"Müstəqillik Bəyannaməmizin müddəaları nədən ibarətdir? Üç əsas şərt var: biri - tarixi ədalət, digəri - erməni xalqının istəkləri və üçüncüsü - Dağlıq Qarabağ Milli Şurası və Ermənistan Ali Şurasının yenidən birləşməsi qərarları".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində deyib.
O bildirib ki, biz həmişə Azərbaycan nöqteyi-nəzərindən baxırıq: "Bəs niyə digər qonşularımızın bunu necə qəbul etdiyinə baxmırıq? Bizim dediyimiz bu şeyi necə qəbul edirlər: biz tarixi ədaləti bərpa etmək üçün dövlət yaradırıq?".