• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
Çiy kələm bu şəxslərə olmaz
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ərdoğan 15 il əvvəl “yox” demişdi – Ermənistan yenə o məsələyə qayıtdı

Xəbərlər

2-02-2024, 09:21

Ərdoğan 15 il əvvəl “yox” demişdi – Ermənistan yenə o məsələyə qayıtdı


Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanda Konstitusiyadan sonra gerb və himnin dəyişdirilməsi də gündəmə gəlib. Bu müzakirəni də ölkənin spikeri Alen Simonyan açıb. Sizcə, bu dəyişiklik istəyi nədən qaynaqlanır, Ermənistan həqiqətənmi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından rəsmən imtina etmək istəyir?

- Əlbəttə, Simonyanın təklifi maraqla qarşılanır. Düzdür, o, bunu başqa formada əsaslandırır, amma bizim üçün əsas odur ki, Ermənistan Konstitusiyası və digər dövlət rəmzlərindən Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları götürülsün.

Alen Simonyan Azərbaycan Konstitusiyasında da dəyişikliyin edilməsi barədə cəfəng fikir səsləndirib. Təxminən belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var. Əlbəttə, Ermənistanda rasional düşünən siyasətçi və dövlət xadimləri anlayırlar ki, belə bir Konstitusiya ilə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq mümkün deyil. Bu halda sülh müqaviləsi də yarımçıq sayıla bilər. Həmin iddialar Ermənistan Konstitusiyasında qaldıqca, sülhü tam bərpa etmək mümkün olmayacaq. Çünki sabah Ermənistanda hakimiyyətə gələcək hansısa qüvvə Konstitusiyaya istinadla yenə o iddialarla çıxış edə bilər. Düzdür, belə iddiaların heç bir perspektivi yoxdur, amma gərginliyi saxlayacaq.

Hazırda Ermənistan cəmiyyətində bununla bağlı müzakirələr gedir. Revanşistlər və müxalifət bunun Azərbaycan və Türkiyənin tələbi olduğu faktorunu qabartmağa çalışırlar. Əslində, burada gizli bir şey yoxdur, çox güman ki, Azərbaycan sülh danışıqlarında bu məsələni qaldırıb. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü də ərazi iddiaları ilə bağlı məsələyə toxunub.

Ermənistanda həqiqətən də Azərbaycanla sülh, Türkiyə ilə əlaqələrin bərpasını istəyirlərsə, Konstitusiya hökmən dəyişməlidir. Mütləq Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları Konstitusiyadan çıxarılmalı, eləcə də müəyyən simvollardan imtina edilməlidir. Təsadüfi deyil ki, Ermənistanın gerbində Ağrı dağı Türkiyəyə qarşı ərazi iddiası kimi simvollaşdırılıb. Ermənistan nə qədər reallığı tez dərk etsə və bu yöndə müvafiq addımlar atsa, bölgədə sülh və əməkdaşlığın önü bir o qədər tez açılacaq.

- Bəs Ermənistan rəhbərliyi və ya Baş nazir Nikol Paşinyanın dəyişiklik planı baş tutacaqmı? Bu halda onların daxildə ciddi maneələrlə üzləşmək ehtimalı nə qədərdir?

- Düşünürəm ki, əslində bu məsələləri ortaya atmaq həm diqqəti əsas məsələlərdən yayındırmaq, həm də prosesi yubatmaq məqsədi daşıyır. Çünki internet üzərindən bu məsələ ilə bağlı aparılan sorğu göstərir ki, hələ də Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə var. Əhalinin önəmli hissəsi hələ də bu hislərlə yaşadığına görə, bu dəyişikliyin əleyhinə çıxa bilər. Paşinyana da müəyyən “əsas və bəhanələr” lazımdır ki, bu kontekstdə sülh prosesini yubatsın. Açığı, düşünmürəm ki, Ermənistan səmimi şəkildə sülh prosesini irəli aparmaq istəyir. İrəvandan sülhlə bağlı verilən bəyanatlar daha çox beynəlxalq rəyə hesablanıb.

Ermənistan sülh istəsəydi, Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasından aktiv şəkildə iştirak etməzdi. Ermənistanın sülhə əsl münasibətini AŞPA-da keçirilən səsvermədə gördük. Ermənistan nümayəndə heyəti tam tərkibdə Azərbaycanın əleyhinə səs verdi. Erməni deputatların hamısı bir nəfər kimi o qətnaməyə səs verdilər ki, orada Azərbaycana böhtan atılır. Dediyim kimi, Paşinyan dəyişiklik məsələsini ortaya atmaqla sülhdən yayınmaq üçün “bəhanə” əldə etməyə çalışır. Bununla göstərmək istəyə bilər ki, baxın, Ermənistan cəmiyyətində hələ də problemlər mövcuddur, lazımi işləri görmək üçün zamana ehtiyac var. Paşinyan bundan istifadə etməyə çalışacaq.

- Ermənistan Türkiyə ilə əlaqələrin bərpasına daha çox can atır, nəinki Azərbaycanla. Məsələn, Ermənistan Türkiyə ilə sərhəddə infrastrukturu tam bərpa edib, üstəgəl, ölkənin “İctimai” televiziyasından Ağrı dağı ilə bağlı kadrlar yığışdırılıb, İrəvan rəsmən bəyan edib ki, sərhədi açmağa hazırdır və sair. Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistan-Türkiyə sərhədi açıla bilərmi?

- Düşünmürəm. Çünki Azərbaycan və Türkiyə otuz ildən çoxdur bu məsələləri korrdinasiya edir. Türkiyə 1993-cü ildə Ermənistanla sərhədini Azərbaycan ərazilərinin işğalına etiraz olaraq bağlayıb. Təxminən 15 il əvvəl sərhədlərin açılmasına cəhd olmuşdu. “Sürix protokolları” adlı bir sənəd imzalandı, amma bu, Türkiyə cəmiyyətində ciddi təpkilərə yol açdı. O zamankı Baş nazir, indiki Prezident Ərdoğan da bunun əleyhinə çıxdı. Həmin vaxt bu proses dönəmin Türkiyə prezidenti Abdullah Gülün patronajlığı ilə aparılmışdı. Eyni zamanda, Ermənistan Konstitusiya Məhkəməsi protokolları təsdiqləmədiyi üçün proses yarımçıq qaldı.

İndiki məqamda da düşünmürəm ki, Türkiyə sülh müqaviləsi imzalanmadan buna gedəcək. Çünki Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsi ilə münasibətlərini strateji və müttəfiqlik səviyyəsinə yüksəldib. Bu çərçivədə xarici siyasətdə bir çox məsələləri koordinasiya edirik. Bu baxımdan, belə bir gəlişmənin olacağını gözləmirəm.

- Nə sülh müqaviləsinin imzalanması, nə də sərhəd məsələsinin həllində irəliləyiş nəzərə çarpır. Sülh müqaviləsinə dair Bakı və İrəvan arasında gedən mübadilə də tərpəniş yaratmır. Prosesdəki durğunluq yeni hərbi gərginliyə yol aça bilərmi?

- Təbii ki, sülh müqaviləsinin imzalanmaması hansısa formada bölgədə gərginliyin qalması deməkdir. Əslində prosesin uzanmasının səbəbini daxildən çox xarici faktorlarda görürəm. Yəni Ermənistan prosesə o qədər çox tərəf cəlb edərək məsələni elə dolaşdırıb ki, özü də bunun altından çıxmaq imkanında deyil. “Şaxələndirmə” adı ilə bir çox ölkələrlə hərbi əməkdaşlığın qurulması, silah-sursat və texnikaların alınması ilə bağlı müqavilələrin bağlanması, o cümlədən Ermənistanın xarici siyasətinin İrəvandan yox, Paris və digər paytaxtlardan yönəldildiyini nəzərə alsaq, prosesin uzanacağını deyə bilərik.

Bəzi Qərb dövlətləri, xüsusən də Fransa bölgədə sülhün bərqərar olmasında maraqlı deyil. Buna görə də sülh prosesini əngəlləyirlər. Üstəgəl, Ermənistanı silahlandırmaqla gərginlik ocağını qoruyub-saxlamaqda maraqlıdırlar. Əlbəttə, sülh müqaviləsinin imzalanmaması gələcəkdə eskalasiyaya şərait yarada bilər.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxunub: 456
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-07-2023, 16:23

SON DƏQİQƏ: Avropa İttifaqı Ermənistana yardım etməkdən İMTİNA ETDİ

Xəbərlər

26-06-2023, 17:53

Bu bəyanat Azərbaycanın özünə ziyan vurur - Simonyan

Xəbərlər

20-06-2023, 13:45

Paşinyan sensasion detallar açıqlayır – Simonyan

Xəbərlər

26-10-2022, 08:23

Türkiyədən Ermənistana SƏRT XƏBƏRDARLIQ

Xəbərlər

25-09-2022, 19:23

Nikolun BMT-də "Ermənistan xəritəsi" istəyi...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Son xəbərlər
  • Dünən, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • Dünən, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • Dünən, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • Dünən, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • Dünən, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • Dünən, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
  • Dünən, 12:31
    Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
  • Dünən, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • Dünən, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • 15-08-2026, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • 15-08-2026, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • 15-08-2026, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • 15-08-2026, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • 15-08-2026, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • 15-08-2026, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • 15-08-2026, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
  • 15-08-2026, 11:33
    BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
  • 15-08-2026, 10:31
    Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
  • 15-08-2026, 10:11
    Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
  • 14-08-2026, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • 14-08-2026, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • 14-08-2026, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • 14-08-2026, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • 14-08-2026, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • 14-08-2026, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • 14-08-2026, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • 14-08-2026, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • 14-08-2026, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • 14-08-2026, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə