• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
Ən ideal cütlük olan bürclər
Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi
İranda rejim süqut edərsə, ABŞ hakimiyyətə kimi gətirəcək? - Təfərrüat bəlli oldu
Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur
Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi
Niyə unutqanlıq bu qədər yayılıb?
Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı
Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi
Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
Çörək otunun hansı faydaları var?
Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İrəvanın Zəngəzur imtahanı: bilməsə, uduzacaq

Xəbərlər

28-12-2023, 14:54

İrəvanın Zəngəzur imtahanı: bilməsə, uduzacaq


44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan, 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanandan bəri Azərbaycanla Türkiyə ermənilərdən imzalanmış sənədin şərtlərinə riayəti istəyirlər.

Üçtərəfli bəyanatın bəndlərindən biri Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin istifadəyə verilməsini nəzərdə tutur. 42 km-lik hissəsi Ermənistan ərazisindən keçəcək bu layihə ilə bağlı Rusiya da sərt mövqe tutaraq İrəvandan öhdəliklərini icra etməsini istəyir.

Anlaşmanın şərtlərinə görə, dəhlizin Ermənistan ərazisindən keçəcək hissəsinə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri nəzarət etməlidirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan buna qətiyyətlə etiraz edir, "hər dövlətin ərazisindən keçən beynəlxalq marşrutlar, loqistika və kommunikasiya yolları həmin ölkənin müvafiq qurumlarının nəzarətində olmalıdır" deyir.

Bakı etiraz etmir, lakin Azərbaycan ərazisindən (qərb bölgələri) Azərğaycan ərazisinə (Naxçıvan) daşınan yüklər və hərəkət edən vətəndaşlarla bağlı Ermənistan nəzarət-təftiş prosedurlarını həyata keçirə bilməz.

Sabiq sovetlər dönəmində Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı Zəngəzurdan keçən avtomobil yolu, habelə Cənubi Qafqaz dəmiryolunun bir hissəsi birləşdirirdi.

Sovet İttifaqı dağılandan sonra yollar bağlandı. Ermənilər dəmiryolunun ölkə ərazisindəki hissəsini tamamən sökdülər.

İndisə Zəngəzur dəhlizi marşrutunun 70 faizinin inşası başa çatıb və layihənin bitməsi üçün sadəcə, Ermənistan ərazisindən keçəcək 42 kilometrlik kiçik hissə tikilərək istifadəyə verilməlidir.

Layihə işə düşərsə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arsındakı nəqliyyat dəhlizi ölkənin ixracını 710 milyon dollar artırmağa imkan verəcək.

Zəngəzur marşrutu Rusiyanın da diqqət mərkəzindədir. Ermənistanda Rusiyaya qarşı narrativlərin və anti-Rusiya meyllərinin artdığı, baş nazir Nikol Paşinyanın Qərbə meyllənmiş siyasətinin gücləndiyi şəraitdə rəsmi Moskva bu ölkədə ikinci konsulluq açmaq niyyətini bəyan edib. Konsulluğun Ermənistanın Qafan şəhərində açılması planlaşdırılıb.

Qafanda konsulluğun təsis edilməsi niyyətinin Zəngəzur dəhlizi layihəsi ilə bağlı olduğu şübhə doğurmur.

Səbəblər çoxdur, amma onların arasında biri xüsusi diqqətə layiqdir: İranın Qafanda konsulluğu fəaliyyətdədir, Fransa da bu şəhərdə konsulluq yaratmaq niyyətindədir.

Zəngəzur dəhlizinin məhz Qafanın yerləşdiyi bölgədən keçməsinin nəzərə tutulduğunu xatırlasaq, rəsmi Moskvanın konsulluq planı ilə bağlı rəsmi açıqlamaları diplomatik kazuistika təsiri bağışlayır.

Xankəndidəki separatçı xuntanın sonu çatdırılandan və qarabağlı ermənilərin tam əksəriyyəti Azərbaycandan Ermənistan ərazisinə könüllü köç edəndən sonra rəsmi İrəvanda Rusiyaya qarşı aşkar düşmənçilik meylləri sürətlə artıb.

Daha doğrusu, kollektiv Qərbin bilavasitə göstərişləri və təlimatları əsasında hazırlanmış strategiyaya uyğun olaraq Ermənistanın üzləşdiyi problemlərin istisnasız olaraq hamısında Rusiya günahkar bilinir.

Fransanın Ermənistanla bağlı siyasətinin məzmununun ermənilərə "havadarlıq", İrəvandakı siyasi rejimə "hamilik" kimi qələmə verilməsi də Nikol Paşinyan administrasiyasını daha da cəsarətləndirib.
Ətraflı

ABŞ və Avropa İttifaqı ilə kommunikasiyaların daha da intensivləşdirilməsi, əlaqələrin miqyas və sayının artırılması ilə məşğul olduğunu vurğulayan N.Paşinyan Qərbdən fasiləsiz dəstək umduğunu gizlətmir.

Onun ümidləri illüziyadır və buna, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bəyanatında da aşkar işarə vurulub.

"Başa çatmaqda olan il bir çox ölkələr və xalqlar üçün, o cümlədən Ermənistan üçün asan olmadı. Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara cəlb etmək istəklərini görürürük. Ermənistan vətəndaşlarının taleyi Qərb üçün tam önəmsizdir. Onlar ermənilərin hisslərindən, ağrılarından və əzablarından yalnız öz məqsədləri üçün istifadə edirlər", - M.Zaxarova söyləyib.

Beləliklə, Rusiya aşkar şəkildə bəyan edir ki, kollektiv Qərbin bütün geosiyasi oyunlarına, İrəvana ünvanlanmıq təzyiqlər və şirnikləndirmələrə, dilətutmalara və vədlərə rəğmən, Ermənistanı tərk etmək niyyətində deyil. Tam tərsinə, Rusiya ermənilərin dövlətində siyasi təsir imkanları ilə yanaşı, hərbi mövcudluğunu da gücləndirmək fikrindədir.

Qafanda ikinci konsulluğu açmaqla yanaşı, Rusiya Ermənistanda digər müvafiq layihələri də icra edəcək. Həmin layihələr arasında yeni investisiya müəssisələri və strukturları, habelə Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması üçün gərəkli qurumların təsisatı da istisna deyil.

Dəqiq təxminlənə biləcək məqam odur ki, gələn il Rusiyanın xarici siyasətində Ermənistan istiqaməti tam fərqli və yeni formatda təzahür edəcək.

Zəngəzur layihəsini qətiyyən qəbul etməyən ölkələr arasında Fransa ilk yeri tutur. Rəsmi Paris anlayır ki, layihənin icra edilməsi Azərbaycanın və Türkiyənin mövqelərini daha da gücləndirəcək, beynəlxalq "Şimal-Cənub" multimodal nəqliyyat dəhlizinin əlavə marşrutu işə düşəcək, Ermənistanın iqtisadi və siyasi imkanları artacaq. Bütün bunlarsa ermənilərin Avropa İttifaqından və xüsusilə də Fransadan asılılığının indiki səviyyəsini aradan qaldıra bilər.

Məhz bu səbəbdən Fransa prezidenti Emmanuel Makronun bütün şirnikləndirici vədlərinə, təzyiqlərinə, hədələrinə və s. rəğmən Nikol Paşinyan birmənalı qaydada sərt mövqe tutaraq Zəngəzur dəhlizindən tam imtina etmək niyyətində deyil.

Əslində, layihənin məhz "Zəngəzur dəhlizi" adlandırılması da şərt deyil: marşrutun adı başqa ola bilər, məsələ məqsəd və məzmunun sabitliyidir.

Dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsi də ekstraordinar və ya paradoksal situasiya deyil. Bu, layihənin stabilliyidir, çünki Ermənistandakı cəmiyyətin laübəli, əksər hallarda Azərbaycanla münasibətlrələ bağlı isterik çağırışlara meylli olmasındanr dolayı dəhliz marşrutunda hər hası eksseslərin yaşanmasına yol verilməməlidir.

Rusiya sadalanan məqamlara görə Qafanda konsulluq yaratmaq, orada hərbi kontingentini gücləndirmək və beləcə, Zəngəzur dəhlizi işə düşəcəyi halda marşrutun tam hərbit-siyasi təhlükəsizliyinin təminatına nail olmaq fikrindədir.

Çünki dəhlizin 42 km-lik marşrutu həm erməni revanşistlərdən, həm də Cənubi Qafqazda yeni təxribatlar və gərginlik yaratmağa çalışan Fransa ilə kollektiv Qərbin xüsusi xidmət strukturlarının mümkün təxribatları ilə diversiyalarından qorunmalıdır.

... Zəngəzur dəhlizi layihəsi Ermənistanın reallığı anlamaq göstəricisi sayıla bilər.

Nikol Paşinyan bunu dərk edərsə, İrəvaanın problemləri azalacaq.

Elçin Alıoğlu
TREND

Oxunub: 194
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-09-2022, 15:24

Paşinyan: “Azərbaycan Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək”

Xəbərlər

30-06-2022, 10:26

SON DƏQİQƏ! Bakı və İrəvan Zəngəzur məsələsində ANLAŞDI – Qərar TƏSDİQLƏNDİ

Xəbərlər

15-03-2022, 17:18

Zəngəzur dəhlizi plandan çıxarıldı? - Rusiya İrəvanın OYUNUNA GƏLDİ

Xəbərlər

29-10-2021, 00:23

Moskvadan Zəngəzur dəhlizi AÇIQLAMASI

Xəbərlər

28-10-2021, 00:23

Moskvadan Zəngəzur dəhlizi AÇIQLAMASI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
Ən ideal cütlük olan bürclər
Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
Son xəbərlər
  • Bu gün, 12:28
    Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
  • Bu gün, 11:01
    Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
  • Bu gün, 10:26
    Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
  • Bu gün, 09:03
    Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
  • Dünən, 22:19
    Ən ideal cütlük olan bürclər
  • Dünən, 21:07
    Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
  • Dünən, 20:46
    Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi
  • Dünən, 19:14
    İranda rejim süqut edərsə, ABŞ hakimiyyətə kimi gətirəcək? - Təfərrüat bəlli oldu
  • Dünən, 18:14
    Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur
  • Dünən, 17:27
    Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
  • Dünən, 16:52
    Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi
  • Dünən, 15:24
    Niyə unutqanlıq bu qədər yayılıb?
  • Dünən, 14:19
    Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı
  • Dünən, 13:32
    Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi
  • Dünən, 12:25
    Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
  • Dünən, 11:03
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Dünən, 10:32
    Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
  • Dünən, 09:04
    Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
  • 16-02-2026, 22:35
    Çörək otunun hansı faydaları var?
  • 16-02-2026, 21:38
    Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
  • 16-02-2026, 20:49
    19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesaj
  • 16-02-2026, 19:09
    Çin Rusiyaya qarşı çıxmayacaq – Lukaşenko
  • 16-02-2026, 18:30
    Sarı dişləri ağartmağın yolları
  • 16-02-2026, 17:35
    ABŞ Maduronu ələ keçirmək üçün bu qədər xərcləyib – Şok məbləğ
  • 16-02-2026, 16:13
    Azərbaycan hər il bu dəhlizdən neçə milyard qazanacaq?
  • 16-02-2026, 15:14
    Qan artıran qidalar, meyvələr və digər vasitələr
  • 16-02-2026, 14:53
    İrandan neft daşıyan tankeri ƏLƏ KEÇİRİLDİ
  • 16-02-2026, 13:30
    Netanyahu və Tramp razılaşdı: İrana qarşı Çin planı...
  • 16-02-2026, 12:27
    Böyrək daşı nədir? Əlamətləri, səbəbləri və təbii müalicəsi
  • 16-02-2026, 11:09
    Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə