən, 17:44
    Türkiyədən möhtəşəm həmlə: 3 ölkə ilə bağlı məlumat yayıldı – Məğlubiyyət anonsu
  • Dünən, 16:29
    İranın gizli idarəçisi ortaya çıxdı – Regionu qarışdıracaq fiqur
  • Dünən, 15:49
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • Dünən, 14:33
    İsrail böyük müharibəyə hazırlaşır: Ölkəyə minlərlə ton silah və hərbi texnika gətirildi
  • Dünən, 13:57
    Merzdən Hörmüz açıqlaması: Güc tətbiqinə hazırıq
  • Dünən, 12:24
    Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
  • Dünən, 11:28
    Qarsda Türkiyə-Ermənistan görüşü - ABŞ Zəngəzur dəhlizində irəliləyişi elan etdi
  • Dünən, 10:49
    Ukraynanın məğlubiyyəti elan edildi
  • Dünən, 09:09
    Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
  • 30-04-2026, 22:19
    Onkologiya Mərkəzində partlayış qəsdlə törədilib – RƏSMİ
  • 30-04-2026, 21:29
    Bir dəqiqədə anemiyanı aşkar etmək mümkündürmü?
  • 30-04-2026, 20:59
    Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu
  • 30-04-2026, 19:27
    Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
  • 30-04-2026, 18:21
    Təşviş və nevrozu olanlara dərmansız müalicə
  • 30-04-2026, 17:15
    Kirayədə yaşayanlara 300 manat CƏRİMƏ
  • 30-04-2026, 16:00
    Gizli yazışmalar üzə çıxdı: ABŞ-İran müharibəsi ilə bağlı yeni plan sızdırıldı
  • 30-04-2026, 15:39
    Sümükləri və oynaqları gücləndirən qidalar
  • 30-04-2026, 14:12
    Kreml Paşinyana qarşı 3 adamını hərəkətə keçirdi – Silahlı təxribat ola bilər
  • 30-04-2026, 13:25
    İran bəyan etdi: “Müharibə bitməyib, ABŞ və İsrailə sərt cavab verəcəyik”
  • 30-04-2026, 12:16
    1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
  • 30-04-2026, 11:42
    Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
  • 30-04-2026, 10:32
    Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
  • 30-04-2026, 09:09
    Hamamdan sonra qan dövranını yaxşılaşdıran yağ
  • 29-04-2026, 22:29
    Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
  • 29-04-2026, 21:40
    Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə