Rusiya Federasiyası və Belarus liderləri Vladimir Putinlə Aleksandr Lukaşenko videobağlantı vasitəsilə Antarktidada yerləşən “Vostok” stansiyası kompleksinin istismara verilməsi mərasimində iştirak ediblər.
Publik.az xəbər verir ki, yerin soyuq qütbündə ucaldılan qışlama kompleksi dünyada belə sərt şəraitdə tikilmiş ilk müasir binadır.
Hazırda Rusiya Antarktidada ən böyük nümayəndəliyə malikdir - 10 stansiya (beş mövsümi, beş daimi). Onların əksəriyyəti sahildə yerləşir. “Vostok” stansiyası Antarktidanın mərkəzində və Yerin Cənub geomaqnit qütbündə inşa edilib.