Antarktidanın şimal-şərqindəki Ameri buzlaq sahəsində 315 milyard tonluq aysberq qitədən qopub.
Publika.az xəbər verir ki, bu barədə BBC informasiya yayıb.
Xəbərə görə, "D28" adı verilən 1636 kub/kilometr həcmində və 210 metr qalınlığı olan aysberq 1960-cı ildən sonra Ameridən qopan ən böyük buz parçasıdır.
Qlobal iqlim dəyişikliyinə ciddi təsiri olmasa da, buz parçası gəmiçilik üçün risk yaratdığına görə peyk nəzarətinə götürülüb.